Modern.az

Rusiya İran-Türkiyə yaxınlaşmasına laqeyd qalmayacaq - ŞƏRH

Rusiya İran-Türkiyə yaxınlaşmasına laqeyd qalmayacaq - ŞƏRH

Analitika

16 Noyabr 2021, 14:47

“Türkiyədə hakimiyyətə indiki iqtidar gəldikdən sonra rəsmi Ankaranın İrana münasibəti dəyişib. Artıq iyirmi ilə yaxındır ki, İran Türkiyənin təhlükəsizliyini təhdid edən ölkələr sırasından çıxarılıb. Türkiyə İrana sanksiyalar zamanı xeyli yardım edib. Bunlar belə deməyə əsas verir ki, Türkiyə və İran arasındakı münasibət müsbət istiqamətdə inkşaf etdirilir. Suriya və İraqda olan dəyişiklər iki ölkəyə müəyyən mənada mənfi təsir göstərsə də, dövlətlərin ərazi bütövlüyünün qorunması məsələsində ortaq məxrəcə gələ bildilər”. 

İran və Türkiyə arasındakı münasibətlərin son durumu haqqında Modern.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildrib ki, dünənki görüş (Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun İran rəsmilərilə görüşü-red.) İranın regionda yaratdığı süni gərginlikdən sonra çox əhəmiyyətli sayıla bilər:

“Həmçinin bu görüş İran tərəfinin təşəbbüsü ilə baş tutub. İran prezidentinin Cənubi Qafqazla bağlı verdiyi açıqlama çox önəmlidir. Prezident bildirdi ki, İran qonşu Türkiyə və Azərbaycanla dərin köklərlə bağlıdır. Dini bağlarla yaxın üç dövlətin əlaqələrinə zərər verilməsinə icazə verməyəcək. Bu, həm də regional əməkdaşlıq üçün başlıca prinsiplərdən sayıla bilər. Əgər bu ölkələr əməkdaşlığa başlayarsa, Rusiya da məsələyə laqeyd qalmayacaq. Bu razılaşmalar onu deməyə əsas verir ki, “3+3” formatının reallaşmasına geniş yol açılır. 

Hesab edirəm ki, Türkiyə və İran regional əməkdaşlığa üstünlük verərsə, heç şübhəsiz Rusiya da buna qoşulacaq. Çünki Rusiyanın indi İranla əməkdaşlığa daha çox ehtiyyacı var. Hər iki ölkə ABŞ və Avropa İttifaqının təzyiqlərinə məruz qalıb. Odur ki, inkşaf onlara təsir edəcək. Bu baxımdan Rusiya da burada maraqlıdır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir