Arxiv
26 mart 2020, 11:33 | ANALİTİKA
Çin koronavirusa görə dünyaya maddi təzminat ödəyəcəkmi? - TƏHLİL

Modern.az saytı “Atlas” Araşrmalar rkəzinin hlil yazıqdim edir.


Antarktida istisna olmaqla dünyanın demək olar ki, bütün bölgələrində və ölkələrində koronavirus yayılıb. Virusun mənbəyi Çin idi. Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp xəstəliyi “koronavirus” deyil, “Çin virusu” adlandırıb. Jurnalistlər Ağ Ev sahibindən xəstəliyi niyə belə adlandırdığını soruşduqda Trampın cavabı sadə olub: “Çünki virus Çindən yayılıb”. Bu ifadənin arxasında siyasi məna var.


Çində xəstəlik 7 dekabr 2019-cu ildə qeydə alınıb. Ancaq Çin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) sirli sətəlcəm xəstəsi olan vətəndaşları haqqında məlumatı yalnız 31 dekabrda göndərib. Vacib olan 14 gün itirilib. Sürətlə yayılan koronavirusla mübarizədə 14 gün çox böyük müddətdir. Yanvar ayı boyunca xəstəliyin miqyası xeyli artıb. Buna baxmayaraq, yanvarın 18-də xəstəliyin yayıldığı Uhan şəhərində möhtəşəm ziyafət təşkil edilib, təşkilatçılar tədbirdə hazırldıqları yeməklərlə dünya rekordunu qırmağa çalışıblar. Ziyafətdə təxminən 40 min nəfər iştirak edib. Halbuki, həmin ərəfədə bölgədə nəinki zifayət keçirmək, həyəcan təbili çalmaq lazım idi. Məsələ burasındadır ki, çinlilər dünyada ən çox səyahət edən millətlərdəndir. Çinlilər dünyanın bütün ölkələrinə səyahət edirlər. Misal üçün virusun baş qaldırdığı yanvar ayında Hubey əyalətində və Uhanda yaşayan 7 milyon çinli müxtəlif dövlətlərə, o cümlədən Amerika Birləşmiş Ştatlarına və Avropa dövlətlərinə səyahət ediblər. Halbuki, Çinin mərkəzi hakimiyyəti virusu müəyyənləşdirən həkimləri cəzalandırmaq əvəzinə dünyanı virus haqqında xəbərdar etsəydi, həm vəziyyəti nəzarət altına almaq olardı, həm də vaxt itirmədən qarşılıqlı səfərlərə qadağa qoyulardı.


Tədqiqatçıların hesablamalarına görə, dünya ölkələrinə virusu məhz səyahət edən 7 milyon çinli yayıb. Fevralın 3-də Çinin lideri Si Tszinpin Kommunist Partiyasının tədbirində nitq söyləyib. Həmin nitqdə virus barədə heç bir cümlə olmayıb. Həmin partiya tədbirində çıxış edən Hubey vilayətinin rəhbəri də virus barədə fikir söyləməyib. Halbuki, həmin rəhbərin mövcud vəziyyət barədə artıq məlumatlı idi. Yəni hadisələrin inkişafı göstərir ki, Çinin vilayət rəhbəri virusun yayıldığı ilk günlərdə prosesi gizli saxlamağa çalışıb. Çinin mərkəzi hakimiyyəti isə bir müddət prosesə ciddi yanaşmayıb. Yalnız ölənlərin sayı artdıqda və bunu gizlətmək mümkün olmadıqda Çin həyəcan təbili çalıb. Ancaq artıq gec idi. Çünki, virus yayılına qədər Uhanda yaşayan çinlilər dünyanın bütün ölkələrini gəziblər, başqa ölkələrin insanları da eyni zamanda həmin şəhərdə olublar. Bunların hamısı virus daşıyıcılarına çevriliblər.


Virusun dünyaya yayılmasında Çinin məsuliyyətsizliyi haqqında informasiyalar çoxdur. Bu haqda dünya mətbuatı müxtəlif yazılar yayınlayırlar. Hələ ki, dünya dövlətlərinin rəsmiləri bu mövzunu xüsusi qabartmırlar. Yalnız Donald Tramp əsəbi şəkildə xəstəliyi “Çin virusu”adlandırır. Tramp artıq indidən ona işarə edir ki, virusla mübarizə bitdikdən sonra Çinə qarşı ciddi ittihamlar irəli sürüləcək. Bəziləri hətta Çinə qarşı maddi təzminat məsələsini gündəmə gətirirlər. Həqiqətən dövlətlər həm vətəndaşlarını itirirlər, həm də iqtisadiyyatları dağılır. Müxtəlif iqtisadi mexanizmləri bərpa etmək üçün dövlətlərə trilyonlarla dollar vəsait lazım gələcək. Kimsə kimsəyə kömək etməyəcək, çünki hamının köməyə ehtiyacı var.


Çin hakimiyyəti hələ ki, baş verənlərə görə özünü müqəssir saymır. Əksinə virusun yayılma miqyasını azaldan Çin normal həyata qayıdır. Çin normal həyata qayıdarkən, Qərb ölkələrinin itkiləri artmaqda davam edir, virusun yayılma sürəti hələ pik nöqtəsinə çatmayıb. Misal üçün 1 milyard 300 milyon əhalisi olan Çində koronavirusdan təxminən 3 min insan vəfat etdisə, 60 milyon əhalisi olan İtaliyada ölənlərin sayı Çindəkindən iki dəfə artıqdır və ağır proses hələ davam edir. İspaniyada da durum ağırdır. Amerika vurisun növbəti mərkəzinə çevrilir.


Çinin qonşuluğunda da vəziyyət ürək açan deyil. Hindistanda da karantin elan edilib. Əhalisi 1 milyarddan çox olan Hindistan virusdan qorunmaq məcburiyyətindədir. Pakistanda da virusa yoluxanları sayı artır. Pakistanın səhiyyəsi artan virusla mübarizə aparmaqda çətinlik çəkir. Pakistanın kasıb bölgələrindən olan Pəncabda və bir hissəsinə nəzarət etdiyi Kəşmirdə virusdan ölənlər haqqında müxtəlif məlumatlar var, əyalətlər arasında yollar bağlanıb, bu da insanlarda narazılıq yaradır. Pakistanda vəziyyət nəzarətdən çıxarsa, İslamabad yardım üçün başqa dövlətlərə və maliyyə təşkilatlarına müraciət edə bilər. Pakistandan fərqli olaraq Cənubi Koreya virusla mübarizə aparmaq gücündədir. İlk başda virus Çindən sonra Cənubi Kareyaya yayıldı. Ancaq Cənubi Koreyanın müasir xəstəxanaları və tibbi ləvazimatları virusla mübarizə aparmağa imkan verdi. Asiya ölkələrindən Yaponiyada da durum nəzarət altındadır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
3200 igiddən sağ qalan cəmi bir nəfər... 9 May 2021, 14:29 Daşkəsəndə 96 yaşlı veteran evində təbrik edildi 9 May 2021, 14:20 Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi 9 May 2021, 14:10 Gəncə Dövlət Universiteti Beynəlxalq Konfransa ev sahibliyi etdi 9 May 2021, 14:00 Xarici jurtnalistlər Şuşaya aparılacaq  9 May 2021, 13:49 Qırx PKK-çı zərərsizləşdirildi 9 May 2021, 13:39 Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Ağsaqqallar Şurası Heydər Əliyevin məzarını ziyarət etdilər <p style="margin: 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29 Sadıq Xan yenidən Londonun meri seçildi 9 May 2021, 10:21 Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi 9 May 2021, 10:19 Fazil Mustafadan dindarlara: "Onlarla mübahisə edə bilməzsən" 9 May 2021, 10:08 Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi 9 May 2021, 09:59 Moskva Qələbə Paradına 190-dan çox hərbi texnika çıxaracaq 9 May 2021, 09:51 Los Ancelesdə faşizm üzərində qələbədə Azərbaycanın roluna dair film hazırlandı 9 May 2021, 09:45