Arxiv
4 Aprel 2020, 10:08 | REPORTAJ
Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ

Azərbaycanda karantin rejiminin qaydaları sərtləşdirilir. Sabahdan evdən çıxmaq üçün rəsmi dairələrdən icazə almaq lazım gələcək. Müşahidələr göstərir ki, karantin rejiminin sərtləşdirilməsi bəzi insanları qabaqcadan ərzaq tədarükü görməyə məcbur edib.

Son günlər ərzaq mağazaları və bazarlarda insanların həftəlik azuqə aldığını görmək olur.

Qeyd edək ki, yaranmış vəziyyətdən istifadə edən bəzi fürsətçil sahibkarlar və alverçilər bir sıra ərzaq mallarını bahalaşdırıblar. Bu, həm iri və xırda mağazalarda, həm də bazarlarda müşahidə olunur.

Modern.az-ın məlumatına görə, Bakıdakı bazarlarda alver edən əksər satıcılar meyvə və tərəvəzlərin qiymətlərində artım olmasını mövsümlə əlaqələndirirlər..

Nizami rayonundakı “8-ci kilometr bazarı” Bakının nisbətən ucuz ticarət obyektlərindən sayılsa da, burada da qiymətlərdəki dəyişiklik nəzrə çarpır.

Belə ki, əvvəllər kq-ı 80 qəpiyə satılan kartof hazırda alıcılara 1 manat və1 manat 50 qəpiyə təklif edilir. Soğanın da qiymətində artım var. Novruz bayramınadək  “8-ci kilometr bazarı”nda 1 kq-ı 50-60 qəpik olan soğan indi 80 qəpik-1 manat 120 qəpiyə satılır.

Xiyar 1 manat 30 qəpik - 2 manata, pomidor 2 - 3 manata, yaşıl bibər 2-3 manat, təzə lobya 6-7 manata, badımcan 2 manat 50 qəpik – 3 manata satılır. Sarımsağın 1 kq-ı 8-10 manata, kələminki 90 qəpik – 1 manat, kökünkü 80 qəpik – 1 manatdır.

Göyərtinin dəstəsi 10-15-20 qəpikdir.


Tərəvəzlərlə yanaşı, meyvələrin qiymətində də artım müşahidə olunur.

Xüsusilə alma xeyli bahalaşıb. “Smerinka”, “fuje”, “napoleon”, “palmet”, “cırhacı”, “siqanka”, “qızıləhmədi”, “qala” sortundan olan almaların qiyməti adlarına görə dəyişərək minimum 1 manat 50 qəpikdən başlayıb 4 manatadək yüksəlir.

Nar 2 manat 50 qəpik – 3 manat, portağal 2 manat-2 manat 50 qəpik, narıngi 3 manat-3 manat 50 qəpik, heyva 2 manat 50 qəpik – 3 manat qiymətində təklif edilir.

Bazardakı satıcılar deyirlər ki, qiymətlər aprel ayına xarakterikdir və artımın koronavirusun yaratdığı çətinliklərlə əlaqədar deyil. Amma koronavirus pandemiyasının müddəti uzansa, qiymətlərin bir az da qalxacağını istisna etməyənlər də var…


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Argentinada Maradonanın ölümü əlaqədar olaraq matəm elan edilib 25 Noyabr 2020, 21:11 “Təhsil haqqında” qanuna dəyişiklik edildi 25 Noyabr 2020, 21:03 İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı 25 Noyabr 2020, 20:55 İcra başçısı özünə yeni müavin təyin etdi 25 Noyabr 2020, 20:46 Bu obyektlərdə gigiyena tələbləri pozuldu 25 Noyabr 2020, 20:38 “France-24” Kəlbəcər haqqında reportaj hazırladı - FOTOLAR 25 Noyabr 2020, 20:30 Maradona vəfat etdi 25 Noyabr 2020, 20:23 Teledərslərin sabaha olan CƏDVƏLİ 25 Noyabr 2020, 20:15 Bu şəxslərə xidməti pasport verilməyəcək 25 Noyabr 2020, 20:10 Konstitusiya Məhkəməsi Milli Məclisə müraciət etdi 25 Noyabr 2020, 20:03 Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq 25 Noyabr 2020, 19:44 Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib 25 Noyabr 2020, 19:37 Ermənistan prezidentinin eks-köməkçisindən Qarabağ AÇIQLAMASI 25 Noyabr 2020, 19:30 27 illik həsrətə son – Kəlbəcərli qonaqlarla müzakirə - VİDEO 25 Noyabr 2020, 19:18 Bakıda qəza: Yolda sıxlıq var 25 Noyabr 2020, 19:02 DYP-dən sürücülərə MÜRACİƏT 25 Noyabr 2020, 18:48 Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi 25 Noyabr 2020, 18:40 Azərbaycanda daha 3469 nəfər virusa yoluxdu - 30 nəfər öldü 25 Noyabr 2020, 18:27 Siyasi partiyalar Fransa ilə bağlı bəyanat YAYDI 25 Noyabr 2020, 18:20 Kamran Əliyevin yerinə yeni TƏYİNAT oldu 25 Noyabr 2020, 18:11 Dünya çempionu Qarabağda şəhid oldu 25 Noyabr 2020, 18:06 Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı 25 Noyabr 2020, 18:04 Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü 25 Noyabr 2020, 18:03 Naftalanda QTA-nin nümayəndələri növbəti dəfə birgə reyd keçiriblər 25 Noyabr 2020, 17:57 Azay Quliyev seçicilərlə videogörüş keçirib 25 Noyabr 2020, 17:52 Gəncədə mənzildə meyit tapıldı 25 Noyabr 2020, 17:46 “Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı 25 Noyabr 2020, 17:40 Şuşada 27 ildən sonra ilk taksimiz - VİDEO 25 Noyabr 2020, 17:34 Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR 25 Noyabr 2020, 17:28 Hökumət ürəyindən qəlpə yarası alan hərbçiyə ev tikəcək 25 Noyabr 2020, 17:22 AZAL işğaldan azad edilmiş ərazilərdəki hava limanları ICAO reyestrinə daxil edəcək 25 Noyabr 2020, 17:16 Lal, kar, kor dünyanın gözləri qarşısında AZƏRBAYCAN adlı Zəfər 25 Noyabr 2020, 17:10 Lənkəranda 5 min ədəd limon meyvələri oğurlandı 25 Noyabr 2020, 17:05 Nəzakət Teymurovanın “Əsgərə məktub”u 25 Noyabr 2020, 17:00 Məhkəmə keçmiş icra başçısı ilə bağlı QƏRAR VERDİ 25 Noyabr 2020, 16:56
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?