Modern.az

Nobel Sülh mükafatının laureatları bəlli olub

Nobel Sülh mükafatının laureatları bəlli olub

Dünya

7 Oktyabr 2011, 15:56

2011-ci il üzrə Nobel Sülh mükafatı laureatlarının adları məlum olub. Bunlar  Liberiya prezidenti Ellin Djonson-Serlif, Liberiyalı hüquq müdafiəçisi Leyma Qbovi və Yəməndən olan digər bir fəal siyasətçi Tavakel Karmandır.
Ellin Conson Serlif və Leyma Qbovi ölkədəki sülhməramlı fəaliyyətlərinə, Tavakel Karman isə Yəməndə qadınların hüquqlarının müdafiəsinə görə bu  mükafata layiq görülüblər.

Norveç Nobel Komitəsi 1901-1950-ci illərdə  Nobel sülh  mükafatına iddialı olan, lakin onu qazana bilməyən şəxslərin siyahısını açıqlayıb. Komitənin qaydalarına görə, siyahıdakı bu şəxslərin adı yarım əsr məxfi saxlanılıb. 
Nobel Sülh mükafatına iddialılar arasında 1939-cu ildə Adolf Hitler, onun silahdaşı Benito Mussolini, 1946-cı və 1948-ci illərdə İosif Stalin, 1953-cü ildə isə Böyük Briyaniyanın Baş naziri, jurnalist-yazıçı Uinston Çerçil olub. U.Çerçil Sülh nominasiyasına iddialı olsa da, ədəbiyyat üzrə mükafatlandırılıb.
Sülh mükafatına incəsənət xadimlərindən Nikolay Rerix, Lev Tolstoy, dövlət başçılarından II Nikolay (1901), Belçika kralı I Albert (1975), Yunanıstan kralı I Pavel (1950) iddialı olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok