Arxiv
10 mart 2020, 16:46 | ANALİTİKA
“Bahar qalxanı” yoxsa, “Baharın yüzbeşinci anı”?

“Türk olmaq çətindir, çünki dünya səninlə savaşır, Türk olmamaq daha çətindir, çünki Türklə savaşırsan!”.

 

105 saniyə Putin-Ərdoğan görüşündən əvvəl  Türkiyə nümayəndə heyətinin Rusiya  tərəfindən gözlədildiyi 1 dəqiqə 45 saniyəlik vaxtdır. Deyirlər ki, Putin belə davranmağa Məşədi İbad demiş bir növ “adətkarda” olub.

Rusiya başçısı ən çox Almaniyanın kansleri Angela Merkeli gözlədib - Merkel 2014-cü ildə 4 dəqiqə 15 saniyə gözləyib. Rusiya lideri 2003-cü ildə 14 saniyə Böyük Britaniyanın kraliçası II Yelizavetanı, 2018-ci ildə isə 45 saniyə ABŞ Prezidenti Donald Trampı da gözlədib. Siyahını davam etdirmək olar.

Başqalarını niyə gözlətdiyi mənim üçün o qədər də maraqlı deyil. Rusiya, daha doğrusu desək Putin bunu niyə elədiyini yəqin ki, dəqiq bilir. Biz yalnız ethimalları irəli sürə bilərik.

 

Biraz keçmişə qayıdaq, Türkiyənin S-400 aldığı vaxtlara. Məncə bu Rəcəb Tayyib Ərdoğanın strateji addımı idi. Kəsə deyim, bu komleksi o vaxt almasaydılar, Türkiyə dronları Rusiyanın  anaoloji silahlarını məhv edə bilməyəcəkdi. Çünki, həmin silahların radar sistemlərini öyrənməyin başqa yolu yox idi.

 

Razılaşırsınızmı?

Rusiyanın dəstəklədiyi Əsəd rejiminin İdlibdə strateji mövqedəki M4 və M5 yollarının nəzarətini ələ keçirmək təşəbbüslərinə Türkiyə razı olmadı. “Bahar qalxanı”  ordununun  həqiqi gücünü də göstərdi. Hava məkanının döyüş təyyarələrinə bağlı olmasına baxmayaraq, silahlı pilotsuz uçuş aparatlarından (SPUA) istifadə edərək İdlib ətrafındakı Suriya rejiminə məxsus bütün hərəkəti ünsürləri məhv etdi.  Əməliyyatın ikinci günündə 2500-dən çox (rəsmi rəqəmlər) canlı qüvvə məhv edildi, iki ədəd SU-24 və L-36 növ döyüş təyyarəsi də Türkiyə tərəfindən düşürüldü. Rejimin itkiləri bunlarla məhdud deyil; hava müdafiə sistemləri, topçu batareyaları və çox sayda zirehli texnikası da rejimin itkiləri arasındadır. Türk Ordusu SPUA hücumları ilə müharibə tarixində yeni bir mərhələnin başlamasını sübut etdi.  

 

Hal-hazırda qardaş ölkə dron istehsal edən 6 dövlətdən biridir. Effektivliyinin sübut edildiyi dronlardan gedir söhbət.

Vlamir Putin  əməliyyatın ilk günlərində hamilk etdiyi ölkənin (təkcə onunmu?)  itkiləri qarşısında hər hansı mövqe göstərməsə də bu çox çəkməd:  Serakip bölgəsinə Rusiya hərbi polisini göndərildi. Rusiya “Biz burdayıq” dedi.

 

Görüşdən iki gün əvvəl İdlibdə çəkilişlər aparan rusiyalı hərbi jurnalistin sözlərini xatırlayırsınızmı?

“Hətta vəziyyət o yerə çatıb ki, türk PUA-ları hərəkət edən hər şeyi vurur. Buna rejimə məxsus hərbi konvoy, avtomobillər, hətta motosiklet də daxildir”, - jurnalist bildirmişdi.

Putin  5 martda bir araya gəldiyi Ərdoğana öz qəzəbini necə göstrəməliydi ki?

 

Pisi odur ki, Rusiya televizyaları Putinin bu gözlətmə qisasına haqq qazandıraraq tamaşaçıya təqdim etdi. Türk heyətinin gözlədiyi salonda Suvorovun portetinin olmasını vurğulamaqla, ekranın sol alt güncündə  taymeri göstərməklə, sanki, “fəxr elədi”.  Əlbətdə, bu təsadüfü deyildi, Rusiya jurnalistikası informasiya müharibəsində planlı addımlar atdığını çoxdan sübut edib. 

 

I Pyotrun vəsiyyətində nə deyilirdi?

Amma, vəsiyyətdəki arzular gözlərində qalacaq – səbəb yazının əvvəlində olan aforizmdə göstərilib...

 

Şöhrət Eyvazov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda icra başçısının müavini koronavirusa yoluxdu 29 mart 2020, 15:09 Qızıl Aypara Cəmiyyətindən koronaviriusla bağlı nümunəvi ADDIM 29 mart 2020, 15:05 Prezident Şəfiqə Məmmədovaya orden verdi 29 mart 2020, 15:00 Koronavirus Naxçıvana yol tapa bilməyib - Rəsmi AÇIQLAMA 29 mart 2020, 14:53 Evdə bu əşyaları daha çox  təmiz saxlayın 29 mart 2020, 14:46 Koronavirusdan ölənlərin sayı 31 mini ötdü 29 mart 2020, 14:39 Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi 29 mart 2020, 14:32 Dövlət Avtomobil Nəqliyyat Xidmətindən sürücülərə MÜRACİƏT 29 mart 2020, 14:31 Moskvada koronaviruslu xəstələrin sayı 1000-i keçdi 29 mart 2020, 14:30 Vergi hesabatlarının verilmə müddəti uzadıldı 29 mart 2020, 14:28 Nuridə Allahyarova: Qaydalara əməl etməyən 26 daşıyıcıya xəbərdarlıq edilib 29 mart 2020, 14:20 Növbəyə gedən və qayıdan dənizçilər karantinə alınır - Gəmi kapitanı 29 mart 2020, 14:13 Səhiyyə Nazirliyindən tibbi maskalarla bağlı AÇIQLAMA 29 mart 2020, 14:10 Polis apteklərdə reyd keçirib - FOTO - VİDEO 29 mart 2020, 14:06 Qarabağda qondarma seçkilər humanitar fəlakətə yol açacaq - Rəsmi Bakıdan ETİRAZ 29 mart 2020, 14:00 Əli Əsədovun hesabatı təxirə SALINDI 29 mart 2020, 13:52 Koronavirus xəstəsini dağda basdırdılar - FOTO+VİDEO 29 mart 2020, 13:46 Goranboy YAP-çıları 135 ailəyə gigiyenik vasitələr payladı- FOTO 29 mart 2020, 13:40  Bir nəfərin səhlənkarlığı milli fəlakətə gətirib çıxara bilər 29 mart 2020, 13:34 Vüqar İskəndərov: "AŞ PA məruzəçiləri ölkəmizə qarşı qeyri-sağlam niyyətdədirlər" 29 mart 2020, 13:27 Ekalogiya naziri #TəmizƏllər kampaniyasına qoşuldu - VİDEO 29 mart 2020, 13:20 Erməni diasporunun başçılarından biri  koronavirusdan öldü 29 mart 2020, 13:14 Goranboya giriş-çıxış BAĞLANDI - FOTO 29 mart 2020, 13:08 Sabahın hava proqnozu 29 mart 2020, 13:02 Plenar iclasda deputatlara maskadan istifadə üçün sərbəstlik verilib   29 mart 2020, 12:56 Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”   29 mart 2020, 12:49 Qarabağ ermənilərini gözləyən koronavirus TƏHLÜKƏSİ: Paşinyanın “ölün, amma səs verin” PLANI 29 mart 2020, 12:41 Yol Polisi: Bu gündən Bakıda sürücülər cərimələnəcək - XƏBƏRDARLIQ 29 mart 2020, 12:38 Metroda sərnişinlərin sayı azalıb? - Metropolitendən AÇIQLAMA 29 mart 2020, 12:35 Biz birlikdə qalib gələcəyik - Millət vəkili 29 mart 2020, 12:32 Hacıqabulda yeni dezinfeksiya işləri - FOTO 29 mart 2020, 12:25 Dezinfeksiyaya görə pul istəsələr, bu qaynar xəttə zəng vurun 29 mart 2020, 12:18 Azərbaycan böhranla mübarizədə hansı vəziyyətdədir? 29 mart 2020, 12:16 “Azəriqaz” 65 yaşdan yuxarı abonentlərə yardımçı olacaq 29 mart 2020, 12:07 “Asan İmza” sertifikatlarının etibarlılıq müddəti uzadılır 29 mart 2020, 12:00