Arxiv
25 Sentyabr 2018, 22:30 | REPORTAJ
Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında budəfəki təqdimatı iki istedadlı mərhum aktyor – Xalq artisti Fuad Poladov və Əməkdar artist Vəfa Fətullayevanın əks olunduğu foto ilə bağlıdır.

Zaman - Ötən əsrin təxminən 70-80-ci illəri... Məkan - Lənkəran rayonu...

Fotoşəkil Akademik Dram Teatrının akytorları Lənkəranda qastrolda olan zaman çəkilib.

İki gənc sənətkar ovaxtkı “Komsomolun 50 illiyi” sovxozunun çay plantasiyasına baxmağa gediblər. Aktyorlar fürsətdən istifadə edib sovxozun çaybecərən qadınları ilə şəkil də çəkdiriblər.

Bu şəkildə onlar xoşbəxt görünürlər... Hələ Vəfanın başına gələcək bədbəxt hadisədən xəbərsizdirlər...

Fuad Poladov 24 may1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. Vəfa Fətullayeva ilə də ilk dəfə məhz “Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşıb.

Vəfa Fətullayeva 1945-ci il avqust ayının 25-də Bakıda dünyaya göz açıb. Vəfa xanımın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ xalq artisti, aktrisa Hökumə Qurbanova olub.
Vəfa Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Onun həyatı acı və  çox kədərli olub. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə - qan xərçənginə düçar olan əməkdar artist 21 may 1987-ci ildə - 42 yaşında vəfat edib. 

Bəzi məlumatlara görə, eyni səhnəni paylaşan Vəfa və Fuad sonradan tədricən həyatlarını, sevgilərini, hisslərini də bir-biri ilə paylaşıblar. Amma bu sevginin sonu olmayıb. Ailə qurmayıblar. Deyilənlərə görə, onların qovuşmasına V. Fətullayevanın anası Hökumə Qurbanova icazə verməyib. Vəfanın Zaur adlı şəxslə evliliyi uğursuz olmuşdu. Zaur Vəfanın səhnəyə çıxmasına qarşı olub. Deyirlər guya, H.Qurbanova qızının növbəti belə bir hadisə yaşamasını istəmədiyi üçün Fuadla onu ayırıb.

Fuad Poladov Vəfa Fətullayevanın ölümündən 31 il sonra, onunla eyni ayda –mayda (2018-ci il), eyni xəstəlikdən – xərçəngdən vəfat edib.

Uzun illər gizli qalmış bu sevgi barədə söz-söhbətlər bir neçə ay öncə Fuad Poladov dünyasını dəyişəndə bəzi KİV-lərin gündəminə gəlmişdi...

Allah hər iki sənətkara rəhmət eləsin...

 



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada  bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30 Beş ayda dəmir yolu nəqliyyatı ilə 1,27 milyard dollarlıq yük daşınıb   17 İyun 2019, 11:29 Lənkəran çayından kişi meyiti tapılıb   17 İyun 2019, 11:07 Bədbəxt varislər - Bir ailənin FACİƏSİ 17 İyun 2019, 10:56 Astarada çətənə yetişdirən ailə saxlanıldı 17 İyun 2019, 10:52 Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20