Modern.az

“Coca-Cola” yenidən Rusiyaya qayıtmaq istəyir

“Coca-Cola” yenidən Rusiyaya qayıtmaq istəyir

14 İyun 2024, 08:40

2022-ci ildə Rusiyanı tərk edən Amerika sərinləşdirici içki istehsalçısı “The Coca-Cola” şirkəti aprel ayında Rospatent-ə ticarət nişanının qeydiyyatı üçün üç ərizə təqdim edib.

 

Modern.az xəbər verir ki, təqdim olunan ərizə “Coca-Cola”, “Sprite” və “Fanta” brendlərinin yenidən qeydiyyatdan keçirilməsi ilə bağlıdır.

 

Qeyd edək ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra McDonald's, The Coca-Cola Export Corporation, Nike Inc., Adidas AG, Inditex S.A kimi bir çox Qərb şirkətləri. (Zara, Pull&Bear, Massimo Dutti, Bershka), Rusiya Federasiyasındakı işlərini dayandırmaq və ya Rusiya bazarını tamamilə tərk etməklə bağlı qərar qəbul etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi