Türkiyədə son sutka ərzində daha 28 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 397 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 19 853 nəfərdən 948-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 158 762 nəfərə çatıb. Müalicə olunan 1 492 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 121 507 nəfər koronavirusdan müalicə olunub. İndiyədək ölkədə koronavirusla bağlı aparılan testlərin sayı 1 873 607-yə çatıb".