Modern.az

Fransa Amerika xalqının qəzəbinə şərikdir - Makron

Fransa Amerika xalqının qəzəbinə şərikdir - Makron

Dünya

14 İyul 2024, 11:58

Fransa prezidenti Emmanuel Makron ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdini şok adlandırıb və ona tezliklə sağalmasını arzulayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Makron X (keçmiş Twitter) yazıb.

 

"Fikirlərim sui-qəsd cəhdi edilən prezident Donald Trampladır. Ona tezliklə sağalmasını arzulayıram", - o deyib. Makronun sözlərinə görə, baş verənlərlə bağlı “Fransa Amerika xalqının qəzəbinə şərikdir”.

 

Qeyd edək ki, şənbə günü Pensilvaniyada Trampın mitinqində atəş açılıb və bir respublikaçı yaralanıb. Hazırda mövcud olan məlumata görə, onun həyatı üçün təhlükə yoxdur, xəsarəti yüngül olub - qulağı sıyrılıb. Atəş açan şəxs, xüsusən də dövlətin yüksək vəzifəli şəxslərinin müdafiəsinə cavabdeh olan ABŞ Gizli Xidmətinin üzvləri tərəfindən öldürülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri