Modern.az

“TANAP Türkiyənin qaz ehtiyacının 12 faizini təmin etmək gücündədir”

“TANAP Türkiyənin qaz ehtiyacının 12 faizini təmin etmək gücündədir”

Aktual

30 Noyabr 2021, 12:33

“2021-ci ilin yanvar ayından etibarən 26 noyabr 2021-ci il tarixinə qədər TANAP ilə Avropaya 7,1 milyard kubmetr qaz daşınıb”.

 

Modern.az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə keçirilən mətbuat konfransında deyib.

 

Z.Qəhrəmanov deyib ki, 30 iyun 2018-ci ildən noyabrın 26-na qədər isə TANAP vasitəsilə Türkiyəyə 13,4 milyard kubmetr qaz daşınıb.

 

Şirkətin direktoru əlavə edib ki, SOCAR Türkiyə TANAP-da yeddi faiz hissəyə malikdir.

 

Həmçinin, bildirilib ki, TANAP Türkiyənin qaz ehtiyacının 12 faizini tək başına təmin etmək gücünə malikdir.

 

Xəttin 16 milyard kubmetr olan daşıma qabiliyyəti əlavə investisiyalar hesabına 31 milyon kubmetrə qədər artırıla biləcək şəkildə dizayn edilib.

 

Pünhan Musayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir