Modern.az

Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik - Mirzoyan

Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik - Mirzoyan

Qarabağ

5 İyun 2023, 11:54

"Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyil".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.

 

"Biz Qarabağ ermənilərindən onların gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Statusun müəyyən edilməsi məsələsinə də biz iddia etmirik və buna cəhd də etmirik".

 

Mirzoyanın sözlərinə görə, Ermənistan-Azərbaycan nizamlanması prosesində İrəvanın danışdığı yeganə şey Qarabağ əhalisi ilə rəsmi Bakı arasında dialoq mexanizminin yaradılması ilə bağlıdır: "İrəvan bu dialoq üçün platforma yaratmalıdır".

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi