Arxiv
17 Oktyabr 2019, 15:51 | HADİSƏ
“Azərişıq” 9 yaşlı Zəhranın xərclərini qarşılayacaq? - AÇIQLAMA

Ötən həftə paytaxtın Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olarkən ağır yanıq xəsarətləri almış 9 yaşlı Zəhra Əliyevanın vəziyyətinin ağır olduğu bildirilir. Onun bir qolunu amputasiya edən həkimlərin qızcığazın ayaqlarını da kəsəcəyi söylənilir. Sosial şəbəkələrdə gedən müzakirələrdə hadisədə günahkar tərəf kimi “Azərişıq” ASC-nin adı hallanır. Eyni zamanda, qurumun azyaşlı qızın xəstəxana xərclərilə maraqlanmadığı iddia olunur.

 

Modern.az məsələyə aydınlıq gətirmək üçün aidiyyatı şəxslərlə əlaqə saxlayıb.


Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov
Modern.az-a açıqlamasında hazırda Zəhra Əliyevanın müalicəsinin davam etdirildiyini, vəziyyətinin ağır olduğunu bildirib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Zəhra Əliyevanın vəziyyəti ağır olaraq qalır:

“Hələlik həkimlər onun qolunu amputasiya ediblər. Ayaqlarının amputasiya olunması üçün son dəqiqələrədək gözləmə mövqeyini tutublar. Əgər bərpa mümkün olsa, amputasiyaya ehtiyac qalmayacaq. Amma vəziyyətdən çıxmasa, yəqin ki, ayaqları da amputasiya olunacaq”.

 

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev Modern.az-a danışarkən xəstəxana xərclərilə maraqlanmamaqda təmsil etdiyi quruma qarşı səslənən fikirlərlə razılaşmayıb:

“Hazırda bizim bir əməkdaşımız Respublika Yanıq Mərkəzindədir və xəstənin səhhəti üçün tələb olunan hər şeyin xərci tərəfimizdən ödənilir. “Azərişıq”ın rəhbərliyi hər gün uşağın vəziyyətilə maraqlanır. Məsələ ilə bağlı sosial şəbəkələrdə ““Azərişıq” Zəhra ilə maraqlanmır” fikirlərinin hamısı cəfəngiyyatdır”.

 

T.Mustafayev Zəhranın başına gələnlərdən bir insan kimi kədərləndiklərini vurğulayıb:

“O da bizim balamızdır, bütün kollektivimiz bu hadisəyə təəssüflənir. Bu, bədbəxt hadisədir, heç kim bundan sığortalanmayıb. Lap transfarmatorun yanında baş verməmiş olsa belə, o, Azərbaycan vətəndaşıdır. “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən, balaca qızımızın sağlamlığı üçün hər bir şey edilir. Allahdan şəfa diləyir, tezliklə sağalmasını arzulayırıq!”.

 

Xatırladaq ki, hadisə ötən həftə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kVt gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.

 

2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq, gərginliyə toxunub.

 

Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb. Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar xalqın əzmini sındıra bilmədi 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29 Tramp yeni siyasi partiya yaradır 20 Yanvar 2021, 08:23 Azərbaycanda zəlzələ oldu 20 Yanvar 2021, 08:14 “Gördün...? Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13 “Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar qətliamından sonrakı ÇIXIŞI 20 Yanvar 2021, 02:04 20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48 Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29 Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik” 20 Yanvar 2021, 01:21 Aviaşirkətlərin sərnişin daşımaları kəskin azalıb 20 Yanvar 2021, 00:59 Trampdan Amerika xalqına vida müraciəti 20 Yanvar 2021, 00:44 Çempion səfərdə uduzdu 20 Yanvar 2021, 00:33 Hamilə qadın bətnindəki uşağı koronavirusa yoluxdurub 20 Yanvar 2021, 00:17 20 Yanvar faciəsindən 31 il ötür 20 Yanvar 2021, 00:01 “İndi ABŞ-ın qaranlıq vaxtlarıdır” - Co Bayden 19 Yanvar 2021, 23:47 Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - QAYDALAR 19 Yanvar 2021, 23:36 Teledərslərin yanvarın 20-nə olan CƏDVƏLİ 19 Yanvar 2021, 23:25 ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi 19 Yanvar 2021, 23:16 Spikerin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı 19 Yanvar 2021, 23:01 İlham Əliyevdən 20 Yanvar paylaşımı - FOTO 19 Yanvar 2021, 22:46 “Ermənistan hakimiyyəti dəyişməlidir” - Ohanyan 19 Yanvar 2021, 22:37