Modern.az

BQXK maşını və ambulans Laçın yolundan keçdi

BQXK maşını və ambulans Laçın yolundan keçdi

Qarabağ

20 Dekabr 2022, 11:02

Dekabrın 20-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

 

Modern.az xəbər verir ki, dekabrın 19-da da Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət etmişdi. Azərbaycan tərəfi isə müraciətə dərhal cavab vermiş və keçid uğurla təmin olunmuşdu.

 

Qeyd edək ki, bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!