Arxiv
23 Avqust 2019, 10:59 | TƏHSİL
Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - Deputat və təhsil ekspertindən ETİRAZ

Bu yaxınlarda Dövlət Statistika Komitəsi məktəbəqədər təhsil müəssisələri ilə bağlı rəqəm açıqlayıb.

Belə ki, dövlət bağçalarında işləyən 16099 pedaqoji işçinin 31,8 faizi ali, 61,7 faizi orta ixtisas, 6,3 faizi isə tam orta təhsillidir. 1679 dövlət bağçasının müdirlərindən 69,9 faizi ali, 28,6 faizi orta ixtisas, 1 faizi isə tam orta təhsillidir. Ümumilikdə isə rəsmi statistikaya əsasən, 505 bağça müdirinin ali təhsili yoxdur. 

Maraqlıdır, ali təhsili olmayan şəxslərin bağça müdiri kimi çalışmasına münasibət necədir?

Məktəbəqədər təhsil müəssisələrində yoxlamaları kim və necə  necə aparmalıdır?


Modern.az
saytı mövzuya münasibət öyrənməyə çalışıb.


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat katibi İsrafil Kərimov bildirib ki,  Bakı şəhəri üzrə fəaliyyət göstərən məktəbəqədər rəhsil müəssisələrində ali təhsilsiz bağça müdiri yoxdur:


“Həmin məsələ ilə əlaqədar bağçalarla maraqlandım. Bir neçə  il bundan qabaq Təhsil Nazirliyi bütün bağça müdirlərinin diplomlarını yığıb və onların uyğun olub-olmadığını yoxlayıb. Bakı şəhəri üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində bir nəfər də olsun nə diplomsuz, nə də diplomu bağça təhsilinə yaramayan bağça müdiri var. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən də yoxlama aparılıb”.


Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Asim Mollazadə deyib ki, məktəbəqədər təhsil müəssisələrinin sayı artmalı, bu şəbəkə genişlənməlidir:


“Bağçalarda açkarlanan hər hansı bir nöqsana qarşı çox sərt mübarizə aparılmalıdır. Bu gün bağçalarla bağlı problemlər hamını narahat edir. Dövlət bağçalarında olan rüşvət faktları ilə bağlı sərt mübarizə aparılmalıdır. Günahkarlar  öz cəzasını çəkməlidirlər. Əks halda, bu cür hadisələrin qarşısını almaq mümkün olmayacaq. Həmçinin, bağçalarda olan neqativ halların ortaya çıxarılması üçün dövlət orqanları ilə yanaşı, ictimaiyyət və media da əllərindən gələni etməlidir”.


Təhsil eksperti Etibar Əliyev isə düşünür ki, məktəbəqədər təhsil müəssisələri mütləq Təhsil Nazirliyinin tabeliyinə verilməlidir:


“Məktəbəqədər təhsil müəssisələrinin kadrlarla təminatında çox böyük problemlər mövcuddur. Bağça müdirlərinin, tərbiyəçi müəllimlərin böyük kəsimi kollec məzunlarıdır. Araşdırsanız görərsiniz ki, böyük əksəriyyəti qiyabi təhsil alıb. Qiyabi təhsilin vəziyyəti haqqında hamımız məlumatlıyıq. Buna görə də bağçaların səviyyəsi çox aşağıdır. Məktəbəqədər təhsilin nəinki kadr təminatı, eyni zamanda tədrisi də pis vəziyyətdədir. Hansı ölkələrdə təhsil güclüdürsə, orada məktəbəqədər təhsil müəssisələrinin səviyyəsi çox yüksəkdir. Ortada Yaponiya, Almaniya nümunələri mövcuddur. Azərbaycanda məktəbəqədər təhsil müəssilərinin həm sayı azdır, həm də kadr təminatı bərbad vəziyyətdədir. Ona görə də yaxşı tərbiyə və elementar biliklərin verilməsində uşaqlar üçün problemlər yaranır.

Düşünürəm ki, təhsilin bu mühüm həlqəsində islahatlara ehtiyac var. Birincisi, çox ciddi monitorinq aparılmalıdır. Elə  məktəbəqədər təhsil müəssisələri var ki, orada yaşı keçmiş tərbiyəçilər çalışır. İkincisi, kurrikulumlar, tədris metodiki vəsaitlər çox ciddi ekspertiza olunmalıdır. Üçüncüsü, məktəbəqədər təhsil müəssisələri paytaxtda Bakı şəhər İcra Hakimiyyətinin, rayonlarda isə rayon icra hakimiyyətlərinin tabeliyinə veriləndən sonra təhsilin və tərbiyənin keyfiyyəti ilə maraqlanan yoxdur. Bu qurumlar Təhsil Nazirliyinin tabeliyində olmadığı üçün icra hakimiyyətləri bağçaları ekspertiza etmək iqtidarında deyillər. Çünki bütün kurrikulum, tədris metodiki vəsaitlər Təhsil Nazirliyinin tərkibindədir. İcra hakimiyyətləri mütəxəssis baxımından yetərli deyillər. Ona görə də ilk islahat olaraq məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinə qaytarılmalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52 Manatın sabahkı məzənnəsi 17 Sentyabr 2019, 17:33 Heydər Əliyev Fondu Ağsu və İsmayıllı sakinlərini SEVİNDİRDİ - FOTOLAR 17 Sentyabr 2019, 17:24 Bərpa olunan enerji mənbələri müzakirə olundu 17 Sentyabr 2019, 17:17 “Ekologiya postu”na rəis təyin edildi 17 Sentyabr 2019, 17:13 Mübariz Qurbanlı: “Zəncirvurma Aşura keçirilən ölkələrdə özünü biruzə verir” 17 Sentyabr 2019, 17:07 UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb 17 Sentyabr 2019, 16:49