Modern.az

Allahşükür Paşazadə Məkkəyə yola düşdü

Allahşükür Paşazadə Məkkəyə yola düşdü

Mədəniyyət

2 Avqust 2024, 13:04

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 3-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşüb.

 

Modern.az xəbər verir ki, səfər Səudiyyə Ərəbistanının İslam işləri, İrşad və Dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilir.

 

QMİ sədri A. Paşazadə avqustun 4-5-də Məkkə şəhərində keçirilən “Mötədillik prinsiplərinin möhkəmləndirilməsində Vəqflər və İslam işləri üzrə qurumların rolu mövzusunda” beynəlxalq konfransda iştirak edəcək, məruzə ilə çıxış edəcək.

 

Səfər çərçivəsində Şeyxülislam A.Paşazadənin Krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər