Modern.az

Qarabağın inkişafını gördükcə iftixar edirik - ƏRDOĞAN

Qarabağın inkişafını gördükcə iftixar edirik - ƏRDOĞAN

Qarabağ

13 İyun 2023, 16:20

Azərbaycanın böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələlərdən biri də yolların çəkilməsidir.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

 

Əvvəlki səfərində işğaldan azad olunan ərazilərdə tunellərin, körpülərin, viadukların inşasının sürətlə aparıldığını müşahidə etdiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Bunlar Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrindən sonra necə sürətlə inkişaf etdiyini açıq şəkildə ortaya qoyur. Biz bunları gördükcə iftixar edirik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır