Arxiv
20 Sentyabr 2018, 11:05 | REPORTAJ
İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb

Dünən gecə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin  İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs də azərbaycanlıdır. Onun Gözəl Dəmirov adlı sabiq polis rəisi, iş adamı olduğu bildirilir.
Türkiyə mediasında yer alan məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisə zamanı tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxararaq şərikinə 3 dəfə atəş açıb.


Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər – Gözəl Dəmirovun sürücüsü də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.

Gözəl Dəmirov 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, Bakı Soyuducular Zavodunun keçmiş direktorunun qardaşı, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda da biznes işlərinin olduğu söylənilir. Gözəl Dəmirovun hətta “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da qeyd edilir.

Modern.az saytı Gözəl Dəmirovla bağlı kiçik araşdırma aparıb. Araşdırma zamanı maraqlı faktlar üzə çıxıb.


Gözəl Dəmirov haqqında Modern.az-a danışan sabiq polis rəisi Mahmud Hacıyev vaxtilə, AXC hakimiyyəti dövründə onunla birgə çalışdığını bildirib.

Maraqlıdır ki, G.Dəmirov dünən gecə həmyerlisini öldürməklə qatilə çevrilməsinə baxmayaraq, M.Hacıyev onun müsbət xarakterli bir şəxs  olduğunu vurğulayıb:


“Gözəl Dəmirov səhv xatırlamıramsa, əslən Sabirabaddan idi. Hardasa 66-67 yaşı olar. Ucaboylu, ağbəniz, cüssəli kişi idi. Cavan vaxtlarında Bakı İstintaq İdarəsində, daha sonra Daxili İşlər Nazirliyində idarə rəisi işləyib. Biz onunla Daxili İşlər Nazirliyində bir yerdə işləmişik. Bir orqan işçisi kimi münasibətlərimiz olub. Çox yaxşı, mərd, ürəkli insan idi, kasıba, imkansıza əl tutan idi. Müharibə vaxtlarında çox köməklikləri olub, bu cür hərəkəti edəcəyini ağlıma belə gətirməzdim. 90-cı illərin əvvəllərində beynəlxalq konvensiyalara uyğun olmasa da, Pakistandan, Əfqanıstandan mücahidlər gəlib Qarabağda bizə kömək edirdilər. Gözəl Dəmirovun  onların Azərbaycana gəlməsində, döyüş bölgəsinə aparılmasında xüsusi əməyi olub. Həqiqətən nümunəvi işçi idi. Çox müsbət adam idi. O vaxt Müdafiə Nazirliyi yox idi. Müharibədə vuruşanların, köməklik edənlərin əksəriyyəti elə polislər idi. Gözəl Dəmirov da ən yaxşılardan biri idi”.
 


Etimad İsmayılov

Mahmud Hacıyevin sözlərinə görə, 1994-1995-ci illərdə Gözəl Dəmirovun başının üzərində “qara buludlar” dolaşırmış:

“Onun həbsinə hazırlıq gedirdi. Polkovnik-leytenant rütbəsindəydi. Ona görə də orqandan xaric olunaraq, hər şeyini yığıb Türkiyəyə getdi. Ailəli idi. Bildiyim qədəriylə 2 övladı var. Türkiyədə bizneslə məşğul olmağa başladı. Ora gedəndən sonra əlaqələrimiz olmasa da, gedib-gələnlərdən xəbərləşirdik. Orada da normal həyat tərzi sürürdü, bacarıqlı, hörmətli, hər mənada yaxşı insan idi. Bilirsiniz, onun haqqında pis bircə dənə də fikir söyləyə bilmirəm. Gör o boyda orqanda çalışmış olasan, ağlın, kamalın ola, axırda qətl törədəsən. Amma yəqin ki, səbəbsiz olmaz. Gör nə vəziyyətə çatıb ki, belə hadisə törədib. İlyas İsmayılovun Amerikadakı oğlu özünə oxşayır. Özü kimi yaxşı insandır. Amma mərhum Etimad İsmayılovu yaxşı tanımıram.

Axı niyə belə bir vəziyyət yaranıb ki, Gözəl silaha əl atıb?

Gözəl Dəmirov  25 ilə yaxındır Türkiyədədir, yenə deyirəm, bir adam da onun haqqında nəsə pis deyə bilməz. Kasıba, evsizə əl tutan idi. Hədsiz müsbət adam idi. Yəni kiməsə pul atan, kiməsə torba tikən biri deyildi. Bayaqdan onun haqqında ancaq müsbət fikirlər söyləyirəm. Yerlim deyil, qohumum deyil, mən qazaxlı, o, sabirabadlı. Amma adam gərək haqqına danışsın. Allah Etimada rəhmət eləsin”.



Qeyd edək ki, keçmiş daxili işlər naziri İsgəndər Həmidov da Modern.az saytına müsahibəsində Gözəl Dəmirov haqda maraqlı fakt açıqlayıb:


“Tale elə gətirib ki, Elçibəy prezident olanda bu cür işlərə həmişə məni göndərirdi. Bir dəfə yenə məni yanına çağırıb soruşdu ki, “Əfqanıstandan özbək əsilli general Dustumu Bakıya gətirə bilərsən?”. Onu Bakıya gətirdim və mən, rəhmətlik Türkeş və Bəyin iştirakıyla dördlükdə ciddi müzakirələr apardıq. General Rəşid Dustum dedi ki, “mənim qüvvələrim azdır, onda qoyun mən qayıdıb baş nazir Hikmətyarla danışım, birinci mərhələdə 200 əfqan döyüşçü gətirilsin”.
O vaxt Bakı Soyuducular Zavodunun Dəmirov soyadlı direktoru vardı, onun qardaşı Gözəl Dəmirov da Daxili İşlər Nazirliyində idarə rəisi idi. Gözəli göndərdim Əfqanıstana – Qəndahara. Danışıqlardan sonra ordan 250 nəfər döyüşçü gətirildi. Ancaq mən işdən çıxandan sonra onlara yiyə duran olmadı və dağıldılar. Azərbaycandan qayıdıb gedənlər də oldu, burda azərbaycanlı qadınlarla ailə qurub qalanlar da. Mən onların biriylə Həcc ziyarətində olduğum zaman rastlaşdım. Məkkədə “Əl-Haram” məscidinə namaz qılmağa getmişdik. İçəri daxil olan kimi bir ucaboylu, cüssəli şəxs mənə yaxınlaşıb salam verdi. Soruşdum ki, “kimsən, səni tanıya bilmədim”. Dedi, “mən Azərbaycanda sizin rəhbərliyiniz altında döyüşmüşəm. Azərbaycandan xəbərimiz var və gözdə - qulaqdayıq ki, ikinci Qarabağ savaşı başlasın, gəlib qardaşlarımızın qisasını alaq””.


Gözəl Dəmirov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34