Modern.az

Həbsxanadakı qiyamda 52 dustaq öldü

Həbsxanadakı qiyamda 52 dustaq öldü

29 İyul 2019, 21:54

Braziliyanın şimalında həbsxanada baş vermiş iğtişaş zamanı 52 dustaq ölüb.

Modern.az  xəbər verir ki, bu barədə “Globo” portalı Para ştatının penitensiar xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, Altamira bələdiyyəsi həbsxanasında baş vermiş kütləvi iğtişaş iki kriminal qruplaşma arasında haqq-hesab davasından qaynaqlanıb. Ümumilikdə 52 nəfər öldürülüb, onlardan 16 nəfərinin başı kəsilib. Sonradan insidentin yarandığı məkanda yanğın meydana gəlib ki, nəticədə bəzi dustaqlar tüstüdən boğularaq ölüb.

Məlumata görə, hadisə səhər saatlarından başlayıb, günortaya qədər davam edib. Qiyam qaldıran dustaqlar iki nəzarətçini də girov götürüb, ancaq sonradan azad ediliblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı