Modern.az

Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!”

Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!”

19 Yanvar 2020, 14:20

 

Modern.az “Namizədlərin həyat yoldaşları” rubrikasına davam edir. Budəfəki həmsöhbətimiz 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə deputatlığa namizəd, “Hünər Group" şirkətinin PR və marketinq departamentinin direktoru Nəsimi Paşayevin həyat yoldaşı Məhəbbət Hacıyevadır.

 

M.Hacıyeva 1980-ci il avqustun 10-da Bakıda anadan olub. Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin bakalavr pilləsini və “Radioteleviziya” üzrə magistr pilləsini bitirib.

 

Hazırda Xəzər televiziyasında redaktor vəzifəsində çalışır.

 

 - Məhəbbət xanım, bəzi insanlar barədə danışanda deyirlər “daş qoyduğu yerdə gül bitər”. Nəsimi müəllim də mübaliğəsiz desək, belə insanlardandır. Amma deputatlığa gedən yol o qədər də asan deyil. Sizcə, bu yolda da qarşısına çıxan daşı gülə çevirə biləcəkmi? Nəzərə alsaq ki, kifayət qədər güclü rəqibi var...

 

-Nəsimi də kifayət qədər güclü rəqibdir. İstər uzun müddət çalışdığı dövlət sektorunda, istərsə də özəl sektorda çox böyük layihələr həyata keçirib. Onun gördüyü işlər cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb və insanlar arasında kifayət qədər nüfuza malikdir. Dövlət sektorunda da, özəl sektorda da çalışanda qarşısına çox maneələr çıxıb. Amma düşünürəm ki, qarşısına müəyyən məqsədlər qoyan insan üçün rastlaşdığı maneələr o qədər də önəm daşımır. Əsas insanı məqsədinə doğru aparan yoldur. Bir misal var, həmişə deyirəm: əsas çatdığın məkan deyil, getdiyin yoldur. Hesab edirəm ki, Nəsimi bu yolu alnıaçıq, şərəflə gedir.Tutduğu vəzifəsindən, gördüyü işdən asılı olmayaraq, hər kəsə getdiyi yolu şərəflə addımlamağı arzulayıram. Prezidentin ölkəmizdə həyata keçirdiyi güclü və səmərəli islahatlar çərçivəsində iş bacaran, çevik gənclərin namizədliyinin irəli sürülməsi siyasətinin davamı olaraq, ölkəmizdə şəffaf seçki  keçiriləcəyini nəzərə alsaq, Nəsimi Paşayevin qalib olacağına əminəm.

 

-Deputat olmaq istəyini sizə bildirəndə hansı reaksiyanı verdiniz, onu bu yoldan çəkindirməyə çalışdınız, yoxsa əksinə?

 

- Sözün düzü, deputat olmaq istəyini bildirəndə çox təəccübləndim. Çünki Nəsimi kifayət qədər rahat və ürəyincə olan bir işdə çalışır. Artıq sosial şəbəkə istifadəçiləri onun necə bir iş rejimində və hər kəsin arzuladığı ofis şəraitində işlədiyini bilir. Hətta deyərdim ki, Nəsimi işlədiyi və Azərbaycanda analoqu olmayan şirkət haqqında sosial şəbəkədən kənara da səs-soraq sala bilib. Təbii ki, müzakirələrimiz oldu. O, hansı qərarı versə, istər-istəməz təkcə mənim yox, uşaqların da fikrini öyrənir. Onun fikirlərindən belə anladım ki, daha böyük çərçivədə işlər görmək istəyir. Bu baxımdan onun qərarlarına hörmətlə yanaşıram, nəzərə alsaq ki, namizədliyini də doğulduğu ərazidən verib. Heç vaxt onun hansısa qərarından çəkindirməyə çalışmamışam. Ona inanıram, ona güvənirəm, hesab edirəm ki, Nəsimi nə edirsə, düz edir.

- Övladlarınız, Fəridlə Fidan nə deyir işlərin gedişinə? Özlərini atalarının qələbəsinə hazırlayırlar?

- Proses uşaqlar üçün də maraqlıdır. Qızım Fidanın 10 yaşı var. Təbii olaraq seçki anlayışı o qədər də dərin deyil. Tanıyanlar bilir ki, çox pozitiv qızdır. Nəsimi namizədliyini verəndən rayondadır. Fidan tez-tez atası ilə danışır və ilk sualı da bu olur: “Ata deputat seçildin?” (gülür) Məktəbdən gələndə mənə deyir ki, “Ana, məktəbdə deyirlər “sənin atan deputat olacaq””. Bir də qış tətilini səbirsizliklə gözləyir ki, atasının yanına gedib, təbliğat-təşviqat işində iştirak etsin.

Deyir ki, “ata getdiyin yerlərdə məni də özünlə gəzdirərsən”. Təbii ki, bu, onun özünün uşaq dünyasıdır.

Oğlumuz Fərid yaşca böyük olduğundan prosesləri nisbətən dərindən izləyir. Atasının seçki şüarı- “Bu dəfə özümüzdən biri olsun” onun çox xoşuna gəlib. İlk olaraq soruşdu ki, “atam özü seçib bu şüarı?” Mən də ona “hə” dedim. Təbii ki, bütün hallarda ata uşaqları üçün qalibdir. Onlar da atalarının gücünə, seçkidə qələbə qazanacağına inanırlar.

 

- Mətbuat nümayəndələri yaxşı bilir ki, Nəsimi Paşayevin ətrafına toplaşanlar təmənnasız dostlardır. “Bakı Metropoliteni”nin mətbuat katibi təyin olunduğu andan özünün əzmi və səmimiliyi sayəsində yol aldığı istiqamət ona uğur gətirir. Həm də işin çoxluğunun gətirdiyi gərginlik var. Sirr deyilsə, bu gərginliyi evə gətirib, sizi incitdiyi vaxtlar olub?

- Təbii ki, incitdiyi, incindiyim vaxtlar olub, işin gərginliyini evə də gətirib. Əvvəlllər öyrəşmək çətin olsa da, sonradan alışdım və normal qəbul etdim. Onun işi çox məsuliyyətli və gərgin idi. Əvvəlki iş yerində Nəsimi 8 saat yox, demək olar 24 saat işləyirdi. İstər məzuniyyətdə, istər ezamiyyətdə, istər bayramda, istərsə də səfərlərdə telefonu 24 saat açıq olurdu və zənglərin hamısını cavablandırmaq məcburiyyətində idi.

- Artıq iki gündür ki, təbliğat-təşviqat kapmaniyası start götürüb. Özünün doğulub boya-başa çatdığı xaldanlılar dəstək verirmi Nəsimi Paşayevə? Siz necə, bu gərgin və məsuliyyətli işdə yanında ola bilirsiniz həyat yoldaşınızın?

- Bəli təbliğat-təşviqat kampaniyasınaiki gündür start verilib, amma Nəsimi namizədiyini verdiyi gündən etibarən mütəmadi olaraq, rayondadır və seçkiyə hazırlıq işlərilə məşğuldur. Kampaniya başlayandan seçicilərlə görüşlərdədir. Təkcə özünün namizədliyini verdiyi ərazidən yox, həmçinin kənar kəndlərdən də insanlar Nəsimiyə “istəyirik ki, bu dəfə özümüzdən biri olsun” şüarı ilə dəstəklərini nümayiş etdirirlər. Onu da qeyd edim ki, şüar insanlarda böyük maraq doğrurub. Mənə gəldikdə, uşaqların dərslərinə, hazırlıqlarına, həm də öz işimə görə fiziki olaraq yanında ola bilməsəm də, mənəvi olaraq həmişə həyat yoldaşımın yanındayam.

- 10 fevral qaliblərin olunacağı gün üçün özünüzü hansı nəticəyə hazılayırsınız: deputatın həyat yoldaşı yoxsa “bu da bir təcrübə idi” təsəllisinə?

- Bircə cümlə ilə deyə bilərəm ki, mənim üçün Nəsimi bütün hallarda qalibdir!

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...