Arxiv
3 Aprel 2013, 14:51 | MÜSAHİBƏ
“Lalə Şövkət vaxtaşırı xarici diplomatlarla görüşür, mətbuata bildirmirik”- MÜSAHİBƏ

“Lalə Şövkətin vahid namizədliyini gündəmə gətirmək hələ tezdir”

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın Modern.az-a müsahibəsini təqdim edirik.

- Əvəz bəy, rəhbərlik etdiyiniz partiya qarşıdan gələn prezident seçkiləri ilə bağlı konkret mövqeyini ortaya qoymayıb. Nəzərə alsaq ki, seçkilərə 6 aydan az vaxt qalıb, siz isə hələ də susmağa üstünlük verirsiniz.

- Azərbaycanda ədalətli  seçki olmayıb və yoxdur. Əgər ədalətli seçki yoxdursa, olmayıbsa, məntiqlə belə seçkilər uğrunda müxalifət birgə  mübarizə aparmalıdır. Sonra namizədlik və ya vahid namizədlik uğrunda mübarizədən danışmaq olar. Mən hesab edirəm ki, indiki mürtəce seçki məcəlləsi və indiki mürtəce siyasi şəraitdə seçkilərdə iştirak etmək əslində iqtidarın dəyirmanına su tökmək deməkdir. Bu birbaşa iqtidara xidmət edir.

- Lalə Şövkətin lideri olduğu Liberal Partiya seçkilərə qatılacaq?

- Hələlik ehtimalı müzakirə etməyə dəyməz. Çünki bir an içində Azərbaycanda hər şey dəyişə bilər. Amma, Liberal Partiya hesab edir ki, bu seçkilərdə müxalifət bir olmalıdır. Bir olmaq üçün yindidən vahid namizəd məsələsini gündəmə gətirmək doğru deyil. Partiyamızın lideri, Lalə Şövkətin yüksək reytinqli siyasi lider olduğuna baxmayaraq, biz  nə onun vahid namizədliyini, nə də  namizədliyini hələ gündəmə gətirmirik. Çünki, indiki Seçki Məcəlləsilə seçkilərə namizəd kimi getməyi bəyan etmək bu iqtidara “sən heç nə etmə, heç bir islahat aparma, arxayın ol, biz sənin saxtakarlığına  seçkilərdə iştirakımızla kömək edəcəyik” deməkdir. Buna görə kim müxalifətin birliyinə mane olur, seçkilərdə iştirakını bəyan edir, papağını qarşısına qoyub, bu haqda düşünsün.

- Müxalifətin birliyindən söz düşmüşkən, Rüstəm İbrahimbəyov da bu istiqamətdə Milli Şura ideyasını irəli sürdü. Sizin partiyanın bu təklifə münasibəti necədir? Milli Şuranı dəstəkləyəcəksinizmi?

- Açığını deyim ki, partiyalar arasında məsləhətləşmələr gedəndə bu məsələ gündəmə gəlib. Öz aramızda danışıqlarda Milli Şura ideyasını müzakirə təklifləri olub. Bəzi həmkarlarımız hesab etdilər ki, bu hələ tezdir. Mən çox şadam ki, şəxsiyyətinə hörmət etdiyim Rüstəm bəy İbrahimbəyov bu məsələni gündəmə gətirdi. Bu təqdirəlayiq haldır. Lakin, kimsə Rüstəm bəy İbrahimbəyovun bu təklifindən özü üçün, öz siyasi kariyerası üçün, şəxsi maraqları üçün sui-istifadə edərsə, bu ideya da havadan asılı qalacaq.

Əgər Liberal Partiya Milli Şuranın yaradılmasına aid ilkin müzakirələrdə iştirak edəcəksə, biz həmin şurada  iştirak edəcəyik. Sözsüz ki, yaranmasında, təsis olunmasında iştirak etməsək, Milli Şurada bizim iştirakımız böyük sual altında ola bilər. Biz istərdik ki, bütün partiyalar orada olsun. Kim hansı kvota ilə orada təmsil olunacağını müzakirə etmək olar. Bu haqda bizim konkret təkliflərimiz var.

- Lalə xanım necə, Rüstəm İbrahimbəyovun təklifi ilə razıdırmı? Lalə Şövkət nə düşünür bu ideya ilə bağlı?

- Mən Lalə xanımın mövqeyini ortaya qoydum. Əgər kimsə Lalə Şövkətin mətbuatda görünməməsini onun siyasətdən çəkilməsi kimi qəbul edirsə, böyük yanlışlığa yol verir. Bu belə deyil. Əksinə, Lalə Şövkət indi siyasətdə daha aktiv iştirak edir. Sadəcə, bunu Liberal Partiya vasitəsilə edir. Bizim sərgilədiyimiz münasibət birbaşa Lalə Şövkətin mövqeyidir. Əgər Milli Şuranın yaradılmasında ALP iştirak edəcəksə, Lalə Şövkət həmin şuranın yaranması, möhkəmlənməsi və uğurları üçün öz imkanı çərçivəsində əlindən gələni edəcək.

- Lalə xanım hazırda Bakıdadırmı? Nə üçün mətbuata çıxmır? Bu haqda nə deyə bilərsiniz?

- Lalə Şövkət kənd həyatını sevir. Hazırda o, kəndlərimizdən birində yaşayır. Hər gün əlaqə saxlayırıq. Ölkədə gedən bütün siyasi prosesləri izləyir, bizə məsləhtlər verir. Xüsusə. müxalifətin birliyi, partiyalar, siyasilər arasında münasibətlərin pozulmaması, yaxınlaşması  üçün əlimizdən gələni etməyi tövsiyə edir. Liberal Partiyanın siyasi strategiyasını Lalə Şövkət  müəyyən edib.  Bu ilk növbədə müxalifətin birliyi və  ölkədə hamının hamıyla barışığıdır. Siyasət təkcə mətbuatda görünmək demək deyil. Siyasət ilk növbədə sağlam siyasi mövqe tutub, onun həyata keçirilməsi üçün mübarizə aparmaqdır.

- Əvəz bəy, qeyd etdiniz ki, Lalə Şövkət indi daha aktiv siyasətlə məşğuldur. Lalə xanıma xaricdən dəvətlər gəlirmi?

- Lalə xanıma onlara belə təkliflər olur. Lazım olan təklifləri qiymətləndirir, iştirak edir. Əvvəllər o Amerikada, Avropada, Türkiyədə səfərdə olub və ciddi görüşlər keçirib. Lalə Şövkət keçən il İstanbulda Xocalı soyqırımının 20 illiyinə həsr edilmiş forumlarda iştirak etmişdi. Lalə Şövkətin oradakı dərin analitik çıxışı Türkiyənin siyasi ictimaiyyətini xoş təəccübləndirmişdi. Bir çox telekanallar bu çıxışı işıqlandırmışlar. Təəssüf ki, bu məlumatı Azərbaycan mətbuatı işıqlandırmadı. Biz bu informasiyanı mətbuata göndərsək də, bir dənə də KİV  onun  Türkiyə səfərinə dair  xəbəri vermədi. Bəzi KİV-lər var ki, Lalə Şövkətin çıxışını öz maraqların naminə verirlər. Burda da məntiq var. Gələcəkdə xarici səfərlərə gəldikdə, zamanında o yenə də olacaq. Lalə xanım ehtiyac duyacaqsa, xarici səfərlərə gedəcək.

- Bizim üçün maraqlıdır ki, Lalə Şövkət niyə Azərbaycanda bir çox tədbirlərə dəvət alır, amma iştirak etmir. Hətta ABŞ səfirliyi ilə müxalifətin görüşündə partiyanı siz təmsil edirsiniz. Lalə xanımın ölkəmizdəki xarici diplomatlarla görüşləri olurmu?

- Belə görüşlərdə bir çox hallarda Liberal Partiyanı mən təmsil edirəm. Mən də partiya sədri kimi liderimizin mövqeyini ortaya qoyuram.Yenə də qeyd edirəm ki, əgər Azərbaycanda nisbi ədalətli seçki keçiriləcəksə, Lalə Şövkət  bu seçkilərdə namizəd kimi iştirak edəcək. Bunun üçün Lalə xanımın imkanları çərçıvəsində hər şeyi edir. Təəssüf ki, müxalifətin birliyinin olmaması ucbatından ədalətli seçkilər uğrunda nəticəli mübarizə hələ alınmır. Lalə Şövkətin mətbuatda görünməsi onun üçün problem deyil, onun xarici diplomatlarla görüşməsi də həmçinin. Bu informasiyalar rmətbuatda getməsə də, Lalə Şövkət vaxtaşırı belə görüşlər keçirir. Lalə Şövkət  siyasi xadimlərdən, ictimai xadimlərdən tutmuş ziyalılara kimi  çoxları ilə görüşlər keçirir. Lalə Şövkətin ölkəmizdə fəaliyyət götərən xarici diplomatlarla da vaxtaşırı görüşləri olur. Sadəcə bu görüşlər haqqında mətbuata bildirmirik.

Anar RÜSTƏMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəkər sabah dəfn olunacaq: Atasının Rusiyadan gəlməsini gözləyirlər 23 Noyabr 2019, 00:46 Türkiyədə 3,7 bal gücündə zəlzələ oldu 23 Noyabr 2019, 00:27 Argentina 17 "siyasi" səfirini geri çağırır 23 Noyabr 2019, 00:14 Polşada erməni təxribatının qarşısı alındı 22 Noyabr 2019, 23:58 Azərbaycan neftinin qiyməti dəyişdi 22 Noyabr 2019, 23:40 "Sumqayıt"ın prezidenti mükafat verəcək 22 Noyabr 2019, 23:23 ABŞ-dan İrana növbəti sanksiya 22 Noyabr 2019, 23:04 Prezidentdən 12 min illik göllə bağlı təlimat 22 Noyabr 2019, 22:49 "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq" - Qurban Qurbanov 22 Noyabr 2019, 22:34 Leyla Əliyeva Moskvada müzakirələr apardı - FOTO 22 Noyabr 2019, 22:14 Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqlı böyüyür 22 Noyabr 2019, 21:57 Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Mehriban Əliyeva Vladimir Putinlə görüşdü - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Prokuror olmaq istəyən 30 nəfər uğur qazandı 22 Noyabr 2019, 18:10 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01 Bakıda daha bir çörək sexi bağlandı - FOTO 22 Noyabr 2019, 17:55 Rövşən Rzayev Beyləqanda qəbul keçirib 22 Noyabr 2019, 17:52 “Nar”dan hədiyyə qazanmaq imkanı! 22 Noyabr 2019, 17:45 Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI 22 Noyabr 2019, 17:45 Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ 22 Noyabr 2019, 17:36 Milli komandanın baş məşqçisi istefaya göndərilir 22 Noyabr 2019, 17:34