Arxiv
23 Avqust 2019, 12:20 | ANALİTİKA
Ermənistanla Azərbaycan arasında hansı rabitə işləyir…

“Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan son açıqlamasında Azərbaycanla Ermənistan arasında mövcud olan operativ əlaqənin işlək vəziyyətdə olduğunu söyləyib. Onun fikirlərindən belə nəticəyə gəlinir ki, lazımi hallarda müharibə vəziyyətində olan tərəflər bir-biri ilə əlaqə saxlayıb, hansısa məsələni yoluna qoymağa çalışırlar”.

Modern.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu erməni nazirin müzakirəyə səbəb olan fikirlərini şərh edərkən berlə deyib. Politoloq qeyd edib ki, iki tərəf arasında rabitənin qurulması haqqında razılıq ölkə rəhbərlərinin ötən ilin sentyabr ayında keçirilmiş qısa görüşündə əldə olunub:

“Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində görüşmüşdülər. Liderlər əsas olaraq, təmas xəttindəki gərgin vəziyyəti müzakirə etmişdilər. Bu, İlham Əliyevlə Nikol Paşinyan arasında ikinci qeyri-formal görüş idi. Paşinyan görüşdən sonra demişdi ki, Azərbaycan prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq veriblər. Paşinyanın sözlərinə görə, o, İlham Əliyevlə görüşdən sonra əldə olunan razılaşma haqqında separatçıların lideri Bako Saakyanı məlumatlandırıb, Ermənistan silahlı qüvvələrinin rəhbərliyinə isə müvafiq sərəncamlar verib.

Bu müzakirədən bir il keçib. Göründüyü kimi, Düşənbədəki razılaşmalar işləmir. Paşinyan hakimiyyətdə olduğu ilk 4 ayda cəbhə xəttində sakitlik idi. Rəsmi Bakı bununla Paşinyana zaman tanımışdı. Erməni baş nazir də bu vəziyyətdən məmnun idi. Ancaq Paşinyan Düşənbə görüşündən sonra heç bir addım atmadı və getdikcə ritorikası sərtləşdi və hətta “Qarabağ Ermənistandır” deyəcək duruma gəldi. Aydındır ki, belə vəziyyətdə heç bir razılaşma işləyə bilməzdi”.

E.Şahinoğlu mövcud vəziyyətdə Ermənistan xarici işlər nazirinin nəzərdə tutduğu Azərbaycanla rabitə kommunikasiyasının işləkliyini mümkün hesab etmir:

“Azərbaycan ordusu və sərhəd qoşunları tez-tez yerdəyişmələr edirlər, taktiki döyüşlər qeydə alınır, atəşkəs də tez-tez pozulur. Və ya Ermənistan hərbçisi təmas xəttini keçərək bölmələrimizə təslim olur. Bu vəziyyətdə erməni nazirin dediyi kimi hansısa rabitə vasitəsi varsa belə, bu heç nəyə yaramır. Mümkündür ki, Zöhrab Mnatsakanyan erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycanla hansısa rabitə kommunikasiyasının işlədiyini bildirib. Bütün hallarda Azərbaycan Müdafiə Nazirliyinin və ya XİN-nin erməni nazirin "kommunikasiya" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasına ehtiyac var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yas mərasimlərinin təşkil edilməsinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22 Sabiq prezident vəfat etdi 24 İyun 2021, 12:16 Qubadlını azad edən hərbçilərə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 12:10 Cəbrayılın azadlığı uğrunda vuruşanlar TƏLTİF OLUNDU 24 İyun 2021, 12:04 Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı 24 İyun 2021, 12:00 Azərbaycan dünyanın 30-dan artıq ölkəsinə yardım edib 24 İyun 2021, 11:57 Bakı Slavyan Universitetinə rektor əvəzi təyin olundu 24 İyun 2021, 11:53
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?