Modern.az

“Fransa sol qulağını sağ ayağı ilə qaşıyır” - ŞƏRH

“Fransa sol qulağını sağ ayağı ilə qaşıyır” - ŞƏRH

19 Oktyabr 2021, 16:20

Azad edilmiş ərazilərdə minatəmizləmə istiqamətində Fransa ilə sənədin imzalanması nəzərdə tutulur.

Qarabağ müharibəsi zamanı ATƏT-in həmsədri olduğunu unudan Fransanın minatəmizlə işlərində iştirak etmək istəyi nədən xəbər verir?

Ümumiyyətlə, Fransanın dəstəyinə Azərbaycanın ehtiyacı varmı?

 

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda Fransa müharibə dövründə etdiyi haqsızlıqların fonunda Azərbaycanla bir münasibət qurmaq istəyir:

“Bunu dost jesti kimi qəbul etdirmək istəyirlər. Amma Azərbaycanın və dostlarının kifayət qədər gücü var ki, işğaldan azad olunmuş əraziləri minalardan təmizləsinlər. Vaxtında Fransa Ermənistana təzyiq göstərsəydi, heç buna da ehtiyac qalmazdı. Bizdə belə bir deyim var ki, Fransa sol qulağını sağ ayağı ilə qaşıyır. İndi də çalışırlar ki, Azərbaycan ictimaiyyətinin etibarını qazansınlar, bunun başqa adı yoxdur. Amma bu kimi addımlar çox gec atılan bir addımdır. Biz hamımız həmin dövrdən Fransadan çox incidik. Bilmirəm, Fransa Ermənistanda nə görüb? Prinsip etibarı ilə başa düşə bilərik ki, orada seçkilər keçiriləcək, böyük erməni gücləri var. Amma bu, ona dəlalət vermir ki, Fransa haqqın yanında olmasın. İndi gəlib bizə baş sağlığı vermək artıq çox gecdir. İnsanları geri qaytarmaq mümkün deyil”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi