Arxiv
29 İyun 2015, 15:26 | MÜSAHİBƏ
Litvalı deputat: “Rusiyanın bir problemi var və o da Putindir” - MÜSAHİBƏ

I Avropa Oyunları ilə bağlı Azərbaycana təşrif buyuran əcnəbi qonaqlar arasında siyasətçilər də az deyil. Litva parlamentinin deputatı, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü və Litva Sosial-Demokrat Partiyasının üzvü Juras Pozela da belə qonaqlardan biridir.

O, Modern.az saytına növbəti dəfə qonaq gəldiyi Bakı haqda, Avropa Oyunları və Litva-Azərbaycan münasibətləri barədə müsahibə verib. Litvalı siyasətçi beynəxlaq mövzularda da bir sıra vacib məsələlərə toxunub.
Modern.az Juras Pozela ilə müsahibəni təqdim edir.

- Cənab Juras, ilk olaraq Avropa Oyunları və Bakı haqda fikirlərinizi bildirərdiniz?

- Düşünürəm ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox simvolikdir. Bu həm Avropanın, həm də Azərbaycanın seçdiyi yol barədə aydın təsəvvür yaradır. Avropa Olimpiya Komitəsinin bu oyunların Azərbaycanda keçirilməsinə qərar verməsi münasibətlərin perspektivindən xəbər verir.

Mən buna şadam, bir litvalı olaraq şadam. Çünki Litva Avropa Birliyində sədrlik edən zaman bizim əsas prioritetlərimizdən biri “Şərq Tərəfdaşlığı” proqramı idi.

Çalışırdıq ki, “Şərq Tərəfdaşlığı” və Avropa Birliyi ölkələri arasında əməkdaşlıq əlaqələri, xüsusən viza rejimi, təhsil və iqtisadiyyatda daha sıx olsun.

Vilnüs sammitində imzalanan həmin bəyannaməni Ermənistan istisna olmaqla, bütün “Şərq Tərəfdaşlığı” ölkələrinin prezidentləri, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev də imzalamışdı.

Ermənistan isə son anda bəyannaməyə imza atmamaqla və sammitə gəlməməklə öz ənənəvi Rusiya orientasiyasını ortaya qoymuş oldu. Bəyannaməyə imza atmaqla Azərbaycan Avropa Birliyi ilə sıx tərəfdaşlığa meylli olduğnu göstərdi.

Bu mənada Avropa Oyunlarını “Vilnüs sammiti”ndə imzalanan bəyannamənin uğurlu davamı kimi görürəm.

- Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi qrupun fəaliyyəti barədə məlumat verərdiniz?

- Litva-Azərbaycan dostluq qrupu ölkə parlamentində ən çoxsaylı qruplardan biridir. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də çox aktivdir. Həsən Məmmədzadə o qədər çox tədbirlər həyata keçirir ki, bizdən sadəcə bu tədbirlərdə iştirak etmək qalır. Dostluq qrupunun litvalı deputatları olaraq isə biz hər il ənənəvi olaraq parlamentdə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçiririk.

Mədəni əlaqələrimizin inkişaf etdirilməsi üçün də çox iş görürük. Bundan başqa, gənclər təşkilatları, aktiv gənclərlə münasibətlərin qurulması əsas prioritetlərimizdən biridir. Bir-birilə dostlaşan, xoş münasibət quran həmin gənclər gələcəkdə Azərbaycanın və Litvanın həyatında önəmli rol oynaya bilərlər.

- Litvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi nədən ibarətdir?

- Litva həmişə aydın şəkildə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bütün beynəxlalq platformalarda ölkənizi dəstəkləyirik. Litvadakı bütün xəritələrdə Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi göstərilib. Məsələ ilə bağlı çoxlu müzakirələr, bəzən də təxribatlar baş verir. Xüsusən, bəzi ölkələr tərəfindən parlamentimizdə belə təxribat cəhdləri olanda özümü çox məyus hiss edirəm.  

- 2013-cü ildə Litva parlanetində “Dağlıq Qarabağ Respublikası” ilə dostluq qrupu yaradılmışdı. Həmin qrupa üzv olan deputatlar rəsmi Litva dövlətinin mövqeyini bölüşmür?

- Məslə orasındadır ki. Litvada deputat istədiyi addımı və mövqüyi tuta bilər və buna görə ona heç nə edən deyillər. Bu ayrı-ayrı deputaların mövqeyidir və rəsmi Litva dövlətinin və parlamentdəki çoxluğun münaqişə ilə bağlı mövqeyinə aidiyyatı yoxdur.      

- Üzvü olduğunuz Litva Sosial-Demokrat Partiyası Azərbaycandakı hansı solçu partiyalarla əməkdaşlıq edir? Ümumiyytlə, hər hansı partiya ilə əlaqəniz var?

- Bilirsiniz, hesab edirəm ki, Litva-Azərbaycan dostluq qrupu əməkdaşlıq üçün meydan və qərarların qəbul olunması üçün effektli metoddur. Təəssüf ki, Azərbaycanda aşkar solçu qüvvə olan partiyalarla sıx əmkədaşlığımız yoxdur. Amma hesab edirəm ki, biz Azərbaycana hansı partiyaları yaratmaq barədə məsləhət verməməliyik. Düşünürəm ki. sizin hakim Yeni Azərbaycan Partiyası kifayət qədər solçudur.

Xüsusən liberal iqtisadiyyat və sosial rifah sahəsindəki addımları bunu göstərir. Bəlkə də məhz buna görə biz başqa solçu partiyalarla əməkdaşlı etmirik. İnanıram ki, hər bir insanın seçim hüququ var. Litvada 4 il, Azərbaycanda isə 5 il müddərtinə deputat seçirlər.

Mütləq deyil ki, Litva sosial-demokratları Azərbaycanın sosial-demokratları ilə əməkdaşlıq etsinlər. Başqa partiyalarla da münasibət qurmaq olar. Hətta Azərbaycandakı solçu partiyalara məsləhət görərdim ki, Avropa Sosial-Demokrat Partiyasının üzvü olmaq barədə düşünsünlər. Burada Avropanın bütün solçu partiyaları birləşiblər.

Budapeştdəki sonuncu konqresimizdə Gürcüstanda iqtidarda olan “Gürcü Arzusu” partiyası bu təşkilata assosiativ üzv kimi daxil olmuşdu. Bəs nə üçün sizin hakim partiya bu barədə düşünməsin? Nə üçün hakim partiya təkamül və inkilşaf qüvvələrinin bir hissdəsinə çevrilməsin? Bu, necə mümkündür və siz, jurnalistlər bu barədə siyasətçilərə xatırlatmalısınız.

- Bu gün Avropada iqtisadi böhran və mühacir axını şəraitində sağçı və ultrasağçı qüvvələr kifayət qədər səs toplayır. Digər tərfdən İspaniya və Yunanıstanda yeni solçu qüvvələrin uğur qazandığı görünür. Ənənəvi sağ-sol mübarizəsi şəraitində  siz Avropa solçularının, bütövlükdə “qoca qitə”nin gələcəyini necə görürsünüz?

- Çox çətin suladır. Bu haqda tez-tez düşünürəm. Mənim bu suala şəxsi cavabım var. Bu cavab sağçı və solçu qüvvələrin birləşərək radikal sağçı və radikal solçulara qarşı vahid cəbhədə mübarizəsindən gedir. Yəni ənənəvi mühafizəkarlar və sosial demokratlar arasında ittifaqın olması vacibdir mənə görə. Çünki bu gün radikal sağçı və solçuların etdikləri Avropanın maraqlarına cavab deyil. Bu gün Yunanıstanda “SİRİZ”in etdikləri cavab deyil və belə solçular bizə lazım deyil. Bizdə, Litvada həmişə ümummilli məsələlərdə xalq və siyasətçilər dil tapa bilirdi.

