Modern.az

Prezidentin oğlu müharibədə necə döyüşdüyündən danışıb

Prezidentin oğlu müharibədə necə döyüşdüyündən danışıb

29 Noyabr 2014, 12:40

Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlu Aleksey ilk dəfə jurnalistlərə ölkənin şərqindəki münaqişə bölgəsindəki hərbi əməliyyatlarda necə iştirak etməsindən danışıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, oğul Poroşenko Donbasa könüllü getdiyini bildirib. Onun iştirak etdiyi batalyon Kramatorsk yaxınlığında yerləşib. Alekseyin sözlərinə görə, təhlükəsizlik baxımından başqa soyadla döyüşməli olub: “Əlbəttə, elə məqamlar olub, məsələn, mən ora başqa soyadla getmişəm. Soyadım Anisenko olub. Gözəl Ukrayna soyadıdır. Mənə belə soyad veriblər”.

Hərbi əməliyyatlarda iştirakına gəldikdə prezidentin oğlu deyib: “Mən professional hərbçi deyiləm, mən hansısa komandos da deyiləm ki, ön cəbhədə yeriyim. Mən minaatanların dəstəsində idim, əlbəttə, ətrafımızda gərginlik yaranıb. Bu artilleriya dəstəsidir. Biz həm atmışıq, həm də digərlərinə döyüşmək üçün yardım etmişik”.  

Aleksey Poroşenkonun hərbi xidməti uzun çəkməyib. Böyük oğlunun cəbhəyə yollanması ilə bağlı xəbəri Ukraynanın birinci ledisi Marina Poroşenko sentyabr ayının əvvəllərində təsdiqləyib. Sentyabrın axırlarında isə Pyotr Poroşenko oğlunun terror əleyhinə əməliyyatların keçirildiyi bölgədən qayıdaraq deputatlığa namizədliyini irəli sürəcəyini bildirib. Aleksey Popoşenko oktyabrın 26-da keçirilən növbədənkənar parlament seçkilərində Ali Radaya deputat seçilib.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir