Arxiv
13 Noyabr 2019, 16:41 | TƏHSİL
Misir Mərdanov: “Test üsulunun gətirilməsində mən də iştirak etmişəm”

“Bu proseslərdə mən də iştirak etmişəm. Demirəm ki, test üsulunu mən gətirmişəm. Hamının orada böyük əməyi olub”.

 

Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a müsahibəsində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyib.

 

Müsahibədə bir çox mətləblərə toxunan Misir Mərdanov TQDK-ın ilk sədri mərhum Vurğun Əyyubla bağlı xatirələrini də yada salaraq, test üsulunun Azərbaycana gətirilməsindən söz açıb:

 

“Heç kəs üzərinə götürməməlidir ki, test üsulunu Azərbaycana mən gətirmişəm. Düşünürəm ki, hər kəs bu məsələni bir istiqamətə çəkmək istəyir. Bu, sadəcə,  zamanın tələbi idi. Heç kəs üzərinə götürməməlidir ki, test üsulunu Azərbaycana mən gətirmişəm.

 

O vaxt mən Təhsil Nazirinin müavini işləyirdim və Türkiyə ilə geniş əlaqələrimiz var idi. Mən  Firudin Cəlilovla üzbəüz otaqlarda otururdum. O zaman Firudin müəllim  də Təhsil Nazirinin müavini işləyirdi. Sona Baş Nazirin müavini vəzifəsini icra etməyə başladı və qısa müddət sonra isə Təhsil Naziri vəzifəsinə təyin olundu. Mən də həmin vaxt Təhsil Nazirinin müavini işləyirdim.

 

Qərar verildi  ki, qəbul  imtahanları test üsulu ilə həyata keçirilsin. Hakimiyyətə təzə gələn insanları isə heç kim tanımırdı. Hətta Azərbaycanda belə onları tanımırdılar. Mənim Türkiyənin Təhsil Nazirliyi ilə çox yaxın münasibətlərim var idi. Mən, Vurğun Əyyub və Zakir Hüseynov   2 dəfə Türkiyəyə getdik. Biz cavab kartlarını oradan kağız formatında gətirdik. Türkiyənin baş nazirinin müavinin yanına getdim və  oradan cavab kartlarını götürüb İstanbula gətirdik.

 

Bu proseslərdə mən də iştirak etmişəm.  Demirəm ki, test üsulunu mən gətirmişəm. Hamının orada böyük əməyi olub. Əlbəttə, Firudin müəllim nazir idi. O, prezidentlə daha sıx təmasda ola bilirdi.Ümumi olaraq , bu məsələ zamanın tələbi idi. Vurğun Əyyub çox səmimi insan idi və biz onunla  xeyli müddət bir yerdə işlədik. Sizə deyim ki,  bizim sonralar da Vurğunla   münasibətimiz   oldu. O, çox sadə insan, düzgün və təmiz insan idi”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anıldı 5 Dekabr 2019, 21:15 Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 5 Dekabr 2019, 21:02 Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq 5 Dekabr 2019, 20:46 ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23 Prezident xalq artisti Əlibaba Məmmədovla bağlı sərəncam verdi 5 Dekabr 2019, 17:21 Polis olmaq istəyənlərin NƏZƏRİNƏ 5 Dekabr 2019, 17:16 Nazirlər Kabinetinin Aparatında yeni TƏYİNAT 5 Dekabr 2019, 17:08 YAP bütün partiyaları növbədənkənar seçkilərə ÇAĞIRDI 5 Dekabr 2019, 17:02 Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM 5 Dekabr 2019, 16:40 QHT-lər hərbi vətənpərvərlik işinə cəb edilir 5 Dekabr 2019, 16:30 Ermənistanın 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər 5 Dekabr 2019, 16:28
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?