Modern.az

Kadırovla qafqazlıları təhqir edən Simonyan arasında KONFLİKT

Kadırovla qafqazlıları təhqir edən Simonyan arasında KONFLİKT

Dünya

8 Noyabr 2021, 10:51

“Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyanla Çeçenistan rəhbəri Ramzan Kadırov arasında qalmaqal yaşanıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kadırov qafqazlıları təhqir edən Simonyanın qafqazlılar üzərindən özünüreklamla məşğul olduğunu və bu hərəkətlərinə son qoymasını tələb edib.

 

Moskvada azərbaycanlılarla rus milliətindən olan şəxs arasında şəxsi zəmində baş verən davanı Simonyan “Qafqazlılar hədlərini aşırlar. Moskvada ağaının kim olduğunu onlara göstərəcəyik” - deyə həmin hadisəni sərt şəkildə şərh etmişdi.

 

Marqarita Simonyan erməni mənşəli şəxs kimi qafqazlılar barədə tənqidi danışmağa haqqı olduğunu iddia edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir