Modern.az

Suriyada 19 müxalif qrup birləşdi

Suriyada 19 müxalif qrup birləşdi

11 Mart 2014, 02:27

Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən 19 silahlı qrup "Şam Kolordusu" adı altında birləşdiyi elan etdi. Yeni birləşmənin, sosial şəbəkələrdə yerləşdirdikləri videoda, Əsəd rejiminin nəzarəti altındakı torpaqların yenidən nəzarət altına alınması üçün mübarizə aparacaqlarını açıqladılar.

Suriyada Əsəd rejiminə bağlı birliklərə qarşı döyüşən müxalif qruplar, son zamanlarda tək mərkəzdə birləşərək, daha böyük hərbi birliklər meydana gətirməkdədirlər.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır