Modern.az

Güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurub - RƏSMİ

Güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurub - RƏSMİ

Hadisə

26 Fevral 2020, 11:23

""Bakı" Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə elektrik enerjisinin verilişində heç bir problem yoxdur. Amma güclü külək regionların eneji təsərrüfatına ciddi ziyan vurub".

 

Bunu Modern.az-a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

Onun sözlərinə görə, güclü külək evlərin dam örtüklərini və iri gövdəli ağacları elektrik xəttlərinin üzərinə aşırıb:

 

"Ötən gecə Bərdə rayonunda güclü küləyin təsiri nəticəsində elektrik veriliş xətlərinin birində açılma qeydə alınıb. Həmçinin Ağcabədi və Şəki rayonlarında da çox gügüclü külək dayaqları aşırıb, qabaqlayıcı tədbirlər nəticəsində qəzaların sayı azalıb,10kv xətlərdə qısaqapanmalar baş verməyib, külək sakitləşdikcə baş vermiş qəzalar operativ aradan qaldırılıb.

Hazırda Ağcabədi rayonunda 4-5 kəndin elektrik təchizatının təminatı ilə əlaqədar qəzanın neticələri aradan qaldırılır”.

 

"Azərişıq" rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum baş verən qəzaların nəticələrini aradan qaldırmaq üçün lazımi sayda mal-material və avadanlıq cəlb edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!