Arxiv
7 Fevral 2014, 13:39 | MÜSAHİBƏ
Xalidə Xalid: “İrandakı zindanda yeməyim məmurların yeməyi ilə eyni idi" - MÜSAHİBƏ

“Mən üç gün dəli olmaq ərəfəsində idim”

Modern.az
saytının müsahibi bir müddət əvvəl İranda müvəqqəti saxlanılan ədəbiyyatşünas-alim Xalidə Xaliddir.

– Şəhriyarla 2000-ci ildən maraqlanmağa başlamışam. Şəhriyar hər birimizin içində məskən salan bir simadır, bir qüvvədir. Elmi iş olaraq da necə müdafiə edəcəyim barəsində fikirləşirdim. O zaman “Azərbaycan müəllimi” qəzetində Pəri xanım var idi. O, mənə kömək etdi. Dedi ki, sən “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədova müraciət et. Mən də Teymur Əhmədovla əlaqə saxladım, dedim ki, bu məsələ ilə bağlı sizdən məsləhət almaq istəyirəm. Dedi, gəl, qızım, problem yoxdur.

Teymur Əhmədov mənə mövzu verdi: “Şəhriyarın “Heydərbabaya salam” poemasında ədəbi-bədii təsir dairəsi”. Bu mövzudan sonra mən də bir çox problemlərlə üz-üzə gəldim. Həm özəl, həm də iş həyatımda çox şeylərlə rastlaşdım. 2007-ci ildə Teymur Əhmədovun elmi rəhbərliyindən imtina etdim. Bir böyük kimi ona bu gün də hörmətim çoxdur. Amma ola bilsin ki, gənc olub emosiyalara qapıldıq. Peşman deyiləm. O vaxt direktor olan, çox sevdiyim, hər vaxt ondan məsləhət almağıdan zövq aldığım mərhum akademik Bəkir Nəbiyevə müraciət etdim. Həm elmi rəhbərimin, həm də mövzumun dəyişdirilməsi ilə əlaqədar. Allah onu qəni-qəni rəhmət eləsin. Etiraz etmədi, dedi, kimi istəyirsən elmi rəhbər olsun? Dedim ki, Vaqif Arzumanlı ilə çalışmışam, o, mənəvi atam sayılır, istərdim ki, o, olsun. Vaqif müəllim buna etiraz etmədi. Amma mövzunun adını və istiqamətini dəyişdi. “Şəhriyarın “Heydərbabaya salam” poeması və türk xalqları poeziyası” oldu.

Materialların çoxu İran hadisələrində əlimdən çıxdı. Dəyərli audio-video yazılar və çoxlu fotoşəkillər silindi. Amma çəkilişlər, müsahibələr yaddaşımdadır. Əlimdə indi də bu işi görmək üçün çox gözəl mənbələrim var.

– İran hadisələrindən sonra elmi işinizi təhvil verəcəyinizi demişdiniz...

– Bəli. Amma elə problemlərim  var ki, onları açıb demək olmur. İndi əlimdə minə yaxın mənbə var. Əgər müdafiə etsəydim, indi yəqin çoxdan elmlər doktoru idim.

- İrana bir daha getməyəcəyinizi demişdiniz. Bəs mənbələri necə əldə edəcəksiniz?

– Bütün mənbələr mənim əlimdədir. Hətta sizə deyim ki, oradakı müsahibələrin şəkillərimin hamısı silindi. Bunu ilk dəfə sizə deyirəm. Həbsxananın işçiləri bütün kitablarımı, materiallarımı aldılar. Lazımı vəsaitləri sildilər. Amma yaddaşımı silə bilmədilər.

– Şəhriyarla bağlı orada kimlərlə görüşdünüz.? Oğlu Hadi onların arasında varmı?

