Modern.az

Tramp yəhudiləri ərəblərlə barışdıra biləcək? – “Əsrin razılaşması”nın DETALLARI

Tramp yəhudiləri ərəblərlə barışdıra biləcək? – “Əsrin razılaşması”nın DETALLARI

29 Yanvar 2020, 13:40

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrail-Fələstin qarşıdurmasına son qoyacaq və “Əsrin razılaşması” adını alan sülh planını təqdim edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, mətbuat qarşısında çıxışını İsrail lideri Benyamin Netanyahu ilə birlikdə keçirib.

Hər iki xaqlın sülh və rifah içində yaşağama layiq olduğunu söyləyən Netanyahu “məni böyük poblemlərdən gizlənmək üçün prezident seçməyiblər”- deyə kütləyə müraciət edib.

 

Trampın sülh sazişinin əsas məqamları bunalrdır:

-İsrailin qonşuluğunda müstəqil Fələstin dövlətinin yaradılması nəzərdə tutulur. Qüds İsrailin bölünməz hissəsi tanınır.

-ABŞ lideri Tramp Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı elan olunacağını deyib. Amma onun Şərqi Qüds deyərkən Əl-Əqsa məscidinin də yerləşdiyi müqəddəs abidələrin olduğu hissəsi deyil, Qüdsün sərhədləri xaricində Kafr-Akab və Şuafat rayonlarını nəzərdə tutduğu bildirilir.

-Məbəd dağı İsrailin nəzarətində saxlanılır

-Dərc olunmuş xəritədə İsrailin İordan vadisi, İudeya və Samariyaya (İordan çayının Qərb Sahili) suverenliyinin yayılması nəzərdə tutulub.

-Plana görə, Fələstin ərazisi iki dəfə artır, ayrı-ayrı ərazilər və anklavların körpü və yolların tikintisi nəzərdə tutulub.

-HƏMAS qruplaşması tərkisilah olmalı, Qəzza sektoru demilitarizasiya olunmalıdır.

-Plan yəhudi və fələstinlilərə yaşadıqları əraziləri tərk etməsini nəzərdə tutumur.

-Sülh razılaşmasına görə, inzibati dəyişikliyə ABŞ-İsrail komissiyası nəzarət edəcək.

-Fələstinə 50 milyard dollar investisiya yatırılması gözlənilir

-Planda qonuş ölkələrə səpələnmiş fələstinli qaçqınların problemindən danışılmır.

-Fələstinə sazişlə bağlı qəti mövqe üçün 4 il vaxt veriləcək

 

Sənədin üzərində Trampın kürəkəni Cared Kuşner, köməkçisi Avi Berkovits, ABŞ-ın İsraildəki səfiri Devid Fridman və Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk əl qoyub. ABŞ-ın beynəlxalq danışıqlar üzrə keçmiş xüsusi nümayəndəsi Ceyson Qrinbalt da planın qəbulu üçün səy göstərib.

 

İsrail baş naziri Benyamin Netanyahu Trampın planını sülh üçün ən real imkan adlandırsa da, Fələstin administrasiyasının rəhb əri Mahmud Abbas planı qəbuledilməz adlandırıb. Tramp isə tərtib etdiyi təşəbbüsün fələstinlilərə dövlət qurmaq üçün son şans hesab edir.

Ağ Ev 2017-ci ildən “Əsrin razılaşması” barədə hazırlıq işi görürdü. Plan 72 ildir ki, davam edən İsrail-Fələstin münaqişəsinə son qoymalıdır.

 

 

 

 

 

      

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi