Arxiv
26 Oktyabr 2021, 10:40 | ANALİTİKA
Nüvə silahından birinci kim istifadə edəcək: Çin, yoxsa ABŞ?

Dünyada nüvə dövlətlərinin sayı artdıqca təhlükə də artır. Beynəlxalq aləm İran və Şimali Koreya kimi dövlətlərin nüvə silahına malik olmalarını bölgə və dünya üçün böyük təhlükə kimi qiymətləndirir.


Modern.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Şimali Koreya ABŞ-ın və qonşuları Cənubi Koreya ilə Yaponiyanın, İran isə İsrailin baş ağrısına çevrilib:

“Çünki Şimali Koreya nüvə silahını Amerikanın müttəfiqləri – Cənubi Koreya və Yaponiyaya qarşı işlədə bilər. Bu halda ABŞ Şimali Koreyaya zərbə endirmək məcburiyyətində qalacaq. İran nüvə silahına malik olarsa isə hədəfdə İsrail olacaq. Ona görə də İsrail bütün vasitələrlə İranın nüvə silahı əldə etməsinə əngəl olmağa çalışır. İranda nüvə proqramında çalışan alimlərin son illərdə qətlə yetirmələri də bununla bağlıdır”.


Politoloq deyib ki, Şimali Koreya və İranla yanaşı daha bir təhlükə Çinin mövcud olan nüvə arsenalını dəfələrlə artırmasıdır.


“Həyəcan təbilini yenə Vaşinqton çalıb. ABŞ-ın BMT-dəki nümayəndəsi Cefri Eberhart bildirib ki, Çin nüvə arsenalını artırması səbəbini izah etməyib: “Çinin özünü qorumaq və cavab atəşi açmaq üçün kifayət qədər nüvə silahı var. Ancaq Pekin bunu özü üçün kifayət saymır və nüvə arsenalını artırır. Deməli Pekin müdafiəyə deyil, hücuma hazırlaşır”.

Bəllidir ki, Tayvan adası ətrafında vəziyyət gərgin olaraq qalır. Çin özününkü bildiyi adanı ələ keçirməyə çalışır. Pekinin 2025-ci ilə qədər Tayvanı ələ keçirməsi barədə planları var. Çin rəsmiləri bu planlarını gizlətmir və bildirirlər ki, əgər Tayvan adasına görə ABŞ-la üz-üzə qalarsa həm müdafiə olunmalı, həm də hücum keçməlidirlər”.


Siyasi şərhçi deyib ki, Vaşinqton nüvə məsələsində Pekinlə əməkdaşlığa hazırdır. Çünki ABŞ nüvə toqquşması təhlükəsini minimuma endirmək istəyir:

“ABŞ Rusiya ilə illərdir strateji nüvə təhlükəsizliyi ilə bağlı danışıqlar aparır, iki dövlət nüvə balansını mümkün qədər aşmamağa çalışırlar. Ancaq Çin bu prosesdən kənardadır. Pekinin nüvə balansını qorumasıyla bağlı məsuliyyəti yoxdur, heç bir müqaviləyə imza atmayıb. Ona görə Vaşinqton çalışır ki, Rusiya ilə oxşar müqavilələr Pekinlə də imzalansın.


Pekin hələ ki, bu təklifə müsbət cavab verməyib. Pekin Vaşinqtonla dialoqdan imtina etmir, ancaq Çin hakimiyyəti istəyir ki, əgər onlar nüvə arsenalını azaldacaqlarsa, ABŞ da nüvə arsenalını Çindəki qədər azltmalıdır.


Aydındır ki, ABŞ Pekinin bu tələbini qəbul etməz. Çünki, ABŞ-ın dərdi tək Çinlə əlaqəli deyil, başqa nüvə dövlətləri də var ki, Vaşinqton nüvə balansını bu dövlətlərin külliyatı əsasında formalaşdırmalıdır. Çinlə yanaşı ətraf ölkələrdən Hindistan və Pakistan da nüvə silahlarına malikdirlər. Onlar da Çin kimi nüvə silahlarının məhdudiyyəti ilə bağlı heç bir beynəlxalq sazişə imza atmayıblar.


Beləliklə, ABŞ-la Çin arasında toqquşma baş verəcəksə, bu Tayvan ətrafında olacaq. Bunu həm Vaşinqton, həm də Pekin bilir. Pekin Tayvandan əl çəkən, Vaşinqton isə bu adanın müstəqilliyindən imtina edən deyil. Bu məsələdə iki dövlət arasında konsensus yoxdur. ABŞ prezidenti Co Bayden Tayvan məsələsində geri addım atmayacağını bəyan edib”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çavuşoğlu qətərli həmkarı görüşdü 5 Dekabr 2021, 19:09 Azərbaycan Türkiyədən hərbi gəmi ala bilər 5 Dekabr 2021, 18:58 Putin Hindistana gedəcək 5 Dekabr 2021, 18:46 "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?