Modern.az

Dünyanın ən yaşlı qorillalarından biri öldü - 52 yaşında

Dünyanın ən yaşlı qorillalarından biri öldü - 52 yaşında

22 İyul 2024, 09:37

ABŞ zooparkında yaşayan dünyanın ən yaşlı erkək qorillalarından biri 52 yaşında ölüb.

 

Modern.az xəbər verir ki, Uinston adlı qorilla Kaliforniyadakı "San Diego Zoo Safari" Parkında gözlənilən ömür müddətindən təxminən 20 il çox yaşayıb.

 

Xəstəlik səbəbindən ölən Uinstonun mübarizə apardığı xəstəliklər arasında ürək xəstəliyi, degenerativ oynaq xəstəlikləri və böyrək xəstəlikləri var idi. O, 1984-cü ildə parka gəlib və o vaxtdan bəri "səbirli, xeyirxah və şəfqətli komanda lideri" kimi tanınıb.

 

Uinston 2021-ci ildə baytarlar onun ürək xəstəliyini aşkar etdikdən sonra COVID-19-dan müalicə edilən ilk məşhur meymunlardan biri kimi tanınmışdı. Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Uinstonun da mənsublarından olduğu qərb düzənlik qorillaları adətən 200 kiloqram çəkiyə və 1,5 metr hündürlüyə çata bilər və onlar kritik təhlükə altındadırlar.

 

Məlumata görə, qorillalar təbiətdə 30 və ya 40 il yaşayırlar, lakin insanların onların qayğısına qalması ilə 50 yaşa qədər yaşaya bilərlər. Ginnesin Rekordlar Kitabına görə, Fatou dünyanın ən yaşlı qorillasıdır. Almaniyada yaşayan Fatou aprel ayında 67 yaşını "qeyd edib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri