Modern.az

Rusiyada Putini devirməyə hazırlaşırlar... - ŞƏRH

Rusiyada Putini devirməyə hazırlaşırlar... - ŞƏRH

22 May 2020, 09:06

Rusiya mediası Çeçenistan prezidenti Ramzan Kadırovun koronavirusa yoluxduğunu və bu səbəbdən də xüsusi təyyarə ilə Moskvaya gətirilərək, oradakı klinikalardan birində yerləşdirildiyini yazır. Xəbərlərdə o, da bildirilir ki, Kadırovun ağciyərlərində ciddi zədələnmələr aşkarlanıb. Hələlik məlumat heç bir rəsmi mənbə tərəfindən təsdiqlənməyib.

Politoloq Ərəstun Oruclu Ramzan Kadırovun Moskvaya aparılması fonunda Rusiyada cərəyan edən hadisələri şərh edib.

Modern.az-ın məlumatına görə, Ə.Oruclu deyib ki, Ramzan Kadırovla bağlı məlumat təsadüfən üzə çıxmayıb:

“Kadırov həqiqətən Moskvaya gətirilib Niyə? Eyni müalicəni elə Çeçenistanın özündə də həyata keçirmək olardı. Amma görünür, Çeçenistan prezidentinin Moskvaya gətirilməsi və bu haqda məlumatın sızdırılması heç də təsadüfi deyil. Əgər məlumat dəqiqdirsə, burda bir neçə versiya irəli sürülə bilər:

1. Son vaxtlar sız(dırıl)an məlumatlar Kremlə sahiblik uğrunda mübarizənin kəskinləşdiyinə işarə edir. Belə mübarizə gedirsə, deməli Putin artıq siyasi baxımdan bitmiş sayılır və həmin mübarizə də onun (Putinin) təmsil elədiyi “KQB-FSB” qrupu ilə Rusiya hakimiyyətinin hərbi qanadı arasında gedir. Hələ SSRİ dövründə Kreml uğrunda mübarizə daim əyalətlərdən başlayıb və əyalətlərdə daha çox güc toplaya bilən qrup sonda Kremlə sahiblənib. Stalinlə Trotski arasında mübarizə də bu sxem üzrə gedib, Xruşşovla Malenkov arasında da, Andropovla Brejnev klanı arasında da və s. Həmin ənənənin bu gün də aktual olduğunu nəzərə alsaq, o zaman Putinin regionlardakı əsas dayaqlarından biri, Şimali Qafqazda isə əsas dayağı sayılan Ramzan Kadırovun koronavirusa yoluxmasının səbəblərini təxmin etmək olar. Vaxtilə belə bir aqibəti Stalin-Trotski mübarizəsində önəmli fiqurlardan biri olan Mixail Frunze yaşayıb. Mərkəzi Komitənin qərarı ilə mədə xorasından məcburi cərrahiyyə əməliyyatına göndərilən Frunze əməliyyat zamanı ölüb.

2. Təmsil olunduğu qrupun iradəsinə zidd olaraq şəxsi hakimiyyətini qorumaqda iddialı olan Putinin dayaqlarını zəiflətmək lazımdır ki, o, təslim olaraq, “KGB-FSB” qrupunun hakimiyyəti öz daxilində başqasına ötürməsinə maneə yaratmasın. Bu halda da Kadırov ilk növbədə "müalicə olunmalı" şəxslərdən biridir.

3. Putin hakimiyyətdən gedir, amma bir şərtlə ki, onun prezidentliyi dövründə törədilmiş bir çox cinayətlərin, o cümlədən də siyasi qətllərin (Anna Politkovskaya, Boris Nemtsov və başqaları) "tarixçəsi" bağlanır. Bu halda da bütün bu işlərin təşkilatçısı olan Ramzan Kadırovun "müalicə olunması" zərurətə çevrilir.

4. Rusiya hakimiyyətində hərbçilərin təsiri güclənir və onların hakimiyyəti götürə bilmək riski artdığından bəzi cinayətlərin "izlərini itirmək" ehtiyacı aktuallaşır. Hərbçilərin adamlarına qarşı törədilmiş cinayətlərdən ən miqyaslısı isə Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi "Vostok" batalyonuna rəhbərlik edən Yamadayev qardaşlarının Kadırov klanı tərəfindən qətlə yetirilməsi olub. Batalyon buraxılmış olsa da, Kadırov klanı ilə düşmənçilik edən Yamadayevlər Rusiya hərbiyyəsinin xidmətində qalırdılar. Bu halda da arzuolunmaz şahidin "malicə olunması" qaçılmazdır. 

5. Belə görünür ki, böyük oyunun hansı variant üzrə getməsindən asılı olmayaraq, onun kiçik aləti olan Kadırovun "müalicə olunması" qaçılmazdır.

Təbii ki, bir variantı çıxmaq şərtilə: Kadırovun patronu Vladimir Putin situasiyanı və deməli, hakimiyyəti öz nəzarətində saxlaya biləcəksə”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...