Modern.az

Bu ölkədə bir gündə 30 min nəfər yoluxdu

Bu ölkədə bir gündə 30 min nəfər yoluxdu

7 Aprel 2020, 09:24

Ötən sutka ABŞ-da 30 mindən çox koronavirusa (COVİD-19) yoluxma qeydə alınıb.

 

Modern.az xəbər verir ki, ölkədə bir gündə 30,331 nəfərdə virus aşkarlanıb, 1,255 nəfər virusdan ölüb.

 

Bununla da ölkədə virusa yoluxanların sayı 367,004-ə, ölənlərin sayı isə 10.871-ə yüksəlib. 19,671 nəfər isə sağalıb.

 

Qeyd edək ki, son məlumata əsasən dünyanın 209 ölkə və regionunda COVİD-19 qeydə alınıb. Pandemiyanın daha çox yayıldığı ilk onluqda ABŞ, İspaniya, İtaliya, Almaniya, Fransa, Çin, İran, Böyük Britaniya, Türkiyə və İsveçrə qərarlaşıb. Virus səbəbindən ən çox ölüm faktı isə İtaliya, İspaniya, ABŞ, Fransa, Böyük Britaniya, İran və Çində qeydə alınıb.

 

T.İSMAYIL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi