Arxiv
28 Avqust 2018, 12:05 | REPORTAJ
Boşanan ailələr, itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti... - Dəhşətli STATİSTİKA

Son illər Azərbaycanda qeydə alınan nikahların sayı azalmaqda, boşanmaların sayı artmaqdadır. Dəhşətli tendensiyanın səbəblərini müəyyən etmək üçün Modern.az kiçik araşdırma aparıb. Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə əsasən,  son 21 il ərzində boşanmaların sayında 8708 artım var. Ötən 21 illə müqayisədə ən çox nikah 2011-ci ildə (88145 nikah), ən çox boşanma isə 2017-ci ildə (14514) qeydə alınıb:

1997-ci il 46999 nikah, 5806 boşanma

1998-ci il 40851 nikah, 5657 boşanma

1999-cu il 37382 nikah, 5013 boşanma

2000-ci il 39611 nikah, 5478 boşanma

2001-ci il 41861 nikah, 5382 boşanma

2002-ci il 41661 nikah, 5738 boşanma

2003-cü il 56091 nikah, 6671 boşanma

2004-cü il 62177 nikah, 6914 boşanma

2005-ci il 71643 nikah, 8895 boşanma

2006-cı il 79443 nikah, 7817 boşanma

2007-ci il 81758 nikah, 8340 boşanma

2008-ci il 79964 nikah, 7933 boşanma

2009-cu il 78072 nikah, 7784 boşanma

2010-cu il 79172 nikah, 9061 boşanma

2011-ci il 88145 nikah, 10747 boşanma

2012-ci il 79065 nikah, 11087 boşanma

2013-cü il 86852 nikah, 11730 boşanma

2014-cü il 84912 nikah, 12088 boşanma

2015-ci il 68773 nikah, 12764 boşanma

2016-cı il 66771 nikah, 13114 boşanma

2017-ci il 62923 nikah, 14514 boşanma.


Ən son statistikaya görə, 2018-ci ilin altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah qeydə alınıb. Qeyd olunan dövrdə qeydiyyat şöbələrində 7219 boşanma rəsmiləşdirilib.


Xüsusilə nikah müddəti 3-5 il davam edən cütlüklər arasında boşanma halları sürətlə artmaqdadır. Nədir bunun səbəbləri –sosial şəbəkələr, “Whatsapp”, “Facebook” yazışmaları, xəyanət, sosial durum, zorakılıq, qayınana-gəlin münasibətləri, cinsi uyğunsuzluq?...

 

Modern.az-ın müzakirəyə çıxardığı mövzu ətrafında yaranmış suallarını “Təmiz Dünya” Qadınlara Dəstək İctimai Birliyinin sədri Mehriban Zeynalova cavablandırıb.

 

“Sosial şəbəkələr xəyanət üçün sadəcə vasitədir”

 

M.Zeynalova boşanmaların artmasını dəyərlərin itməsilə əlaqələndirib:


“Bir vaxtlar normalar, yazılmamış qanunlar vardı. İndi onların hamısında dəyişikliklər baş verib. Bu normalar sosial şəbəkələr deyil. Sosial şəbəkələr sadəcə bu imkanları həyata keçirmək üçün rahat vasitədir. Yəni bunu etmək istəyən sosial şəbəkə olmasa da edəcək. Amma kökündə psixoloji dəyişikliklər, fərqli baxışların formalaşması durur. Bir çox hallarda sosial şəbəkələri bu məsələlərdə o qədər qabardırlar ki, bizim bu imkanları itirmək imkanlarımız ortaya çıxır. Nəzərə almaq lazımdır ki, biz bir çox işlərimizi məhz sosial şəbəkələr vasitəsilə reallaşdırırıq. Sosial şəbəkənin üstünlüklərini danmaq olmaz. Onlar vasitəsilə bir-birimizdən, dünayadan xəbər tuturuq, maraqlı məlumatlar əldə edirik və s.

Ailə münasibətlərinin pozulmasında sosial şəbəkənin rolunun qabardılması problemin əsas kökünün kənarda qalmasına gətirib çıxarır. Əksəriyyət insanlar arasındakı münasibətləri bir yana qoyub, sosial şəbəkəni müzakirə etməyə başlayır. Əgər ailədə dediyim öhdəlik və məsuliyyət hissi varsa, insanlar əvvəlki dəyər sistemlərini idarə edirlərsə, o halda sosial şəbəkə olmur, hansı vasitə olur olsun onu dəyişmək, itirmək mümkün deyil. Demək problem sosial şəbəkələrdə deyil. Problem insanların ailə münasibətlərinə səthi yanaşmasında, məsuliyyətsizliyində, etibarsızlığında, güzəştə getməməsində, azadlıq hissinin başqa məcraya yön almasında, seksual aclığın təmin edilməməsində, imkanların yetmədiyi arzuların gerçəkləşdirilməsi istəyində, kimlərinsə yaşayışı ilə müqayisələr və s.də təzahür edir. Bu siyahını nə qədər desəniz uzatmaq olar.

Məsələ burasındadır ki, sadalanan məsələlər başqaları tərəfindən təbliğ olunur, çağırışlar edilir. Zorakılığa itaət etməmək üçün boşananlar haqlıdırlar. Amma qadın da var, kiminsə, nəyinsə acığını ailəsindən çıxır. Tutaq ki, ər xəyanət edir, qadın da başlayır ona xəyanət etməyə, nəticədə ailələr dağlır. Bu hallar əvvəllər də olub. Bu, yanlış yanaşmadır, şəxsin öz uşaqlarına və özünə vurduğu çox böyük travmadır. Bu qadının xəyanətinin nə ətrafa, nə də ərinə heç bir ziyanı yoxdur. Bu da sırf məsuliyyət hissinin olmaması ilə bağlıdır. İnsanların təkcə ailəsi qarşısında yox, cəmiyyət qarşısındakı məsuliyyət hissi itirilib. Bundan danışmaq lazımdır”. 

 

“Bir müddət sonra bakirəlik də öz aktuallığını itirəcək”

 

Qadın hüquq müdafiəçisi hesab edir ki, bugünkü gənclik ağsaqqal sözü eşitmir:


“Əvvəllər böyüyə, kiçiyə, ağbirçəyə, ağsaqqala etimad, qarşılıqlı hörmət hissi vardı, söz deyiləndə eşidilirdi. Bu gün gördüklərimiz nədir? Ancaq reklamlar, şoular, televiziya verilişlərində kimlərinsə həyatını təftiş etmək, müzakirə etmək, lağ obyektinə çevirməkdir. İnsanlar problemlərin həlli yollarını axtarmır. Sadəcə onu qısa müddətliyinə müzakirəyə çıxarıb unutmağa üstünlük verirlər. Ümumən  hesab edirəm ki, ailə münasibətlərinin keçid dövrüdür. Erkən ailə qurmaq, məcburi ərə vermək, yaxud qızların yaşı keçdiyinə görə əlacsız ərə verilməsi və s. prosesi daha da sürətləndirir. Bir sözlə şüurlu ailə modeli yoxdur. Ümumən əvvəllər oturuşmuş, sabitləşmiş dəyərlərimiz vardı, qəbul edilmiş normalara sona qədər tabe olurdular. Bu gün cəmiyyətin qaydalarından kənara çıxılır, ictimai qınaq da yoxdur, eyni zamanda anonimlik məsələsi gündəmə gəlib. Bura müharibənin də müəyyən təsirləri oldu. Yəni əvvəllər hamı hamını tanıyırdı. Torpaqlar gedəndən sonra insanlar şəhərlərə gəldi, qaynayıb-qarışdılar, tanınmadıqları bir mühitə düşdülər. Anonimlik sindromu insanların öz davranışlarını dəyişməsi və sərbəstlik adıyla hərəkətlərinin nəzarətdən çıxması ilə müşahidə olundu. Məsələn, sovet dönəmində rayondan Bakıya gələn qızlarda bu sindrom yaşanırdı. Onlara nəzarət mexanizmi yox idi. Kimsə hamilə qalırdı, kimsə sərbəst seksual münasibətlərdə olurdu, yaxud çox açıq geynirdi, hansı ki öz kəndində bunu edə bilməzdi. Bu nəzarətsizlik sindromu insanların öz hərəkətlərində, daxilində gizlətdiyi və ortaya çıxara bilmədiyi münasibətlərdir ki, anonimlik mühitindən “bəhrələnərək”  bunu edirlər. İnsanlar da zəncirvari bir-birinə baxır, “filankəs bunu edir, mən də edəcəm”, “yaxud mən niyə etməyim” deyərək, addım atmağa başlayır.

Həmçinin, dəyər sistemində ədalətli yanaşma məsələsi də pozulub. Baxırsan ki, ailədə kimsə çox sadiqdir, cəfakeşdir. Bəzən sosial şəbəkələrdə, televiziyalarda belə fikirlər səsləndirilir “filankəs gəzir, amma gör necə hörmətlidir”. Bilmədən, yaxud bilərəkdən bunu şüuraltına yeritməyə başlayırlar. Bunların hamısı insanın psixikasına təsir edən amillərdir. Ailə modelini dağıtmağa gətirib çıxaracaq çox sayda səbəb var. Köhnə qanunlarla təzə qanunların uzlaşmaması da bir sindromdur. Bəzi ailələr istəyir ki, yeni qurulmuş ailəni öz qaydaları ilə idarə etsin. Amma qanunvericilik Avropa standartlarını üstün sayır. Məsələn, bu gün sən ailənin sirrini polisə açıqlamalısan, amma əvvəl bunu etmirdilər. Baxın, qəribə keçid dövründəyik. Ailə modelinin keçid dövrüdür ki, ailələr yeni tələblərə, yeni qanunlara uyğunlaşmağa başlayıb. Yalnız keçid dövründən sonra şüurlu ailə modelinin formalaşmasının şahidi ola biləcəyik. İnsanlar ailə quranda ailənin mahiyyəti və onunla birgə olmağa üstünlük verəcəklər. İndi çox sayda nikahsız yaşayanlar var. İndi bizim bakirəlik dediyimiz və əsas götürdüyümüz məsələ bir müddət sonra öz aktuallığını itirəcək. İnsanlar sərbəst yaşayacaq, bundan sonra ailə quaracaqlar. Bəlkə də daha kəskin davranışlar ortaya çıxacaq. Amma istənilən halda istəməzdim ki, biz dini qaydalarla yaşayaq”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36