Arxiv
18 mart 2020, 06:50 | PARLAMENT
Milli Məclisin Sədri- DOSYE

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi iclasda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən millət vəkili Sahibə Qafarova Milli Məclisin yeni sədri seçilib.

 

Qeyd edək ki, Sahibə Qafarova Şəmkir şəhərində anadan olub. O, M.F.Axundov adına Azərbaycan pedaqoji rus dili və ədəbiyyatı institunu (indiki Bakı Slavyan Universiteti) və Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. Təhsil müddətində yüksək tədris göstəricilərinə görə, Lenin adına təqaüd alıb.

 

S.Qafarova 1978-1980-ci illərdə Şəmkir şəhərində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. O, 1981-1984-cü illərdə Bakı Slavyan Universitetində aspirantura pilləsində təhsilini davam etdirib. 1985-ci ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent və professor kimi çalışıb. 1987-ci ildə elmlər namizədi alimlik dərəcəsi alan S.Qafarova 1998-2000-ci illərdə doktoranturada elmi tədqiqatlarını davam etdirib.

 

2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində, 2004-cü ildən isə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərib. O, 2004-cü ildə elmlər doktoru alimlik dərəcəsi alıb. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin "Gender araşdırmaları" İnstitutunda tədqiqatlar aparıb, Birləşmiş Ştatların Prinston, Miçiqan, E.S.Tennessi Universitetlərində Azərbaycanda qadın mövzusunda mühazirələrlə və təqdimatlarla çıxış edib, bir sıra beynəlxalq elmi konfranslarda ölkəmizi uğurla təmsil edib. Çoxillik elmi və pedaqoji faliyyətin nəticəsi olaraq 80-ə qədər elmi və tədris-metodik işin, monoqrafiyanın, proqramların və dərs vəsaitlərinin müəllifidir.

 

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil sahəsində xidmətlərinə görə, "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Sahibə Qafarova pedaqoji sahədə olduğu kimi, siyasi faliyyətində də aktiv mövqeyi ilə seçilib. Belə ki, 2010-cu ildə Milli Məclisə seçkilərdə Şəmkir şəhərindən IV çağırış parlamentə millət vəkili seçilən Sahibə Qafarova beşinci və altıncı çağırış Milli Məclisə də deputat seçilib. Beşinci çağırış Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini olan S.Qafarova millət vəkili kimi təmsil etdiyi Şəmkir rayonunun sosial – iqtisadi məsələlərinin həllinə daim diqqət göstərib, seçicilərin müraciətlərinə həssaslıqla yanaşıb. O, rayonda bir sıra orta təhsil müəssisələrinin təmiri və yenidən qurulması, kəndlərin qazlaşdırılması, mədəniyyət, idman və digər sosial obyektlərin tikilməsi, yeni yolların çəkilməsi ilə bağlı Milli Məclis iclaslarında təşəbbüslə çıxış edib, sonradan bu məsələlərin bir çoxu Azərbaycan hökuməti tərəfindən Dövlət proqramlarına salınaraq uğurlu həllini tapıb.

 

Sahibə Qafarovanın təşəbbüsü ilə humanitar xarakterli sosial layihələr də həyata keçirilib. Respublikanın müxtəlif tibb müəssisələri ilə birgə reallaşdırılan layihə çərçivəsində Şəmkir rayonunda imkansız ailələrin üzvlərinin və uşaqların tanınmış həkimlərindən ibarət tibbi heyət tərəfindən səyyar klinika daxilində bir neçə dəfə pulsuz oftolmoloji müayinədən keçirilməsi, pulsuz əməliyyatların aparılması Azərbaycanda həyata keçirilən sosial siyasətə mühüm dəstək kimi qiymətləndirilərək böyük ictimai marağa səbəb olub.

 

S.Qafarova beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda uğurla təmsil olunması yönündə Milli Məclisin fəaliyyətində də aktiv şəkildə iştirak edib. Xüsusilə, 2010-cu ildən Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvü kimi 10 il müddətində müvəffəqiyyətlə təmsil olunan Sahibə Qafarova AŞPA komitəsinə sədrlik edən ilk azərbaycanlı parlamentari olub. Belə ki, millət vəkili 2016-2017-ci illərdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri seçilib. O, bu dövrdə Avropanın bir çox ölkələrində miqrant düşərgələrində olub, Avropada miqrant böhranının həlli və beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Sahibə Qafarovanın təşəbbüsü ilə 2017-ci ildə Bakıda komitənin iclası keçirilib. Tədbirdə iştirak edən AŞPA nümayəndə heyətinin üzvləri Azərbaycanın müxtəlif dövlət qurumlarında rəsmi görüşlər keçirib, ölkəmizdə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə olub, Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət qayğısı siyasəti və Dağlıq Qarabağ münaqişəsi haqqında real faktlara əsaslanan məlumatlarla tanış olublar.

 

Sahibə Qafarovanın AŞPA komitəsinin sədri kimi fəaliyyəti ölkəmiz üçün çox əlamətdar olub. Bu dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun ağır nəticələri, azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistanın işğalçılıq siyasəti nəticəsində pozulmuş hüquqlarının bərpası məsələlərini daim gündəmə gətirib, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl reallıqları Avropa ictimaiyyətinin diqqətinə çatdırıb. O, qurumun sessiyalarında həmçinin Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti, ölkəmizin ən müxtəlif istiqamətlərdə əldə etdiyi nailiyyətlər, respublikamızın beynəlxalq rolu və mövqeyinə dair çoxsaylı çıxışlar edib.

 

Bununla yanaşı, 2015-2017-ci illərdə AŞPA-nın "Qadınlara qarşı zorakılıqla mübarizə" üzrə Baş məruzəçisi seçilən Sahibə Qafarova həmin qurumun "Qadınlara qarşı zorakılığa yox!" şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində də çalışıb. 2017-ci ildə məhz S.Qafarovanın təşəbbüsü ilə bu şəbəkənin də Bakıda seminarı təşkil olunub.

 

O, müxtəlif vaxtlarda AŞPA-nın Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib. Azərbaycanlı parlamentarinin fəaliyyəti AŞPA-da yüksək qiymətləndirilib, o, qurumun Büro üzvü vəzifəsinə seçilib.

 

Milli Məclisin sədri S.Qafarova 2018-ci ildən AVRONEST Parlament Asseambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib, təşkilatın tədbirlərində xalqımızın və dövlətimizin mənafeyinin qorunmasında fəal mövqe nümayiş etdirib.

 

O, həmçinin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan rəhbərliyi vicdanını itirmiş şəkildə hərəkət edir - Türkiyə XİN 28 Oktyabr 2020, 18:41 Bərdə qətliamının qurbanları – ADLAR 28 Oktyabr 2020, 18:36 Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən baş çəkilib 28 Oktyabr 2020, 18:17 Dövlət Komitəsindən Azərbaycan diasporuna və dost xalqlara MÜRACİƏT 28 Oktyabr 2020, 18:10 Ön cəbhə ilə əlaqəsini kəsməyən Qusar - FOTO 28 Oktyabr 2020, 18:03 Türkiyə XİN-dən həmsədrlərə çağırış - Ermənistana reaksiya verin 28 Oktyabr 2020, 18:00 Dolların məzənnəsi sabit qaldı 28 Oktyabr 2020, 17:54 Azərbaycan Ordusu irəliləyir - VİDEO 28 Oktyabr 2020, 17:50 Pakistanın Azərbaycandakı səfiri Bərdə terrorundan YAZDI 28 Oktyabr 2020, 17:44 Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO 28 Oktyabr 2020, 17:38 Ermənistan mülki insanları qətlə yetirməyə davam edir - Türkiyə Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 17:33 XİN Bərdənin vurulması ilə bağlı bəyanat yaydı 28 Oktyabr 2020, 17:30 “Ali Baş Komandanımızdan sülh istəyənlər Bərdədəki səhnəni görməlidirlər” - Zahid Oruc 28 Oktyabr 2020, 17:24 Azərbaycan 80 yaşlı erməniləri qoruyur, Ermənistan onlardan imtina edir 28 Oktyabr 2020, 17:18 Həftə sonları 8 şəhər və 13 rayonda ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 28 Oktyabr 2020, 17:12 Fransada türklər və ermənilər arasında DAVA 28 Oktyabr 2020, 17:06 Daha 1 şəhərə və 2 rayona giriş-çıxış BAĞLANIR 28 Oktyabr 2020, 17:00 Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək UZADILDI 28 Oktyabr 2020, 16:55 Bərdədə 26 nəfər ölüb - Baş Prokurorluq 28 Oktyabr 2020, 16:49 “Qarabağda qırmızı xətt keçilsə, atamın oğlu da olsa, gözünə baxmaram” - Ərdoğan 28 Oktyabr 2020, 16:43 Astarada evi tərk edən koronavirus xəstəsi saxlanıldı 28 Oktyabr 2020, 16:37 Prezident daha 13 kəndin işğaldan azad olunduğunu xəbər verdi - SİYAHİ 28 Oktyabr 2020, 16:32 Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq 28 Oktyabr 2020, 16:27 Prezidentdən XƏBƏRDARLIQ - Bərdə sakinlərinin qisası yerdə qalmayacaq 28 Oktyabr 2020, 16:22 Azərbaycanda koronavirus: 988 yeni yoluxma, 11 ölüm 28 Oktyabr 2020, 16:20 Ermənistan Tərtəri Qrad-dan atəşə tutur - YENİLƏNİB  28 Oktyabr 2020, 16:20 Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olunublar 28 Oktyabr 2020, 16:17 Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır 28 Oktyabr 2020, 16:14 Baş Prokurorluq: Bərdədə ölənlərin sayı 21-ə yüksəldi - YENİLƏNİB 28 Oktyabr 2020, 16:10 "Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir"   28 Oktyabr 2020, 16:08 Azad olunmuş rayonlarda öncə təhsil ocaqları bərpa ediləcək - Şahlar Əsgərov 28 Oktyabr 2020, 16:03 Zəngilanda erməni xüsusi təyinatlıları darmadağın edildi - VİDEO 28 Oktyabr 2020, 16:00 Livan və Suriya erməniləri Qarabağdan QAÇIR 28 Oktyabr 2020, 15:57 Erməni hərbçlər belə məhv edildi - VİDEO 28 Oktyabr 2020, 15:52 Gəncədə koronavirusla bağlı maarifləndirmə tədbirləri davam etdirilir - FOTO 28 Oktyabr 2020, 15:47