Məsələn, 1989-1990-cı illərdə  müstəqillik uğrunda mübarizəyə qalxanda müstəqillik bəyannaməsini Litvanın həm kommunistləri, həm cəbhəçiləri, həm də sosial-demokratları imzalamılşdı. NATO-ya bizi Litva Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu 1-ci katibi Brazauskas daxil etmişdi.


Dövlətin, xalqın müqəddəratını həll edən işlərdə birləşməyi bacarırıq. Avropanın gələcəyi ilə bağlı sualınızın cavabı da məncə budur. İnkişaf və tərəqqi üçün Avropanın bütün siyasi qüvvələri də bir məqsəd uğrunda birləşməyi bacarmalıdır.

- Ukraynada münaqişə başlandıqdan sonra regionda hərbləşmə sürətləndi. Avropa Birliyi və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etdi, xeyli müddət passiv təsir bağışlayan NATO son dövrlərdə aktivliyin artırdı. Rusiya-NATO sərhəddində yerləşən Litvada vəziyyət necədir? Doğurdanmı, Rusiya Baltikyani dövlətlərin suverenyilinə təhlükədir? Litvalılar bu gərginliyə necə baxır?

- Litva bu il ötən ilə nisbətən müdafiə xərclərini 32% artırıb. Məncə bu, sizin sualınıza bir  cavabdır. Həqiqətən də Litva Rusiyadan qaynaqlanan təhlükəni hiss edir. Qərbi Avropa ölkələri də artıq bunu başa düşüb. Digər tərəfdən, heç kim müharibə istəmir. Bu, ən böyük dəlilik olardı.

Tanka, silaha verilən pul ən yaxşısı sosial layihələrə, təhsilə yönəldilsin. Biz Rusiya ilə həmsərhəddik və bunu dəyişmək mümkün deyil. Ruslar böyük tarixi, imkanları, mədəniyyəti olan xalqdır. Rusiyanın yeganə problemi var – bu Vladimir Vladimiroviç Putindir. Məncə, rusların özü də daha yaxşı rəhbərə layiqdirlər. Əminəm ki, onlar bunu anlayacaq və Rusiya müsbətə doğru dəyişəcək.

- Amma Rusiyada rəy sorğuları əksini göstərir...

- Bəli, elədi, amma 1988-ci ildə heç kim inanmırdı ki, SSRİ dağılacaq və bir neçə ilə o dağlıldı. Litvada 1988-ci ildə heç kim müstəqillik haqda düşünmürdü, amma bir neçə ilə müstəqil olduq. Mən inanıram ki, 10 il əvvəl Azərbaycanda heç kim ilk Avropa Oyunlarının öz ölkələrində keçiriləcəyini düşünmürdü, lakin vaxt gəldi və bu, baş verdi. Məncə, Rusiyadakı bəzi rəhbər insanlar da anlayır ki, vaxt keçdikcə Putin problem olur. Mən açığı Rusiyanın motivlərini tam anlamıram.   

- Litva-Azərbaycan münasibətlərini 10 ildən sonra necə görürsünüz?

- Düşünürəm ki, Şərqdə son baş verənlər, “İslam-Dövləti” və terrorun tüğyan etdiyi şəraitdə sabitliyi bərqərar etmək önəmlidir. Bu mənada sabit Azərbaycan Avropa Birliyi üçün önəmli tərəfdaş olacaq. Regional təhlükəsizliyin təmin olunmasında ticarət, xüsusən energetika sahəsindəki əməkdaşlığımız paralel münasibətlərimizi daha sıx edəcək. Təbii ki, Litva bu sahədə Azərbaycana Avropa Birliyinə yaxınlaşmaqda sıx dəstək olacaq.         

Vüqar İsmayılov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təbriz küçəsində yanğın nəqliyyatın hərəkətində çətinliklər yaratdı 24 Sentyabr 2020, 23:14 Prezident Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi 24 Sentyabr 2020, 22:59 Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi 24 Sentyabr 2020, 22:46 Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56