Arxiv
26 mart 2020, 01:04 | MÜSAHİBƏ
“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Pul, səhiyyə koronavirusa tam qalib gələ bilmir

 
Hazırda koronavirus pandemiyasından ən çox itki vermiş ölkə İtaliyadır. Bu ölkədə koronavirusa yoluxanların sayı 74 386, bu xəstəlik səbəbindən dünyasının dəyişənlərin sayı isə 7503 nəfərdir.

Hazırda xəstəliyin xronikası və karantin altında olan ölkədə vəziyyət haqqında yəqin ki, hər kəsdə müxtəlif suallar yaranır.

Məhz bu kimi sullara cavab tapmaq üçün 15 ildir İtaliyanın Milan şəhərində San Rafael hospitalının kardiologiya şöbəsində həkim kimi çalışan, İtaliya Azərbaycan Assosasiyanın sədri, İtaliyadakı Azərbaycan Diasporunun Koordinasiya Şurasının əlaqələndiricisi Bahar Yusifzadəyə müraciət etdik.

 

Modern.az karantin bölgəsində çalışan və koronaviruslu  xəstələrlə gündəlik təmasda olan azərbaycanlı həkim Bahar Yusifzadə ilə müsahibəni təqdim edir:

 

- Bahar xanım ilkin olaraq hazırki İtaliyanı təsvir etmənizi istərdim.



- Sosial mediadan da gördüyünüz kimi ölkə hazırda karantin şəraitindədir. Düzdür, xəstəlik təzə yayılanda italyalılar virusu ciddiyə almırdı. Xüsusilə, İtaliyanın Şimal bölgəsində, Lambordiyada hava mülayim olduğu üçün insanlar evdə otura bilmirdi. İndi iş elə gətirib ki, uşaqlı-böyüklü hamı ciddi şəkildə  karantin rejiminə əməl edir. Küçəyə insanlar yalnız mağaza və aptek ehtiyacları olanda online icazə alaraq çıxa bilirlər.

 

- Sosial mediada gördüyümüz qədəri ilə italyalılar virusu gülə-gülə qarşılayır, vaxtlarını maksimum şən keçirirlər. Doğurdan da, ölkədə vəziyyət belədir? Yəni bu qədər itki verən bir ölkə üçün belə pozitiv olmaq da bir qədər qəribədir.

- Hər millətin özünün xarakterik xüsusiyyətləri var. Bu şən əhval-ruhiyyə də italyanlara məxsus bir xarakterdir. Onlar demək olar ki, baş verən hər şeyə optimist yanaşırlar. Məsələn, indi bütün dünyanın gözü İtaliyadadır, amma baxırsan ki, italiyalılar o qədər də panikada deyillər. Onlar daha çox düşünürlər ki, mövcud durumdan necə çıxmaq olar. Amma indi təbii ki, hər kəs xəstəliyi daha ciddiyə alır və karantin rejiminə əməl edir.

 

- Xəstəlik səbəbi ilə dünyasını dəyişənlər daha çox hansı millətin nümayəndələridir və ölənlər neçə yaş aralığındadır?


- Yoluxma məsələsi elədir ki, biz hansı millət daha çoxdur, yaxud da kim haralıdır, demək olar ki, bilmirik. Amma dəqiq olaraq deyə bilərəm ki, dünyasını dəyişənlərin çoxu italyanlardır.  Bunun da öz səbəbi var. Bildiyiniz kimi İtaliya “qocalar ölkəsi”dir. Ələlxüsus, İtaliyanın Lombardiya bölgəsində imkanlı qoca insanlar yaşayır. Tibb elə inkişaf etmişdi ki, onların hansısa problemi, çatışmazlığı olurdusa, pulla, tibbi yolla həll edə bilirdirlər. Elə buna görə də tez-tez xəstəxanaya müraciət etməli olurdular. Bundan dolayı artıq biz bilirdik ki, o adamlarda nə problem var. Hə, amma imkan öz yerində, koronavirusa pul, nə də ki, səhiyyə hələ tam qalib gələ bilmir. O yaşlı insanların da immuniteti xəstəliyə qarşı dözümsüz olduğu üçün dünyalarını dəyişirlər. Düzdür, koronavirus səbəbi ilə ölənlər daha çox 85 yaş üstü insanlardır. Amma bu o demək deyil ki, xəstəliyə yoluxan bütün qocalar dünyasını dəyişir, yox. Bir xəstəmiz var idi, 95 yaşında. Qısa zaman ərzində koronavirusa qalib gəldi və biz onu evə buraxdıq.


- Koronavirusa yoluxan azərbaycanlı xəstələriniz necə, olubmu?

- Bütün günü xəstələrin arasındayam, amma nə virusa yoluxan, nə də dünyasını dəyişənlər arasında azərbaycanlıya rast gəlmişəm. İtaliyada yaşayan vətəndaşlarımız virus yayılanda tez hərəkətə keçdilər. Yəni qısa vaxt ərzində, xüsusilə tələbələr Azərbaycana qayıtdı. Amma mən bir həkim kimi o tələbələrə vətənə qayıtmağı məsləhət görmədim. Dedim ki, gedib orada sağlam insanları da yoluxdura bilərsiniz, elə burda karantin rejimində qalın. Amma tələbələr dedi ki, belə şəraitdə yaşamaq onlara həm də maddi cəhətdən sərf eləmir. Eyni zamanda, ailələri narahat olduğu üçün Diaspor Komitəsinin köməyi ilə onlar Azərbaycana qayıtdı.

 

 



- Bahar xanım, koronavirusdan ölənlər arasında qadınlar çoxdur, yoxsa kişilər?

- Düzdür, yaş baxımından qocalarda ölüm halı daha çox olur. Amma cins məsələsinə gəldikdə, virusdan ölənlərin çoxu kişilərdir. Yoluxma faktoru da kişilər arasında daha çoxdur. Qadınların virusa yoluxma riski kişilərdən 3-4 dəfə azdır.

 

- Günün qəhrəmanları indi həkimlərdir desək, yanılmarıq. Bilmək maraqlı olardı, günlük iş qrafikiniz necədir? Həqiqətən, dincəlməyə zamanınız olmur?

- Bilirsiniz, indi bütün tibb işçiləri ayaq üstdədir. Yəni hamı iş başında, bacardığı qədər xeyir verməyə çalışır. Amma belə aktiv işlədiyimiz üçün ümumi bizə verilən illik məzuniyyətdən bir neçə gün götürüb  evdə dincələ bilərik. Lakin iş elə gətirib ki, hazırda səhərdən axşama qədər işləməli oluruq. Əgər kiminsə xəstəsi az olarsa və vəziyyəti yüngüldürsə o axşam evə qayıda bilir.

 

- Məlumatlara görə, bütün xəstəxanlara virusa yoluxan şəxsləri yerləşdiriblər, ölkə də karantin rejimində. Bəs, bu başqa xəstələr harda müalicə olunur?


- Təbii ki, bütün xəstələr koronavirusa yoluxanlar deyil. Yəni başqa problemlərlə də bağlı bizə müraciət edirlər. Bunun üçün bizim onlayn xidmətimiz var. Yəni hansısa şikayəti olan şəxs onlayn xidmət vasitəsi ilə bizə məlumat göndərir. Və biz də sırf başqa xəstələr üçün ayrılmış təcili tibbi yardım maşınları ilə onları xəstəxanaya gətiririk. Əlbəttə, onlar üçün xəstəxanada yer ayrılıb və virusa yoluxanlardan kənar bir şəkildə lazımi tibbi yardımı ala bilirlər. Xəstə xəstəxanaya gəlməmişdən bir gün qabaq onlayn qaydada müraciət etdiyi kimi, artıq onun xəstəxanaya gətiriləcəyi gün elə onlayn olaraq ona müraciət edirik ki, sənin müayinə günündür, gəlmək istəyirsən? Yəni hazırda bütün proseslər bu qaydada, onlayn olaraq davam edir.

 

- Belə bir fikir var ki, İtaliyada xəstəliyin geniş yayılması burda yaşayan çinli işçi qüvvəsinin Çinə gedib qayıtmasından sonra olub. Yəni tətil sonrası Lombardiyaya qayıdan çinlilər virusu bütün İtaliyaya yayıb. Bu nə dərəcədə doğrudur?
 

- Bilirsiniz, indi virusun yayılması ilə bağlı çox variant var. Amma ən uyğunu elə sizin dediyiniz kimi, çinlilərin burda xəstəliyi geniş yaymasıdır. Burda çinlilərin geniş şəkildə yaşadığı China-Town, yəni Çin şəhəri var. Həm çinlilərin, həm də italyanların burda olan fabriklərində əsasən çinlilər çalışır. Ehtimal olunur ki, elə virusu da həmin çinlilər öz ölkələrindən qayıdarkən gətirib. Amma yenə də 100 faiz əminliklə nəsə demək mümkün deyil. Virusun tez və sürətli yayılmasının başqa səbəbləri də var. İtaliya Avropa Birliyi ölkəsi olmasına baxmayaraq Avropa ölkələrindən heç biri, Fransa, Almaniya dezinfeksiya üçün lazımi vasitələri yardım olaraq göndərmədi. Eləcə durub kənardan baxdılar. Yəni dövlətlər bir kənara çəkildilər, başa düşmədilər ki, virus elə bir şeydir ki, sərhəd tanımır.



 



 - Bəzi məlumatlara görə, ölənlər üçün ayrıca qəbiristanlıq ayrılıb və koronavirusdan dünyasını dəyişənlər orda dəfn edilir. Ölən insandan da virus keçə bilər? Bu nə üçündür?

- Açığı bilmirəm ki, belə vəziyyətdə bu cür fikirləri kim irəli sürür. Təbii ki, İtaliyada indiyədək belə versiya müzakirə olunmayıb. Xəstəlikdən dünyasını dəyişənlər normal qaydada tabutda və adi qəbiristanlıqda dəfn edilir. Onların dəfn prosesində ailələri ona görə iştirak etmir ki, bildiyiniz kimi İtaliya karantin rejimindədir. Belə olan halda insanların toplu olaraq bir yerə gəlməsi qaydalara ziddir. Təbii ki, ölən bədəndə nə virus olacaq ki, nə də o virus kiməsə bulaşsın.

 

- Nəticədə həkimlər də insandır. Bütün ölüm və yoluxma hadisəsi sizin gözlərinizin qarşısında olur. Bəs, siz xəstəliyə yoluxmaqdan qorxmursunuz?

- Maraqlı məqama toxunudunuz. İnsanda o halda qorxu hissi olmaz ki, o xəstəliyin nə dərəcədə riskli olduğunu bilməsin. Amma biz həkimlər virusun necə təhlükəli olduğunu çox gözəl bilirik. Belə bir ifadə var “həkimlər ən pis pasientdir”. Yəni onlar hər xəstəliyin xronikasını bilir deyə, daha çox qorxurlar və pis pasientdirlər. Bu baxımdan bizdə də qorxu var. Amma bacardığım qədər bütün dezinfeksiya qaydalarına əməl edirəm. Hətta iş prosesində də xüsusi gözlük taxıram ki, göz qişası vasitəsi ilə virusa yoluxmayım. Evə çatan kimi isə əllərimi yuyuram, hidrogen-peroksiddən istifadə edirəm.

 

- Bir neçə gün öncə Azərbaycanda koronavirus  infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqları  3-5 dəfə artırıldı. İtaliyada necə, səhiyyə işçilərinin maaşında artım oldu? Ümumiyyətlə aylıq gəlir necədir?

- Açığı burda vəziyyət o qədər mürəkkəbdir ki, heç kimim yadına maaş düşmür. Yəni bizim maaşlarda artım olmayıb. Bizə dövlət tərəfindən maaş verilmir, maaşı şəxsi fond hesabına alırıq. O ki, qaldı aylıq əmək haqqının necə olmasına, hamıda məbləğ fərqlidir. İtaliyada yaşam şəraiti fərqlidir, burda Azərbaycanla müqayisədə xərclər çox çıxır, məhsulların qiyməti bahadır. Amma yaşam şəraitimizə uyğun da maaş alıb dolana bilirik. Yəni aylıq məvacibimdən narazılığım yoxdur.


 



 -  Xəstəliyin ilkin simptomları demək olar ki, hamımıza məlumdur. Bəs bilmək istərdik, xəstəliyin davamiyyəti necə olur? Yəni müalicə dövründə insan özünü necə hiss  edir? Xəstəlik bitdikdən sonra yenidən yarana bilərmi?

- Bu xəstəlik bir növ qrip kimidir. Xəstəlik müddətində sinədə ağrılar, göynəmə olur. Mütləq şəkildə xəstə nəfəs darlığı problemi yaşayır. Adi qripə nəzər salaq. Bəzən elə olur ki, bir insan qripi adi, çətinlik çəkmədən keçirir. Elə də adam olur ki, uzunmüddətli və ağır şəraitdə qripdən əziyyət çəkir. Koronavirus da belədir. Bədəndən aslı olaraq dəyişir. İmmunitetin güclü, ya zəif olmasından aslı olaraq insanlarda müxtəlif ağrı və problemlər olur. Amma deyim ki, əgər bədəndə başqa xəstəlik varsa, yəni ağciyərdə problem olarsa, yaxud xəstədə asma mövcuddursa, o koronavirus xəstləyini daha ağır şəkildə yaşayacaq. Xəstəlik tam normal bitərsə, yenidən bu kimi problemin yaranma ehtimalı yoxdur. Lakin xəstəlik ağır keçərsə, ağciyər zədələnə bilər.

 

- Son olaraq, bir həkim kimi koronavirus pandemiyasından qorunmaq üçün insanlara nə kimi tövsiyələriniz  olardı?

- Tövsiyəm ondan ibarətdir ki, insanlar bütün deyilənlərə əməl etsinlər. Karantin rejimi evdə oturub dost-tanışı ətrafına yığmaq deyil. Bu, qəti halda yolverilməzdir. Hamı evdə dezinfeksiya məsələsinə əməl etsin. Əgər kimsə çölə çıxırsa, qayıdanda gigiyenik məhlullardan istifadə edib əllərini təmizləsin. Bundan başqa, belə günlərdə qidalanmaya diqqət yetirmək lazımdır. Yəni bacardığınız qədər immuniteti gücləndirən qidalardan istifadə edin. Bol miqdarda su qəbul edin, suyun tərkibinə alma sirkəsi, limon da qatsanız yaxşı olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47 Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında 31 May 2020, 19:38 “Renault”un 8 minədək işçisi nümayiş keçirdi 31 May 2020, 19:28 Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası 31 May 2020, 19:25 Xəzərin bu hissəsində çimərliklər açılır 31 May 2020, 19:22 Britaniyada son sutkada koronavirusdan 113 nəfər öldü 31 May 2020, 19:15 Göyçayda 10-cu sinif şagirdi kanalda batdı 31 May 2020, 19:07 Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir 31 May 2020, 18:58 Bakıda ana və azyaşlı oğlunu maşın vurdu 31 May 2020, 18:51 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 31 May 2020, 18:20 Bankların kredit qoyuluşları azalıb 31 May 2020, 18:04 Şamaxı Rayon Ağsaqqalları Prezidentə müraciət etdilər 31 May 2020, 17:58 Rusiyada koronavirusa yoluxanların sayı 400 mini keçdi 31 May 2020, 17:52 Fındıqda aflatoksin təhlükəsi   31 May 2020, 17:46 Nazirlik yoxlama apardı - 744 obyektdə nöqsan aşkarlandı: “OBA market, “Park restoran”, “Şeyx dönər”, “Qoç ət”… 31 May 2020, 17:40 Dolların yeni aya olan MƏZƏNNƏSİ 31 May 2020, 17:35 "Dərs vaxtı"nın iyunun 1-nə olan CƏDVƏLİ 31 May 2020, 17:29 İyun ayının hava PROQNOZU 31 May 2020, 17:24 Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək 31 May 2020, 17:18 Parlamentin yaz sessiyası başa çatdı 31 May 2020, 17:16 Milli Məclisdə 9 şöbə ləğv olunub - Spiker açıqladı 31 May 2020, 17:10 Estoniyada Assosiasiya prezidenti Azərbaycanın diaspora qayğısına qiymət verdi 31 May 2020, 17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 31 May 2020, 17:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 500 mini keçdi 31 May 2020, 17:00 Qüdrət Həsənquliyevdən deputatlara ETİRAZ: “İmkan verin işləyək” 31 May 2020, 16:57 Azərbaycanda hərbi xidmətə çağırış başa çatdı 31 May 2020, 16:52 Azərbaycan I divizionu bərpa olunmayacaq 31 May 2020, 16:41 Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI 31 May 2020, 16:40 ABŞ-ın 25 şəhərində komendant saatı elan olundu 31 May 2020, 16:38 “Türkiyədən Azərbaycana aviabiletlərin qiyməti çox yüksəkdir” - Deputat 31 May 2020, 16:32 Keçmiş prokurorun cinayət işi məhkəməyə göndərildi 31 May 2020, 16:26 Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirildi 31 May 2020, 16:20 Sahibə Qafarova sərəncam verdi - Milli Məclis 2 gün iclas keçirəcək 31 May 2020, 16:15 “İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın” 31 May 2020, 16:11