Modern.az

Azərbaycanlı heykəltəraşın sərgisi Ankarada

Azərbaycanlı heykəltəraşın sərgisi Ankarada

Diaspor

21 Oktyabr 2021, 10:03

 

Ankarada yaşayan tanınmış azərbaycanlı heykəltəraş Səid Rüstəmin əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. 

 

Modern.az xəbər verir ki, heykəltəraşa məxsus “Sait Rüstəm Sənət Evi”ndə baş tutan mərasimdə ölkəmizin Türkiyədəki səfirliyinin, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Sərgidə zəngin material və üslub imkanlarından istifadə edilərək müxtəlif ölçülərdə yaradılan heykəllər və rəsm əsərləri nümayiş olunub. Müəllifin müxtəlif janr və üslublarda ərsəyə gətirdiyi sənət nümunələri ziyarətçilərdə böyük maraq doğurub.

 

Qeyd edək ki, Səid Rüstəmin yaratdığı heykəllər Türkiyənin bir çox bölgələrində ucaldılıb. Onun əsərləri Rusiya, ABŞ və Gürcüstanın müxtəlif şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı