Modern.az

Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir

Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir

Dünya

11 Noyabr 2019, 20:16

Türkiyə İŞİD terror qruplaşmasının ələ keçirilmiş döyüşçülərini öz dövlətlərinə geri qaytarmağa başlayıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Çataklı deyib.

Çataklı bildirib ki, “Prosedurları tamamlanan İŞİD və ABŞ terrorçuları Türkiyədən göndərilib. Almaniyalı yeddi hərbçi isə noyabrın 14-ü göndəriləcək”.

Daha əvvəl Türkiyə DİN-in başçısı Süleyman Soylu rəsmi Ankaranın əsir götürülmüş İŞİD yaraqlılarının bazar ertəsindən etibarən öz ölkələrinə geri qaytarılacağını bildirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü