Arxiv
3 May 2019, 15:17 | REPORTAJ
Diş ağrısına görə də təcili yardım çağırmaq olar, amma…

Azərbaycandakı səhiyyə sistemindən ümumi bir narazılıq var. Bu narazılıq təcili tibbi yardımların çağırışı ilə baglı da tez-tez ifadə olunur. Təcili yardım maşınlarının gecikməsi narazılıqların arasında xüsusi yer tutur. Təbii ki, təcili tibbi yardım stansiyası da bu şikayətlərə cavab verir və onlarla razılaşmır, vətəndaşların bəzən hətta baş ağrısı zamanı belə təcili yardım çağırmasından narazılıq edir.  

Bu gün mən Türkiyədə təcili tibbi yardım xidmətindən yazacam. Vətəndaşlar nə zaman ambulans çağıra bilər və bu xidmətin onlara hansı hallarda verilməsinə icazə var?

Türkiyədə “112 Acil Sağlıq” xidməti  infarkt keçirmə, qan şəkərinin yüksəlməsi nəticəsində komaya düşmə, nəfəs alarkən boğulma,  beyin qanaması keçirmə, intihara cəhd etmə, epilepsiya  xəstəliyi zamanı ağır duruma düşmə, hansısa silahla yaralanma hallarında, zəlzələ və təbii fəlakətlərdə, yol qəzalarında çağırıla bilər.

Zəhərlənmə halında isə 114 saylı xidmət var. O xidmətə zəng olunarkən, ilkin yardım istəyi dinlənilir, gərəkən halda ambulans göndərilir.  Qrip, baş ağrışı, qızdırma, qusma, günlük təzyiq yüksəlməsi və buna bənzər xəstəliklərdə vətəndaşlar təcili tibbi yardım çağıra bilməzlər.  

Əgər vətəndaşlar belə bir xidmət istəyərsə, özəl təcili tibbi yardım xidmətləri var, ondan istifadə etməlidir.

Türkiyədə təcili tibbi yardım həkimi uzman doktor Öndər Limon Modern.az-a deyib ki, bütün xəstəxanların “Acil” şöbələri var və onlar 24 saat saat xidmət göstərir.

"Dövlət xəstəxanalarında bu xidmətlər sığortaya daxildir və sığortanın qarşıladığı bütün müalicədən yararlanırlar. Amma bəzən vətəndaşlar bəzi detalları bilmir və hər xəstəlik üçün təcili tibbi yardım çağırır. Belə adamlar xidmət edən presonalımızın suallarını düzgün cavablandırmır. Xəstənin yaşı, kimlik nömrəsi və s. kimi suallarda – “adam ölür, siz nə soruşursunuz” deyirlər. Bunlar çox yalnış reaksiyalardı. Xəstənin yaşını, öncə keçirdiyi xəstəliyi soruşanlar yardıma gələn həkimlər deyil, xidmətdəki işçilərdi. Onlar məlumatı alaraq yolda olan həkimlərə ötürürlər".

Uzman doktor deyir ki,  əgər vətəndaşlar hər istədikləri zaman təcili tibbi yardımın zamanında gəlməsini istəyirsə, o zaman özəl xidmətdən istifadə etsinlər:

"Pullu xidmətlər var, yaşadığımız şəhərin hər yerinin kilometrinə və xidmətinə görə qiymətləri var. Əgər vətəndaşlar baş, diş ağrısına görə tibbi yardım çağıracaqlarsa, başqalarının haqqına girməyəcək, özəl xidmətdən istifadə edəcək".

Doktor Öndər Limon bir maraqlı məsələyə də toxunub. Təcili tibbi yardım sadəcə istisna hal olaraq sevgilisindən ayrılmış gənclərə gedə bilər:

"Bu əslində istisna haldır. Deyəcəksiniz ki, niyə sevgilisindən ayrılan gəncə? Bu, bütün sevgilisindən ayrılanlara aid deyil təbii ki... Sadəcə, bu dönəmdə kriz keçirən, bilincsiz hərəkət edən və ya özünə zərər vermək istəyənlərə aiddir". 


Məhsəti Şərif,
İstanbul

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdə suyun səviyyəsi yarım metrdən çox artıb – Baş hidroloq 16 Dekabr 2019, 14:20 Putin Yeni İli necə qeyd edəcək? 16 Dekabr 2019, 14:20 Təhsil idarəsi mərkəzdəki partlayışla bağlı məlumat YAYDI 16 Dekabr 2019, 14:03 Bakıda havanın temperaturu yüksələcək - PROQNOZ 16 Dekabr 2019, 13:31 Rusiya gizli silahını işə saldı – NATO narahat qaldı 16 Dekabr 2019, 13:31 Seçkiləri saxtalaşdıranları bu cəzalar GÖZLƏYİR - həbs, cərimə, küçə süpürmək... 16 Dekabr 2019, 13:28 Ağ Şəhərdə piyada keçidi və yolayırıcı açılır 16 Dekabr 2019, 13:21 Zelenskinin Azərbaycan səfərinin TƏFƏRRÜATLARI – Prezident və baş nazirlə görüşəcək 16 Dekabr 2019, 13:16 “Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil” - Əliağa Hüseynov 16 Dekabr 2019, 13:10 Həştərxan vilayəti ilə mədəni əlaqələr müzakirə edilib - FOTO 16 Dekabr 2019, 13:06 Bu il vəfat edən tanınmışlar - teleaparıcı, akademik, meyxanaçı, bəstəkar, pilot… 16 Dekabr 2019, 13:02 Jurnalistlər 2019-cu ilin idman hadisələrindən DANIŞDILAR: “Millimiz azarkeşləri əsəbləşdirdi” 16 Dekabr 2019, 12:56 İcra başçısı müşavirə keçirdi 16 Dekabr 2019, 12:52 Konfutsi Institutu Azərbaycan televiziyasının efirində - FOTO   16 Dekabr 2019, 12:46 Bakıda Yeni il yolkalarının quraşdırılmasına başlanıldı 16 Dekabr 2019, 12:40 “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək 16 Dekabr 2019, 12:34 Bakıda evdən 20 min manat oğurlanıb 16 Dekabr 2019, 12:29 Ağır xəstə Novruz Salmanov yaşamaq üçün kömək istəyir 16 Dekabr 2019, 12:24 Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?.. 16 Dekabr 2019, 12:18 Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza” tətbiq olunur 16 Dekabr 2019, 12:17 Yaqub Mahmudov saytları məhkəməyə VERƏCƏK 16 Dekabr 2019, 12:15 Göyçayda oğrular “iş başında” yaxalandı - FOTO 16 Dekabr 2019, 12:09 Sarkisyan istintaqda eks-nazirlə üzləşdirildi 16 Dekabr 2019, 12:03 Polis daha 57 şübhəlini SAXLADI 16 Dekabr 2019, 12:00 Azərbaycan-Gürcüstan enerji sistemləri optik kabellə əlaqələndirildi - VİDEO 16 Dekabr 2019, 11:55 Şirməmməd Hüseynovun məzarı ziyarət edildi - FOTO 16 Dekabr 2019, 11:49 Beyləqanda həbs edilən polkovniki BURAXDILAR 16 Dekabr 2019, 11:43 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ   16 Dekabr 2019, 11:38 Fransada azərbaycanlıların elmi diasporu yaradıldı 16 Dekabr 2019, 11:30 Bakıda intihar edən məmurla bağlı cinayət işi AÇILDI 16 Dekabr 2019, 11:24 Beyləqan İcra Hakimiyyətindən həbs olunan polkovniklə bağlı AÇIQLAMA 16 Dekabr 2019, 11:23 Daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək 16 Dekabr 2019, 11:22 Dünyanın ən zəngin azərbaycanlısı 5 gündə 600 milyon dollar QAZANDI 16 Dekabr 2019, 11:16 İsa Sadıqov Əli İnsanova qoşuldu - İki nəfər sabiq nazirdən AYRILDI 16 Dekabr 2019, 11:15 Lökbatanda Uşaq Yaradıcılıq Mərkəzində partlayış olub - Müəllim yaralanıb 16 Dekabr 2019, 11:13