Modern.az

Azərbaycanın 10 milyonuncu sakininə MEHRİBAN adı verildi

Azərbaycanın 10 milyonuncu sakininə MEHRİBAN adı verildi

Hadisə

6 Aprel 2019, 22:36

Azərbaycanda doğulan 10 milyonuncu uşağa  Mehriban adı verilib.  Bu barədə Modern.az-a uşağın atası Rauf Həsənov məlumat verib.

 

Qeyd edək ki, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik ediblər.

 

Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur. Bakının Sulutəpə qəsəbəsində yaşayan Rauf Həsənov polis serjantıdır. Ailənin ilk övladı olan 10 milyonuncu vətəndaşın anası Nigar Ocaqova isə  orta məktəbdə müəllim işləyir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür