Modern.az

Prezident iflic olub

Prezident iflic olub

27 Noyabr 2013, 11:12

Şimali İraqdakı bir qəzet 2012-ci ildən bu yana Almaniyada müalicə görən İraqın dövlət başçısının yüzdə 50 faiz iflic olduğunu iddia edib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, xəbərdə Berlindəki həkimlər mənbə kimi göstərilib.

Keçirdiyi beyin qanaması sonrası 2012-ci ilin dekabr ayından Almaniyada müalicə görən İraqın dövlət başçısı Cəlal Təlabaninin yüzdə əlli nisbətində iflic olduğu və danışma bacarığını itirdiyi iddia edilir. Şimali İraqda nəşr olunan “Basnews” qəzetinin ortaya atdığı iddiaya görə, Təlabaniyə tətbiq olunan müalicə bədəninin iflic olmayan qisimlərinə yalnız gündəlik masaj etməkdən ibarətdir.

Xəbərə görə, Təlabani iflic vəziyyətində olduğundan danışıq bacarığını da itirib. Sağlıq durumunda bir irəliləyiş olmadığını görən həkimlərin Təlabanini eyni şəhərdəki Ria Clinic adındakı başqa bir xəstəxanaya göndərdiyi də bildirilir. Qəzetin iddiasına görə, Ria Clinic isə yaşlıların və ağır xəstələrin ölümdən əvvəlki günlərini klinikalardan biridir.

Təlabaninin kimsəni tanıya bilməyəcək vəziyyətdə olduğu da vurğulanır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir