Arxiv
4 İyul 2018, 18:19 | HADİSƏ
Əli Həsənov: “Görən bunca rəzillik hardandır?”

Dünənki hadisələr fonunda Azərbaycanda mütləq əksəriyyətin bu sınaqdan alnıaçıq çıxdığını çəkinmədən söyləyə bilərəm.

 

Modern.az-ın məlumatına görə, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Facebook" səhifəsində yazıb.

PA rəsmisi deyib: "Yaxşı insanlar həyatda baş verən hər şeyə işıqlı tərəfdən baxır, əgər qəlb oxşayan, ruh dincəldən bir şey görürlərsə, onu başqaları ilə paylaşır və hamının bu gözəllikdən bəhrələnməsinə çalışırlar. Hətta yaxşı bir şey görmədikdə belə, onlar özləri gözəlliyi yaradır və yenə də ətrafları ilə paylaşırlar.

 

İyulun 3-də 42-45 dərəcəyə yüksələn isti havanın təsiri ilə ölkənin enerji təminatında mühüm rol oynayan Mingəçevir İES-də baş vermiş qəzadan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Xüsusi Dövlət Komissiyası yaradıldı, dövlət başçısının tapşırığına uyğun olaraq müvafiq qurumlar operativ şəkildə qəzanın nəticələrinin aradan qaldırılmasına başladılar. Atılan addımlar nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı dərhal alındı, ən əsası isə, vətəndaşlarımızın həyatı qorundu, insan tələfatına yol verilmədi və çox qısa zaman kəsiyində elektrik enerjisi təminatı bərpa olundu.

 

Dövlət qurumları qəzanın nəticələrini aradan qaldırmağa çalışarkən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı sui-qəsd həyata keçirildi, onun özü və mühafizəçisi yaralandı. Məsələ barədə dərhal Azərbaycan Prezidentinə məruzə olundu, dövlət başçısının tapşırıqları alındı, cinayəti törədən şəxs isti izlərlə tərksilah edilərək saxlanıldı".

Ə.Həsənovun sözlərinə görə, hər kəs yaxşı bilir ki, heç bir ölkə fövqəladə haldan, təbii fəlakətdən, böyük qəzalardan və kriminal hadisələrdən sığortlanmayıb:

"Hazırlıq dərəcəsindən asılı olmayaraq, fövqəladə situasiyaların yaratdığı gözlənilməzlik effekti hər bir ölkədə müəyyən fəsadlar ortaya çıxarır. Ölkəmizdə kriminogen durum sabit olsa da, cinayətlərin sayına görə Azərbaycan MDB və Şərqi Avropada sonuncu yerlərdə qərar tutsa da, törədilən cinayətlərin açılma səviyyəsinə görə öncül mövqeləri bölüşsək də, insan canına qəsd tipli hadisələr cəmiyyətdə narahatlıq, çaşqınlıq və xof yarada bilir. Belə cinayət tanınmış şəxslərə qarşı törədiləndə isə onun doğurduğu ajiotaj daha böyük olur.

 

Azərbaycanda baş vermiş həm son fövqəladə qəzanın, həm da məlum kriminal hadisənin eyni vaxta düşməsi, əlbəttə ki, əlavə gərginlik yarada bilən hal kimi xarakterizə edilə bilər. Belə hallarda məmurundan tutmuş adi vətəndaşına, iqtidarından tutmuş müxalifətinə, ziyalısından fəhləsinə qədər - hər bir təbəqə, hər bir sağlam düşüncəli insan ümumi işə töhfə vermək üçün əlindən gələni etməli, bunu bacarmadıqda isə, ən azından işə mane ola biləcək artıq hərəkətlərdən çəkinməli, süni gərginlik yarada biləcək hərəkətlərə yol verməməlidir. Lakin təəssüf ki, hərdən insan fəlakətini, fövqəlada qəza və kriminal hadisələri özünə maddi və siyasi dividend mənbəyi hesab edən fürsətcillər, insan ölümündən xüsusi zövq alan şəxslər də tapılır.

 

İnsan faciəsi, baş verən fəlakət yalnız dövlət qurumları üçün deyil, ümumilikdə bütün cəmiyyət üçün, siyasi mövqeyindən, dinindən, irqindən asılı olmayaraq hər bir şəxs üçün bir kamillik imtahanı, sınaq anıdır. Bir şəxsin düçar olduğu bədbəxt hadisədən, insanların rastlaşdığı kütləvi faciələrdən zövq almaq, yaxud bundan öz maraqları naminə bəhrələnməyə çalışmaq indiyə qədər heç kimə divident qazandırmayıb. Fəlakət və qəzalara bir millət olaraq nə dərəcədə hazırıq, fors major situasiyalarda dövlətin yanındayıqmı, şaiyə texnoloqlarının, antimilli ünsürlərin, dövlətimizin qəsdinə hazır duranların fəaliyyətinə, işbazların bazarına meydan tanıyırıqmı? Dünənki hadisələr fonunda Azərbaycanda mütləq əksəriyyətin bu sınaqdan alnıaçıq çıxdığını çəkinmədən söyləyə bilərəm..."

 

PA rəsmisinin sözlərinə görə, təəssüf ki, bu dəfə də istisnalar oldu:

"Yenə də müxalifətin radikal kəsimi və xarici ölkələrdə məişət müxalifətçiliyi edən bəzi “milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular. Onlar qaranlıq gecəni “məxfilik pərdəsi” hesab edərək insanları “bankları dağıtmağa”, “Azadlıq” meydanına çıxmağa, Gəncədəki cinayəti - dövlət məmurunun həyatına sui-qəsdi “digər şəhərlərdə də təkrarlamağa” çağırışlar etdilər. Onların bir çoxunun saxta profillərdə gizləndiyi, bəzi qonşu dövlətlərin uzantısı olduğu az-çox siyasətdən başı çıxan hər kəsə məlumdur. Amma bu sırada 1992-1993-cü illərdə Azərbaycanda dövlət katibi, dövlət müşaviri, nə bilim nazir, icra başçısı, prokuror, polis rəisi, hərbi hissə komandirinin olduğunu görüncə, yaxud sabah ölkəmizdə prezident, ölkə başçısı, parlament sədri olmaq istəyən “siyasi xadimlər”i müşahidə edəndə sağlam düşüncəli insanı dəhşət bürüyür. Bunlar o illərdə ölkəmizi necə və hansı təfəkkürlə idarə ediblər?! Allah eləməsin, belələri indiki təfəkkür və mövqe ilə bir neçə il hakimiyyətdə qalsaydı gör nələr yaşanardı? Yaxud, Allah eləməsin, onlar gələcəkdə ölkənin sükanını əllərinə keçirsələr nə olar?"

 

Ə.Həsənov qeyd edib ki, ölkədə olarkən özlərinə Dədə Qorqud donu biçib “barışdırıcılıq”, “arbitrilik” eşqinə düşən bəziləri isə xaricə qaçaraq yad ölkələrdə özlərinə sığınacaq tapar-tapmaz XIX əsrin rus anarxistləri üslubunda hər yerdə itaətsizlik təşkil etməyə çalışır, hər gün üsyan çağırışları edir, hətta Gəncədəki kriminal hadisənin personajını qəhərmanlaşdırmağa cəhd göstərdilər:

"Məsələnin daha pis cəhəti ondadır ki, həmin çağırışlara müxalifət partiyalarının ayrı-ayrı tanınmış nümayəndələri tərəfindən də dəstək verilir. Bəzən vətəndaş cəmiyyətinin müxalif düşüncəli bəzi təmsilçilərinin mövqeyi də adamı əməlli-başlı çaşdırır.

 

Görən bunca rəzillik, yetişdikləri torpağa, kökləri ilə bağlı olduğu xalqa, dövlətə, Vətənə bunca nifrət hardandır bu adamlarda? Bunlar bu ağıllamı iqtidara gəlib dövləti idarə etmək istəyirlər? Heç kim unutmamalıdır ki, dövlətin atributları hansısa iqtidarın inhisarında deyil və olmayacaqdır. Allah eləməsin, sabah belə təfəkkürlü insanlar iqtidara gəlsə, ölkənin qanunları ilə, dövlətlə, dövlətçiliklə beləmi davranacaqlar? İtaətsizliyə, dövlət atributlarına sayğısızlığa, insanlara qarşı sui-qəsdə çağıran siyasətçi ilə dövləti necə idarə etmək olar? 1991-1992-ci illərin havasından çıxmaq üçün bu insanlara görəsən daha neçə onilliklər lazımdır? Getdikləri yolun hara aparıb çıxara biləcəyini və yaxud çıxarmayacağını anlamaq onlar üçün bu qədərmi çətindir?"

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov 2 Oktyabr 2020, 00:56 COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır 2 Oktyabr 2020, 00:41 “Qarabağ” qələbəsini əsgər salamı ilə qeyd etdi 2 Oktyabr 2020, 00:27 Türkiyədən Azərbaycana dəstək davam edir 2 Oktyabr 2020, 00:21 Xocavəndin işğalından 28 il ötür 2 Oktyabr 2020, 00:06 Cəbhə gündəliyi: 1 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR 1 Oktyabr 2020, 23:57 Türkiyədə daha 67 nəfər koronavirusdan öldü 1 Oktyabr 2020, 23:43 “Qarabağ”dan möhtəşəm qələbə - 7-ci dəfə AvroLiqanın qrup mərhələsində... 1 Oktyabr 2020, 23:27 Ermənistan qırıcıları Azərbaycan sərhədində 1 Oktyabr 2020, 23:18 Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək 1 Oktyabr 2020, 23:06 "Guardian" nəşrinin Qarabağla bağlı yazısına cavab verildi 1 Oktyabr 2020, 22:54 “Rusiya Qarabağ münaqişəsində heç bir tərəfi dəstəkləmir” – Rəsmi Moskva 1 Oktyabr 2020, 22:47 Azay Quliyev “Əl-Cəzirə” televiziyasına müsahibə verib - VİDEO 1 Oktyabr 2020, 22:37 Sabiq müdafiə naziri: “Hazırda cəbhədə mövqe döyüşləri gedir” 1 Oktyabr 2020, 22:30 Ermənilər Azərbaycana qarşı kiberqruplar yaratdılar 1 Oktyabr 2020, 22:13 Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə MÜRACİƏT 1 Oktyabr 2020, 21:45 Düşmənin 4 gündə itirdiyi texnikanın QİYMƏTİ 1 Oktyabr 2020, 21:32 Ermənistan İsraildəki səfirini geri çağırdı 1 Oktyabr 2020, 21:26 Azərbaycan nefti bahalaşıb 1 Oktyabr 2020, 21:18 Ceyhun Bayramovun Luici Di Maio ilə telefon danışığı olub 1 Oktyabr 2020, 21:09 Müdafiə Nazirliyi hərbi attaşelərə və beynəlxalq təşkilatlara düşmənin təxribatından DANIŞDI 1 Oktyabr 2020, 20:45 “Ağlı, dərrakəsi olmayan məhz Ermənistandır” - Tural Gəncəliyev  1 Oktyabr 2020, 20:35 Rusiyanın baş prokuroru Qarabağ münaqişəsinin  BMT TŞ-nın qətnamələri əsasında həllini dəstəkləyir 1 Oktyabr 2020, 20:26 Ceyhun Bayramov səfirlə görüşüb -FOTO 1 Oktyabr 2020, 20:18 Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığmasının heyəti açıqlanıb 1 Oktyabr 2020, 20:10 Ukraynada Mixeil Saakaşviliyə hücum edildi 1 Oktyabr 2020, 20:04 Müdafiə Nazirliyi: Döyüş bayrağını qoruya bilməyən Ordunun iki yolu var 1 Oktyabr 2020, 20:00 Təbrizdə Azərbaycana dəstək aksiyası keçirilib - VİDEO 1 Oktyabr 2020, 19:50 Mərakeş Krallığı Dağlıq Qarabağla bağlı nota verdi 1 Oktyabr 2020, 19:40 Əgər belə bir vaxtda da birlik nümayiş etdirmirlərsə... 1 Oktyabr 2020, 19:33 Düşmənin 200-dək tank, 228 artilleriya, 110-dan artıq avtomobil məhv edilib - Müdafiə Nazirliyi 1 Oktyabr 2020, 19:25 Azərbaycan ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir 1 Oktyabr 2020, 19:17 Eskişehirspor futbol klubundan Azərbaycana dəstək 1 Oktyabr 2020, 19:10 Latviyadakı deputat soydaşımızdan Azərbaycana DƏSTƏK 1 Oktyabr 2020, 19:03 Təhsil Nazirliyi: Düşmən təxribatı nəticəsində iki şagird həlak olub, bir müəllim yaralanıb, 11 məktəb dağılıb 1 Oktyabr 2020, 18:56