Arxiv
11 Noyabr 2019, 12:10 | ANALİTİKA
67 dövlətin qatılacağı Dini liderlərin Bakı Sammiti - Azərbaycana kimlər gəlir?

Azərbaycanda 14-15 noyabr tarixində  keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti”ndə 67 dövləti təmsil edəcək 500 nümayəndənin iştirakı gözlənilir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Allahşükür Paşazadənin 70 illik yubiley tədbirləri çərçivəsində keçiriləcək bu mötəbər toplantı  ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dəvətini qəbul edənlər sırasında BMT, İƏT, UNESKO, İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar var.

 

Cənubi Qafqazda miqyasına və tərkibinə görə seçilən beynəlxalq toplantının Bakıda baş tutması Azərbaycana bir sıra dividentlər gətirəcəyi şübhəsizdir. İlk növəbədə bu dövlət-din münasibətlərini özündə ehtiva edir.

Toplantı Azərbaycan dövlətinin yürütdüyü siyasətin humanist ampluasının əsas mesajlarını nüfuzlu ictmai və din xadimlərinə təqdimatı üçün yaxşı imkan yaradacaq.

 

Dəvət olunanların siyahısında ABŞ, Latın Amerikası, Avropa, Yaxın Şərq, Asiya, Afrika dövlətlərinin ictimai-siyasi, dini rəhbərlərinin, parlament və hökumət üzvlərinin adlarının olması zirvə görüşünün sambalını bir daha təsdiq edir. Bir sıra aparıcı dövlətlər  toplantıya böyük nümayəndə heyəti ilə qatılmağa hazırlaşırlar.  Onların tərkibində olan şəxslərin bir çoxu dünya və regional siyasətdə söz sahibi olmaları ilə tanınırlar. Həmçinin BMT, İƏT, UNESKO kimi mötəbər qurumların yüksək səviyyədə təmsilçiliyi sammitin ciddi platforma olmasını şərtləndirir.

 

Belə demək olarsa, Azərbaycan dünya dinlərinin “buketi”nə evsahibiliyi etməklə müxtəlif mədəniyyətləri birləşdirən xoşməramlı vasitəçi kimi çıxış edir. Belə vasitəçilik isə dövlətimizin regionda  aparıcı mövqeyini dünyaya nümayişinin bir fürsəti olacaq.  

 

Sammit təkcə sırf dini məsələlər üçün nəzərdə tutulmayıb. Dəvətlilərin siyahısında sabiq dövlət başçılarının, nazirlərin, parlament rəhbərlərinin və deputatların olması onu göstərir ki, Bakı zirvəsində bugünkü dünyanın siyasi mənzərəsi və çağırışları müzakirə mövzusu kimi qaçılmaz olacaq. İsrailin və Tunisin sabiq Prezidentlərinin, Kolumbiya Senatının sədrinin, Səudiyyə Ərəbistanın xarici işlər üzrə sabiq dövlət nazirinin, Malazaiya Baş nazir ofisində dini məsələlər üzrə nazirin, Pakistanın Dini işlər və Dinlərarası Ahəng nazirinin, Senatının daimi komitə sədrinin, Rumıniyanın  dini məsələlər üzrə dövlət katibinin qatılacağı Sammitin palitrası bunu deməyə əsas verir.

Regiondakı böyük qonşularımızın da zirvə görüşündəki nümayəndə heyəti siyasi “baqajı” ilə seçilir. Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Maqomedsalam Maqomedovun, Prezident Administrasiyasının rəhbərinin müavininin, Federasiya Şurasının sədr müavininin,  Çeçenistanın başçısı Ramzan Kadırovun, Kabardin–Balkar Respublikasının başçısı Kazbek Kokovun, Şimali Alaniya Respublikasının başçısı Vyaçeslav Bitarovun, Dağıstanın Milli Məclisinin sədrinin, Dağıstan milli siyasət və dini məsələlər üzrə nazirinin zirvə görüşündə iştirakı toplantının siyasi əhəmiyyətinin bariz göstəricisi sayıla bilər.  

Bu baxımdan Türkiyə Böyük Millət Məclisinin deputatlarının, Diyanət İşlər bakanının, İƏT-in sabiq baş katibi Ekmeleddin İhsanoğlunun adları da iştirak edəcək qonaqların siyahısındadır.

 

Sammit çərçivəsində ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışları nüfuzlu din və ictimai xadimlərin  iştirakı ilə birgə müzakirə olunacaq.

Siyahıda adları əks olunmuş mötəbər qonaqların adları bunu deməyə əsas verir. Amerika qitəsindən tutmuş Afrikaya qədər səmavi dinləri təmsil edən nüfuzlu dini liderlər Bakıda cahanı qana çalxalamaq istəyənlərə qarşı vahid cəbhənin sarsılmaz gücünü göstərəcəklər.

 

Rusiya Patriarxı Kirilin, Çin Buddist Assosisiyasının vitse-prezidentinin, Misirin Baş muftisinin, Dünya Yevangelik alyansının icraçı direktorunun, Hindistan Parsi- Zərdüşti icmasının baş rahibinin (Mobadan mobad), Monqolustanın Xamba Lamasının, Vatikanın Pontifik Şurasının islam ilə dialoq departamentinin rəisinin, Bütün Belarusun Patriarxı Pavelin çıxışları bu baxımdan mühüm jest olacaq.

Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatının baş katibinin, BMT Baş katibinin köməkçisinin, İSESKO, UNESKO rəsmilərinin sammitdə yer almaları Bakıdakı gündəliyin sıx və maraqlı olacağını vəd edir. 

 

Müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbir dünyada  sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfəsini verəcək.

Ölkəmizdə hökm sürən sabitliyin və tolerant cəmiyyətin şahidinə çevriləcək sammit iştirakçıları Azərbaycanın bu yöndə yürütdüyü effektli siyasətin aspektlərini müzakirə etmək imkanlarını da əldə edəcəklər.

Din və dövlət münasibətləri üçün vacib olan etimad bu gün dünyanın bir sıra ölkələrinin üzləşdiyi əsas problemlərdən birinə çevrilib: Ziddiyyətli qütblərdə dayanan bu iki müstəvinin əməkdaşlıq platformasının yaranması üçün “həyat iksiri” nədədir? Qarşılıqlı anlaşmaya necə nail olmalı? İnsanlara əzab verən milli-dini zəmində qarşıdurmaların qarşısını ala biləcək təsirli addımlar bu sualların cavabında gizlənir.

Bakı Sammiti Azərbaycanın tolerantlıq və birgəyaşayışın təcrübədən keçmiş modelini dünyaya təqdim edərək, bu sahədə axtarılan cavabların bir “açarı”na çevrilə bilər. Sammitə gələnlər bu  bu mürəkkəb cografiyada müxtəlif dinlərə sitayiş edən insanların necə vəhdətdə yaşadığını əyani görmək imkanı əldə edəcəklər.

Odur ki, zirvə görüşü ölkəmizin dinlərarası əməkdaşlığın və tolerantlığın pozitiv təcrübəsini dünyaya yaymaq üçün bir platforma sayıla bilər.


Rasim Məmmədov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni ailə quran gənc qadın ata evində özünü asdı 28 Yanvar 2020, 00:57 Koronavirus Avropanı təşvişə salıb 28 Yanvar 2020, 00:44 Üç gün sonra bu telefonlarda "WhatsApp" işləməyəcək 28 Yanvar 2020, 00:28 Virus səbəbindən Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib 28 Yanvar 2020, 00:12 Səbuhi  Səmədov Gəncədə seçicilərlə görüşdü - FOTO 27 Yanvar 2020, 23:46 Elazığda yenidən  güclü  zəlzələ 27 Yanvar 2020, 23:24 “Prokuror, kasıb adamdır, imkanı yoxdur” - Rəşad Məcid Aqil Abbasdan yazdı 27 Yanvar 2020, 23:11 Çavuşoğlu Lavrovla Suriya məsələsini müzakirə etdi 27 Yanvar 2020, 22:51 Kəşfiyyat Xidmətinin rəhbəri istefa verdi 27 Yanvar 2020, 22:36 Hicran Hüseynova aztəminatlı ailələri ziyarət edib - FOTOLAR 27 Yanvar 2020, 22:17 Şəmkirdəki qəzada 3 nəfər ölüb 27 Yanvar 2020, 21:59 "Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü" - Ruhani 27 Yanvar 2020, 21:43 Türkiyədə 12 nəfər koronavirus təhlükəsi ilə xəstəxanaya yerləşdirildi 27 Yanvar 2020, 21:25 Qaxda 4 yaşlı uşaq dərmandan zəhərlənib 27 Yanvar 2020, 21:11 Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 27 Yanvar 2020, 20:58 İranda daha bir zəlzələ baş verib 27 Yanvar 2020, 20:44 “Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər” - Prezident İlham Əliyev 27 Yanvar 2020, 20:35 "Avropa Şurasının gələcəyi barədə düşünmək lazımdır" - Səməd Seyidov 27 Yanvar 2020, 20:23 Akademikin seçicilərlə silsilə görüşləri davam edir - FOTOLAR 27 Yanvar 2020, 20:07 Bu bələdiyyələrin vəzifəli şəxsləri məhkəməyə verildi 27 Yanvar 2020, 20:05 Zamin Salayevə işgəncə verilməsi barədə məlumatlar əsassızdır - RƏSMİ 27 Yanvar 2020, 20:00 “Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb 27 Yanvar 2020, 19:50 Vüqar Bayramov: “Sizin səsiniz mənim məsuliyyətimdir” 27 Yanvar 2020, 19:45 Qarabağ qazisi Elmar Musayevlə bağlı qazilərə müraciət etdi - VİDEO 27 Yanvar 2020, 19:28 Bakı metrosunda sərnişin özünü qatarın altına atdı -VİDEO 27 Yanvar 2020, 19:18 Ərdoğan Ukraynaya gedir 27 Yanvar 2020, 19:05 Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib 27 Yanvar 2020, 18:53 İcra hakimiyyətində vətəndaşların müraciəti təhlil edildi 27 Yanvar 2020, 18:46 İqbal Məmmədov Nücü, Kirəvud və Əliabad kəndlərində seçicilərlə görüşüb - FOTO 27 Yanvar 2020, 18:41 Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR 27 Yanvar 2020, 18:38 Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29 İstanbulda 30 nəfər FETÖ üzvü saxlanılıb 27 Yanvar 2020, 18:25 Cavanşir Paşazadənin seçiciləri ilə səmimi görüşləri – Fotolar 27 Yanvar 2020, 18:20 İranda güclü zəlzələ olub 27 Yanvar 2020, 18:17
SORĞU Yeni parlamentdə kimlər olsun?