– Hadiylə görüşə bilmədim. İlk dəfə Meşkinə getdim. Orda İqrar Müəzzinzadə ilə görüşdüm, mənim üçün çoxlu materiallar əldə etmişdi. Mənə Şəhriyarla bağlı yazılan 17 kitab verdi. Sonra Nirə getdik. Orada məşhur “Ayrılıq” mahnısının sözlərinin müəllifi Fərhad bəylə görüşdük. Çox gözəl söhbətimiz oldu.  Amma çox təəssüf ki, onlarla olan şəkillərin səs yazılarının  heç biri qalmadı. Zindan xatirələrimlə bağlı  yazdığım kitabda onların hamısını qeyd etmişəm.

– Deməli,  zindan xatirələri ilə bağlı kitab yazırsınız...

– Bəli, amma orada tək zindan xatirələri deyil, nəsr, publisistika və s. olacaq. Çünki  bu mənim həyatımın ən acı və ən şərəfli dönəmi idi. Orada mən özümü “İrandayam” deyə hiss eləmədim, orada özümü erməni əsirliyində olan hərbçi kimi toparladım. Əgər belə olmasaydı, bəlkə də ordan geri qayıda bilməzdim.  

– Yəni heç bir səbəb demirdilər?

– Özləri də bilirdilər ki, heç bir günahım yoxdur. Özlərinə də deyirdim ki, dünyada yeganə dövlətsiniz ki, hər şeydən qorxursunuz. Hər gələn qonağa şübhə ilə baxırsız. Amma mənim dövlətimin  qapısı hamıya açıqdır. Biz kimsəyə şübhəylə yanaşmırıq.

- “Xalidə Xalid” imzası hamıya tanış idi, amma indi daha da məşhur oldu,  hamı tanıdı.

– Amma Xalidə Xalid ortaya hələ bir kitab qoya bilmir. Bir nəfər bunun səbəbini soruşmur  ki, sən illərdi ömrünü bu yolda qoymusan, axı niyə indiyə kimi kitabların çap olunmayıb?

Çünki Xalidə Xalid durub özünə sponsor axtaranlardan deyil. Bu gün bəlkə də 10 kitablıq materialım öz çapını gözləyir. Türk qadın yazarları ilə bağlı maraqlı araşdırmalarım var. Bu mənim çox diqqətimdə olan sahədir. Müdafiə qurtarandan sonra onları ortaya qoyacağam.

Mən tək başına iki  övlad böyütmüşəm. Kimsənin qarşısında təmənnam olmayıb və kimsədən də nəsə ummamışam. Hər şeyi tək başına görmüşəm. Kənardan baxanda Xalidə Xalid heç bir ehtiyacı olmayan adam kimi görünür. Amma ürək süfrə deyil ki, hər şeyi açıb tökəsən. Heç kimi yükləməyi xoşlamıram. Problem də mənimdi, ondan çıxış yolları da mənimdi.

- Güney Azərbaycan ədəbiyyatının bətnindən bütöv Azərbaycan doğula bilərmi?

– Gözəl ifadə işlətdiniz!  Amma sizə bir şey deyim. Güney ədəbiyyatının bətnindən doğacaq Azərbaycanı arzulayırıq. Bəs, onun reallaşması üçün biz nə edirik? Bax, əsas məsələ budur. Bu gün verdiyiniz sualın gerçəkləşməsi imkansızdır. Niyə görə? Çünki nə orada, nə də burada təfəkkür o problemin həlli üçün formalaşmayıb. Orada hər kəs qorxur. Burada isə hər kəs laqeyddir. Bax, gözünüzün qabağında oldu, mənim İrandan dönüşüm. Mən dönəndən sonra müsahibələrimdə də İranı tərifləyəcək bir söz demədim. Sadəcə Mir Şahin bir sual verdi. Dedi ki, orada nə yemək verirdilər? Dedim ki, normal, kabab-plov. Bu da onlarda hər gün yeyilən yeməkdir. Orada deməmişəm ki, məni beşulduzlu oteldə  saxlayıblar,  yaxud mənə yüksək qulluq ediblər.  Sadəcə başqa ölkənin vətəndaşı idim deyə bunu etməyə borclu idilər.

– Doğurdan hər gün o yeməyi verirdilər, yoxsa ara-sıra?

– Yox hər gün! Qaldığım zindanda yeməyim məmurların yeməyi ilə eyni idi. Haqqımda çox söz deyildi və yazıldı. Mən gərək gələndən sonra İran haqqında pis danışmalıydım... Dövlət məni günahsız yerə içəri salıb. Məni təhqir etməyiblər, mənə cismani işgəncə verməyiblər.

- Heydərbaba dağından qayıdandan sonra həbs olundunuz...

– Bəli, Təbrizə qayıtdım, orada Oqtay Rəşidinin evində həbs olundum. Bunun səbəbini  hələ də araşdırıb bir  nəticəyə gələ bilmirəm.
Həbsxanada namaz qılırdım. Hər dəfə mənə “hacıxanım”, “hacıxanım” deyəndə bir ana olaraq özümü sakitləşdirirdim. Orada hətta bir nəzarətçi var idi ki, səhər 9-da qayıdanda görürdüm ki,  sərin suyumu da canamazım da hazır qoyub. Yaşlı kişi idi, onun növəbsində həmişə bunlar olurdu. Deməmiş eləyirdi. O biri gənclər də çox yaxşı idilər. Siz görmüşdünüzmü məhbus üçün maşının qapısını  açsınlar?!

Bir gün namazı təzə qurtarmışdım, məni Təbriz ali məhkəməsinə gətirdilər. Oradakı sorğu sualı görəndə bildim ki, aha deyəsən bitir. İrandakı səfirliyimizə gəlib çatanda ayaqlarım əsirdi. Cavanşir Axundov (səfir – red.) və səfirliyin əməkdaşları bizi qarşıladılar. Müəyyən sənədləşmə ilə bağlı 2-3 gün yubanası olduq. Azərbaycana qayıdanda “Koroğlu” stansiyasına qədər mən uşaqlarıma telefon açmadım. Qorxdum ki, uşaqlar narahat olarlar. Aereportdan dövlət qurumları birbaşa evə gətirdilər. Amma mən heç kəsə müsahibə vermədim. İlk dəfə sizə deyirəm. Mən üç gün dəli olmaq ərəfəsində idim.


Elmin Nuri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05 Rusiyalı məşqçi koronavirusdan öldü 31 May 2020, 20:02 Əhalinin banklardakı əmanətləri azaldı - Mərkəzi Bank 31 May 2020, 19:58 Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47 Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında 31 May 2020, 19:38 “Renault”un 8 minədək işçisi nümayiş keçirdi 31 May 2020, 19:28 Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası 31 May 2020, 19:25 Xəzərin bu hissəsində çimərliklər açılır 31 May 2020, 19:22 Britaniyada son sutkada koronavirusdan 113 nəfər öldü 31 May 2020, 19:15 Göyçayda 10-cu sinif şagirdi kanalda batdı 31 May 2020, 19:07 Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir 31 May 2020, 18:58 Bakıda ana və azyaşlı oğlunu maşın vurdu 31 May 2020, 18:51 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 31 May 2020, 18:20 Bankların kredit qoyuluşları azalıb 31 May 2020, 18:04 Şamaxı Rayon Ağsaqqalları Prezidentə müraciət etdilər 31 May 2020, 17:58 Rusiyada koronavirusa yoluxanların sayı 400 mini keçdi 31 May 2020, 17:52 Fındıqda aflatoksin təhlükəsi   31 May 2020, 17:46 Nazirlik yoxlama apardı - 744 obyektdə nöqsan aşkarlandı: “OBA market, “Park restoran”, “Şeyx dönər”, “Qoç ət”… 31 May 2020, 17:40 Dolların yeni aya olan MƏZƏNNƏSİ 31 May 2020, 17:35 "Dərs vaxtı"nın iyunun 1-nə olan CƏDVƏLİ 31 May 2020, 17:29 İyun ayının hava PROQNOZU 31 May 2020, 17:24 Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək 31 May 2020, 17:18 Parlamentin yaz sessiyası başa çatdı 31 May 2020, 17:16