Modern.az

Almaniyadan Rusiyaya son çağırış

Almaniyadan Rusiyaya son çağırış

16 Mart 2014, 21:25

Almaniya Rusiyanı Ukrayna ilə bağlı mövqeyini dəyişməyə sonuncu dəfə çağırıb.  Bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.

“Əgər Rusiya son anda Ukrayna ilə bağlı mövqeyini dəyişməsə, Avropa Birliyi martın 17-də müvafiq cavab verəcək”, - diplomat bildirib.

 Almaniyanın XİN rəhbəri Kremlin tutduğu mövqeyi sərt tənqid edib: “Biz qarşıdurma axtarmırdıq. Amma Rksiya son anda güzəştə getsəsə, bazar ertəsi Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında bunun cavabını verəcəyik”. 

Ştaynmayerin sözlərinə görə, Krım böhranı ətrafındakı vəziyyətdə “partlayış təhlükəsi var”: “Rusiya bütün nizamlama variantlarını rədd edir. Görünür, o, bizim barışmayacağımız addımları atmaqda qərarlıdır” /musavat.com/ 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir