Arxiv
2 Sentyabr 2015, 13:19 | MÜSAHİBƏ
“Bəzi partiyalar hər seçkidə bu cür qərarlar verirlər” - MÜSAHİBƏ


Milli Məclisin vitse-spikeri Bahar Muradova Modern.az saytının suallarını cavablandırıb.

- Noyabrın 1-də Azərbaycanda V çağırış Milli Məclisə seçkilər keçiriləcək. Seçkiqabağı ictimai-siyasi fəallıq siyasi mübarizəyə adekvatdırmı?

- Əlbəttə ki, ölkədə seçki ilə əlaqədar böyük bir ictimai-siyai faəllıq var. Sosial bazası, Azərbaycan seçicilərinə deməyə sözü olan, təklif etdiyi vəzifələri həyata keçirməyə imkanı və qabiliyyəti olan siyasi partiyaların öz fəaliyyətini qanun çərçivəsində qurması üçün çox münbit şərait mövcuddur. Seçki prosesi ilə bağlı vaxtda səmərəli istifadə edənlərin uğur qazanması mümkündür.

- Hakim Yeni Azərbaycan Partiyası seçki kampaniyasını necə quracaq?

- Yeni Azərbaycan Partiyası olaraq biz də bu münbit şəraiti çox yüksək dəyərləndiririk. Partiya özünün seçkiyə hazırlığını qanunla müəyyən edilmiş mərhələyə uyğun qurur. Partiya öz fəaliyyətini çox yüksək səviyyədə həyata keçirməyə hazırdır. Hesab edirəm ki, çox yaxşı, sağlam, rəqabətə əsaslanan seçki kampaniyası həyata keçirmək mümkün olacaq.

- Bəzi partiyalar, siyasi təşkilatlar parlament seçkilərindən kənarda qalmaq istəyir. Hər hansı bir partiyanın Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməməsi ölkədəki siyasi mənzərədə bir boşluq yaratmır ki?

- Bəzi partiyalar hər seçkidə bu cür qərarlar verirlər. Dəfələrlə boykot çağırışlarının şahidi olmuşuq. Amma bu çağırışlar seçkinin boykot olunması demək deyil. Onlar sadəcə olaraq özlərini bu prosesdən kənarda qoymağı qarşılarına məqsəd qoyublar. Ona görə də hesab edirəm ki, seçkidə iştirak etməmək məntiqli və ağlabatan qərar deyil. Siyasi parrtiyalar siyasi proseslərin iştirakçıları olmalıdırlar.

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana müşahidəçi göndərəcəyini açıqlayıb. Lakin digər beynəlxalq təşkilatların Azərbaycanda seçkini izləməmək istəyi ilə bağlı məlumatlar da var. Xarici müşahidəçilərin seçkiyə gəlməməsi ilə Azərbaycan nəsə itirə bilərmi?

- Mən düşünmürəm ki, Azərbaycana müşahidəçi gəlməyəcək. Tam əminliklə deyirəm ki,  beynəlxalq təşkilatlar öz nümayəndələrini seçkiyə göndərəcəklər. Bu, həm də bir çox beynəlxalq qurumların parlament təşkilatlarının fəaliyyət sferasına daxildir. Onlar bundan istifadə etmədikləri halda, seçki ilə bağlkı hansısa rəy bildirmələri də doğrul olmazdı. Buna görə də düşünürəm ki, beynəlxalq təşkilatların seçkini müşahidə etməsi vacibdir.

Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13