Modern.az

Dumanlı və yağıntılı hava davam edir - Faktiki hava

Dumanlı və yağıntılı hava davam edir - Faktiki hava

21 Fevral 2024, 16:22

Fevralın 21-i saat 16:00-a olan məlumata əsasən Azərbaycanın şimal və şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Modern.az-a Milli Hidrometerologiya Xidməti məlumat yayılıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Lənkəran rayonlarında hazırda yağıntılı hava şəraiti davam edir.

Tərtər, Lerik, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusarda duman müşahidə olunur. Görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 6-10, Aran rayonlarında 4-8 dərəcə isti, dağlıq rayonlarda 1-6 dərəcə şaxtadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri