Arxiv
2 May 2013, 16:14 | MÜSAHİBƏ
Gövhər Baxşəliyeva: “Təsəvvür edin, diz çöküb, əl öpüb, sonra söz deyirlər” - MÜSAHİBƏ

“Ümumiyyətlə, dostluq etdiyim nə kişi, nə qadın var”


Modern.az
saytında “Pəncərə” layihəsinin növbəti qonağı millət vəkili, AMEA Şərqşünaslıq İnstitunun direktoru Gövhər Baxşəliyevadır.

- Gövhər xanım, doğulduğunuz Bərdə şəhərini necə xatırlayırsınız?

- 6 yaşıma qədər Bərdədə yaşamışam. Lakin atamın işilə əlaqədar Bakıya köçməli olduq. Buna baxmayaraq, o vaxtları çox yaxşı xatırlayıram. Xüsusilə may bayramlarında maraqlı gəzintilər təşkil olunurdu. Biz ata-babadan Bərdədə yaşamışıq. Bərdənin bütün mərkəzi hissəsində qohumlarım yaşayırdı. Nənəmlə məşhur İmamzadə məqbərəsini ziyarət etdiyim yadımdadır.

- Bərdənin İmamzadəsini də xatırlayırsınız?

- Əlbəttə. İmamzadədə səkkizinci imamın nəslindən iki uşaq dəfn edilib. Bərdə məscidi isə anamın ata babasının torpağında tikilib. Hacı Şərif adlı həmin adam çox imkanlı olub. Bərdə camaatı məscid tikmək qərarına gələndə o öz torpağını təklif edib. Məscidin tikilməsinə də elə Hacı Şərif köməklik edib.

- Sovet İmperiyasının qoyduğu qadağalara baxmayaraq, məscidlərə axın vardı.

- İnsanlar qadağaya baxmayaraq, dini dəyərlərə hörmətlə yanaşırdı. Məscidlərə də axın vardı. Hətta, dini bayramda Bərdə qadınlarının nəzir kimi şərbət payladığı xatirimdədir.

- Nazir qızı olmusunuz. Ailədə sizə qarşı hər hansı qadağa vardı?

- Atam mühafizəkar insan olub. Əsl müsəlman kişisi. Baxmayaraq ki,  rus məktəbində oxumuşam, atam heç vaxt müsəlman qızı olduğumu unutdurmayıb. Məktəblərdə axşamlar yığıncaq keçiriləndə atam heç vaxt mənim  o yığıncaqda iştirak etməyimə icazə verməyib. Qardaşlarıma isə  oğlan olduqları üçün  icazə verirdi.

- Amma siz müsəlman qızı olaraq  təhsil aldınız.

- Düzdü, indiki dövrdə  bəzi ifrat mühafizəkar ailələr qız uşaqlarının təhsil almasına icazə vermirlər. Amma bizim ailədə təhsilə böyük önəm verilib. Atam birmənalı olaraq deyirdi ki, qız uşaqlarının təhsil alması oğlan uşaqlarının təhsil almasından da vacibdir. Oğlan lazım gələrsə gedib daş da daşıya bilər. Qız uşağı isə gərək yaxşı təhsil alsın ki, həyatda heç kimdən asılı olmasın. Bizə gözəl təhsil və tərbiyə verdiyinə görə atama çox minnətdaram.

- Ailə və karyera. Sizcə, qadın hansında daha çox uğur qazanır?


- İlk növbədə, qadın təbiətin ona verdiyi funksiyanı yerinə yetirməlidir. Qadının başlıca funksiyası övlad dünyaya gətirməkdir. Qadın ailə həyatı qurursa, onun həyat yoldaşı funksiyası da yaranır. Müəyyən qadınlar da var ki Tanrı onlara əlavə enerji, əlavə bacarıq da verib və qadın mütləq bunları realizə etmək istəyir. Hesab edirəm ki, belə qadınlara süni maneələr törədilməməlidir. Təbii ki, qadının ictimai, siyasi fəaliyyətinə həyat yoldaşı da dəstək olmalıdır. Təəssüf ki real həyatda heç də həmişə belə deyil. Bəzən qadınlar karyerada uğur qazananda  kişilər bunu müəyyən qısqanclıqla qarşılayırlar.

- Gövhər xanım, bəs sizin ailədə necə olub?

- Karyeramdakı uğurlarıma görə nə oğlum, nə atam, nə də qardaşlarım tərəfindən mənə qarşı maneçilik törədilib.

- Bəs ailə həyatı qurandan sonra necə oldu?

- Ümumiyyətlə, karyeramda mənə qarşı ciddi qadağalar olmayıb. Amma bir məqamı qeyd edim. Universitetin ərəb bölməsində oxuyurdum. Ərəb dili çox mürəkkəb dildir. Çox arzu edirdim ki ərəb ölkələrinin birinə gedib 2-3 ay təcrübə keçim, ərəbləri daha yaxından tanıyım. Amma atam ərəb ölkələrinə getməyimə icazə vermədi. “Sən azərbaycanlı qızısan, bizdə belə bir şey mümkün deyil”, - dedi.

- Zaman yetişdi və siz ərəb ölkələrinə getdiniz. Qəddafi ilə də  görüşdünüz. Nədənsə o görüş mətbuatda işıqlandırılmadı. Səbəb nə idi?

- Doğru deyirsiniz. Liviyaya getdim. Ora getməmişdən öncə, müəyyən məlumatlarım vardı. Ədəbiyyatdan bilirdim ki, Liviya çox zəngin ölkədir, insanları firavan yaşayır. Liviyaya gedəndə isə  tam əksini gördüm.

- Bütöv bir xalq qeyri-adekvat liderin əlində qalmışdı?


- Rəhbərə sevgi yox idi. Hər şey süni idi. Qəddafi hara gedirdisə, çadır qurdururdu. Hətta Rusiyaya gələndə Kremlin həyətində çadır qurdurmuşdu. Guya ki, bu dərəcədə bədəvidir, çadırdan başqa heç bir yerdə qala bilmir. Bir sözlə, Liviyada olduğum müddətdə rəhbərə qarşı nifrət gördüm.

- Bəs Qəddafilə görüşünüzün  sonu necə oldu?

- Bunu mətbuat olaraq ilk dəfə sizə deyirəm. Liviya parlamentinin dəvətilə ora getmişdim. Parlamentdə və bir neçə nazirlə görüşlərimiz oldu. Qəddafi çox iddialı adam idi. Bütöv ərəb aləminə liderlik etmək istəyirdi, bu alınmayanda, Afrika ölkələrinə üz çevirdi, Ümumafrika İttifaqına rəhbərlik etdi. Biz Liviyada olduğumuz zaman bu təşkilatın tədbiri keçirildi. Bir çox Afrika ölkələri prezidentləri, kralları, qəbilə başçıları iştirak edirdi. Bir hadisə danışım. İclasların birində bir kişi bir qadının qarşısında gəlib diz çökdü. Həmin qadın krallardan birinin həyat yoldaşı idi. Təsəvvür edin, diz çöküb, əl öpüb, sonra söz deyirlər. Bu cür hallar məndə xoş təəssüratlar yaratmadı. Bu cür münasibətləri gördükdən sonra Qəddafilə görüşdən imtina etdim. Parlament nümayəndələri “bir gün də gözləyin Qəddafi sizi qəbul edəcək”, - dedilər. Bəhanə gətirdim ki, paytaxtda filan işim var, qayıtmalıyam. Tədbir isə Sırt şəhərində keçirilirdi və Qəddafi orada idi.

- Siz həm də siyasi qalmaqallardan da uzaq xanımsınız.

- Bu bizim mentalitetə uyğun deyil. Bərdə camaatı, xüsusilə qadınlar öz abırı, isməti, təvazökarlığı ilə həmişə seçiliblər. Bir də ki, cahilə cavab vermək özü də cahillikdir.

- Əsas işiniz elmi fəaliyyətinizlə bağlıdır...

- 35 ildir elmdəyəm. Əsl alimlər təvazökar olurlar, sözü demədən öncə düşünürlər. Mənə yaraşmaz qolumu çırmayıb kiminləsə dava edib qalmaqal yaratmaq.

- Hansı cəhətiniz özünüzə xoş gəlmir?


- Mən güclü insanam. Hər hansı xoşuma gəlməyən cəhətim olsaydı, yəqin ki onu dəf edərdim.

- Milli Məclisdə kişi həmkarlarınız üstünlük təşkil edir. Dostluq etdiyiniz kişi həmkarınız varmı?

- Ümumiyyətlə, dostluq etdiyim nə kişi, nə qadın var. Mənim dostum qardaşlarım və bacımdır.  Əsas işim isə deputat fəaliyyətim və elmdir.

- Gün ərzində Milli Məclisdə, akademiyada olursunuz. Bu qədər işin içində darıxmırsınız?

- Darıxmıram. Mənim öz aləmim var. O aləmdə o qədər işlərim var ki, hər dəqiqə mənim üçün qiymətlidir. Darıxmağa vaxtım olmur.

- Nəvənizlə tez-tez görüşürsünüz?

- Vaxtım az olsa da çalışıram nəvəmi hər gün görüm.

- Nəvənizdən söz düşəndə gözləriniz güldü. Daha çox sizi çox sevir, yoxsa babasını?

- Mənim nəvəm belə sual eşitmir. Hesab edirik ki, uşağı seçim qarşısında qoymaq olmaz.

- Son dövrlərdə boşanmaların sayı çoxalıb. Erkən nikahlar əsas səbəb ola bilər?

- O da var. Boşanmaların əsas səbəbini qadınların daha müstəqil yaşamaları ilə əlaqələndirmək olar.

- Kişi məsuliyyətsizliyi də az rol oynamır axı?

- Kişilərin məsuliyyətsizliyi də var. Daha çox qadınlar kişilərin hökmranlıq etmələrinə dözmək istəmirlər.

- Bəs nə etmək lazımdır ki, problem sonradan problemə çevrilməsin?

- Orta məktəbdən uşaqları gələcək həyata öyrətmək lazımdır. Oğlan uşaqları bilməlidirlər ki, ailə qurduqdan sonra birbaşa qadınına cavabdehdir. İndiki oğlanların bəziləri evlənən kimi çətinliklə qarşılaşanda qorxub geri çəkilirlər. Bir məsələni də qeyd edim. Gənclər ailə qurduqdan sonra mütləq ayrı yaşamalıdırlar. İmkan daxilində ilk 5 ili ayrı yaşasalar, yaxşı olar. Gənclərin həyatına müdaxilə etmək olmaz. Hər iki gənc unutmamalıdır ki, uşaq dünyaya gələndən sonra atasını da, anasını da yanında görmək istəyir.

- Bəzi ölkələrdə eynicinsli izdivaclar qanun səviyyəsinə qaldırılır. Bu haqda nə deyə bilərsiniz?

- Doğuşdan transseksual adamlar var. Onlar psixi, fiziki cəhətdən xəstədirlər. Belə anadangəlmə xəstələr çox azdır. Eynicinsli izdivac isə, hesab edirəm, qətiyyən yolverilməzdir. Bu cür anormal hallar Qərbin bəzi dairələrində yüksək mədəniyyət kimi aşılanır və cavan uşaqların normal inkişafdan qalmasına gətirib çıxarır. Bu çox biabırçı haldır.

Onunla söhbət etmək mənə xoş təsir bağışladı. Həm təvazökar idi, həm də gülərüz. Ziya Bünyadovla bağlı bir məsələ  onu çox qəzəbləndirdi, elə məni də. Belə söz-söhbət yayılmışdı ki, guya, Ziya Bünyadovun bütün şəkilləri Şərqşünaslıq institutundan yığışdırılıb. Amma Ziya Bünyadovun şəkillərini Gövhər xanımın otağında görəndə öz-özümə fikirləşdim. Bu cür yanlış informasiyaları yaymaqla nəyə nail olmaq istəyirik? Bir jurnalist olaraq, Gövhər xanımdan açıqlama gözləyirdim.   

Elə Gövhər xanım da “Baxın, yuxarıda Ziya Bünyadovun şəkilləridir. Otağa girən kimi ilk gözə dəyən onun şəkilləridi.  Heyf oldu Ziya müəllim. Ziya Bünyadova çox böyük hörmətim olub. Bədxahlara isə sözüm birdir: əgər şübhəniz varsa, buyurun Şərqşünaslıq İnstitutuna”.



Namidə Bingöl
Fotolar: Elçin Ağayev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronun bu kəndlərində işıq olmayacaq 18 Noyabr 2019, 11:05 Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEO 18 Noyabr 2019, 10:53 Ağsuda ev yandı 18 Noyabr 2019, 10:51 Cəlilabadda gənc müəllim evində ölü tapılıb 18 Noyabr 2019, 10:48 Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb 18 Noyabr 2019, 10:27 Cəbhədə silahlar susmur... 18 Noyabr 2019, 10:18 Ruhani benzinin bahalaşmasını izah etdi: “Üç yolumuz var idi..” 18 Noyabr 2019, 10:16 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi   18 Noyabr 2019, 09:44 Dini liderlərin Bakı Sammitinin NƏTİCƏLƏRİ - Azərbaycan bu tribunadan necə istifadə etdi?  18 Noyabr 2019, 09:40 Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi 18 Noyabr 2019, 09:36 ABŞ-la Avropa Birliyindən Gürcüstandakı siyasi gərginliyə REAKSİYA 18 Noyabr 2019, 09:36 Hillari Klinton son anda ölümdən döndü 18 Noyabr 2019, 09:28 Azərbaycanlı rejissorun filmi Pensilvaniyada da uğur qazandı 18 Noyabr 2019, 09:24 İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib 18 Noyabr 2019, 09:19 İndoneziyanın Bakıdakı səfiri: “İslam dinini İndoneziyada yayan şəxs azərbaycanlı olub” - MÜSAHİBƏ 18 Noyabr 2019, 09:01 21 yaşlı məhkum özünü asdı 18 Noyabr 2019, 00:34 Belarus parlamentinə 110 deputat seçildi 18 Noyabr 2019, 00:16 Siyəzəndəki qəzada yaralananlardan ikisi öldü 17 Noyabr 2019, 23:51 Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq 17 Noyabr 2019, 23:29 Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər tutuldu 17 Noyabr 2019, 23:07 Gəmidə yanğın oldu 17 Noyabr 2019, 22:44 Ağcabədidə qanunsuz ov edənlər saxlanıldı 17 Noyabr 2019, 22:17 Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir? 17 Noyabr 2019, 21:57 İmamoğlundan xanımını tənqid edənlərə CAVAB 17 Noyabr 2019, 21:34 Bərdədə baş verən qəzada 4 nəfər yaralandı 17 Noyabr 2019, 21:26 Səudiyyə xalqı küçələrə axışdı 17 Noyabr 2019, 21:04 Azərbaycan mətbəxi Parisdə nümayiş olunur 17 Noyabr 2019, 20:44 İranda 100 mindən artıq insan etirazlara qoşuldu 17 Noyabr 2019, 20:26 Portuqaliya AVRO-2020-yə yüksəldi 17 Noyabr 2019, 20:11 Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb - FOTOLAR 17 Noyabr 2019, 20:08 İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22