Modern.az

Sülhməramlıların maşınları Laçın yolundan maneəsiz keçir - FOTO

Sülhməramlıların maşınları Laçın yolundan maneəsiz keçir - FOTO

Qarabağ

19 Dekabr 2022, 17:02

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.

 

Qeyd edək ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib. Aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib