Modern.az

Azərbaycanlılar Türkiyədə bələdiyyə sədrliyi uğrunda mübarizə aparacaqlar

Azərbaycanlılar Türkiyədə bələdiyyə sədrliyi uğrunda mübarizə aparacaqlar

12 Dekabr 2018, 12:47

 

 

Gələn il Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Belə ki, artıq seçkilərin tarixi də bəllidir. Martın 31-də vətəndaşlar öz namizədlərinə səs verəcəklər.

 

Maraqlı məqam isə Türkiyədəki bələdiyyə seçkilərinə azərbaycanlıların da qatılmasıdır. Türkiyənin bir çox bölgələrində uzun illərdir ki, məskunlaşan soydaşlarımız var.

 

Vaxtaşırı soydaşlarımızın  vətəndaşı olduqları ölkələrin ictimai-siyasi həyatında aktiv iştirak etmələri müzakirə olunur.

 

Bəs Türkiyədəki bələdiyyə seçkilərində azərbaycanlı namizədləri görə biləcəyikmi?

 

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu Modern.az-a açıqalamasında deyib ki, əslən Azərbaycandan olan  soydaşlarımız bələdiyyə seçkilərinə artıq namizədliklərini irəli sürüblər

 

Soydaşlarımızdan biri  Camal Mehmethanoğludur.  Türkiyədə keçiriləcək növbəti yerli bələdiyyə seçkilərində İzmir Şəhər Bələdiyyəsinə namizədliyini irəli sürüb. O,  əslən Qərbi Azərbaycanlıdır. 1957-ci ildə Qars şəhərində anadan olub. Türkiyənin 9 Eylül Universitetinin hüquq fakültəsinin məzunudur. Boran Emlak və CEMLAK markalarının, o cümlədən canaz.tv-nin (Can Azərbaycan internet televiziyası) sahibidir. Qarslılar Həmrəylik Dərnəyi və Azərbaycan Mədəniyyət Dərnəklərinin rəhbəridir. Digər azərbaycanlı namizəd İsa Yaşar Tezeldir. O da Türkiyədə böyüyüb. İğdır bələdiyyəsinə namizədliyini verib”

Səfər Qaraqoyunlunun sözlərinə görə, Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə namizədliyini irəli sürən azərbaycanlılara böyük ümid var.

 

“Əslində, 3 azərbaycanlı namizədliyini irəli sürüb. Onların hər birinə ümidimiz böyükdür. Məsələn, İğdır bölgəsini götürək. Bildiyiniz kimi,  İğdır strateji yerdir. Azərbaycanın ora diqqət çəkməsi çox önəmlidir. Türkiyədə bələdiyyə sistemi çox möhkəm qurulub. Ona  görə də seçkilərə hazırlıq çox güclü gedir. Biz hər bir azərbaycanlını bələdiyyə seçkilərində dəstək olmağa çağırırıq. Hər birinizin səsiniz çox önəmlidir. Həmçinin, Türkiyədə bələdiyyə sədri seçilmək sıradan vəzifə deyil. Ona görə də dəstəyinizi gözləyirik”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu